Qədəmli İsmayılova – 101

11:57 (16 Yanvar)

Səhər saatlarında maraqlı bir konkurs diqqətimi çəkdi –“Sevgini paylaş”. Deyesen son zamanlar yadıma düşən xatirələri artıq düşüncələrimdən çıxarıb, bir yerə yazmaq vaxtı gəlib çatmışdı. Yazmaq üçün isə ən gözəl vaxt gecələrdi…

Əslində tam olaraq haradan başlayıb, nədən danışacağımı bilmirəm .Bildiyim tək şey ilk dəfə bu haqqda yazacağımdı. Mən sevgiyə bütün ruhumla inanıb və məhz buna görə SEVMƏYƏNLƏRDƏNƏM. Soruşsalar sevgi nədir ?- heç bu sualın da cavabını tam olaraq verə bilmərəm, sadəcə onu yaşayıram. Yaşamaq ki necə yaşamaq…

ELƏ HİSSLƏR OLUR Kİ, O SADƏCƏ BİR DƏFƏ YAŞANILIR, SON VƏ HEÇ VAXT GÖRMƏYƏCƏYİMİZİ BİLDİYİMİZ İNSANLAR KİMİ.

Mən həyatımda sevginin nə olduğunu addım-addım öyrəndim…

Sevgi- “xoşum gəlir” və ya “simpatiya” kimi parametrlərlə ölçülməyəcək dərəcədə ya çox böyük, ya da çox kiçik bir məfhumdu. Hansı ki, mənə heç sevmədiyim bir insanı sevdirdi. Gözlərimlə yox, könül gözümlə gördüm onu.

Sevgi söz verə bilməkdi – hər nə olursa olsun sonuna kimi sevməyə.

Sevgi adamın gözünü kor edər deyirlər. Halbuki bilmirlər, əsil sevən insan özü kor edər o gözləri- görməməyə çalışar, görmək istəməz . Sadəcə inanar…

Sevgi- bütün ilkləri onunla yaşamaq istəyidir.

Sevgi- sizin yaratdığınız, sizə aid sözlərin, mahnıların olmasıdır.

Sevgi nə yaxın, nə də uzaqdı – cismə uzaqkən, ruha, qəlbə yaxındı. Araya məsafələr, insanlar girsə belə bir xatirəylə gözyaşları qədər yaxın ola biləcək bir şeydi.

Sevgi- adını eşidib, niyəsini bilmədən tökülən gözyaşları və adını söyləyib, ən çox danışdığın susqunluqdur.

Sevgi unutmaqdı- onu xatırladacaq bir mahnını eşidənə kimi .

Bəzən isə,sevgi aranızdakı məsafələri sevməkdi.Həsrəti sevmək, yanında olmayan onu sevmək.

Sevgi əslində kədəri ilə gözəldi. Bəlkə bu acıları olmasa, sevgi bu qədər dəyərli olmazdı.

…Və yazarı mən, yazdıranı sən, fonda bizim mahnılar olan gecənin sonu. (03:45)

Qədəmli İsmayılova

3cü kurs Psixologiya tələbəsi (Xəzər Universiteti)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər