Orxan Oruczadə-Belçikada vətənə bağlı olduğumu hiss etdim

“Burdakı insanları müşahidə etdikcə ölkəmizin insanlarının daha potensiallı və çevik olduğunu düşünürəm”

Orxan Oruc-zadə: “Azərbaycanın harda olduğunu bilmədiyinə görə üzüldüyüm adam, heç qonşu dövlətin paytaxtını da bilmir”

Bildiyim qədərilə bir çox xarici ölkələrə qısamüddətli səfərləriniz də olub. Bu səfərlər xaricdə təhsil üçün səbəb oldumu?

Qeyri-formal təhsilimlə əlaqədar, yəni treninqlər, konfranslar, simpoziumlar və s ilə bağlı bir neçə dəfə xarici ölkələrə səfərdə olmuşam. Getdiyim ölkələrin arasında yaşayış üçün ən bahalı və varlı Avropa, ən kasıb Şərqi Asiya ölkələri var. Və hər dəfə getdiyim ölkələrin üstün və zəif tərəflərini ölkəmizlə müqayisə edib, nələri bizdə inkişaf etdirməyin mümkünlü və lazımlığı haqqında düşünmüşəm. Ancaq hər hansı xarici ölkədə qısa müddətli səfərlərdə olmaq, uzunmüddətli orada yaşamaqdan tamamilə fərqlidir. Qısamüddətli səfərlər zamanı hər şey bir qədər illuziyalı görsənə bilir. Ancaq uzunmüddətli yaşayarkən ölkənin mədəniyyətindən tutmuş tarixinədək hər bir xırdalığı görüb analiz edə bilirsən.

Bakıda əsas fəaliyyətiniz nədən ibarət idi?

Bakıda olarkən öz ixtisasımla bağlı fəaliyyət göstərirdim, fərdi psixoloji konsultasiyalar keçirir və psixoloji mövzularda təlimçi kimi çıxış edirdim. Bunlar burda aldığım təhsilə öz müsbət təsirini göstərir. Çünki nəzəri bilikləri sonradan praktikada tətbiq etmək daha çətindir, nəinki praktik bilikləri nəzəriyyələşdirmək.

Niyə məhz Belçika?

Belçikada yaşayış səviyyəsi çox yüksəkdir. Əhalinin əksəriyyəti ingilis dilini bildiyi üçün, ünsiyyət problemi demək olar ki, yoxdur. Belçikanın iki universiteti dünyanın ən yaxşı 100 universiteti sırasında yer alır. Brüssel Avropa İttifaqının paytaxtı və əsas təşkilati mərkəzi hesab olunur. Bunlar bu ölkəni daha da cazibədar edir, Bu da sözsüz ki mənim seçimimə təsirsiz ötüşməyib.

əhsil müddətiniz neçə ildir?

Bir çox Avropa ölkələrində bir illik magistratura təhsili var. Xüsusilə Britaniyada demək olar ki, bütün magistr təhsilləri bir il üçün nəzərdə tutulur. Magistr təhsilinin bir və ya iki illik olması proqramdan, ixtisasdan asılı olaraq dəyişə bilir. Qərb təhsilində magistratura pilləsində xüsusi dar ixtisaslaşmalara üstünlük verilir ki, bunun üçün də bir illik proqram kifayət edir.

Təhsil müddətiniz bitdikdən sonra orada qalıb çalışmaq fikriniz varmı, yoxsa vətənə dönəcəksiniz?

Belçikaya gələndən bir müddət sonra vətənə bağlı insan olduğumu hiss etdim. Xaricdə yaşamağın insanın özünü tanıması üçün böyük əhəmiyyəti var. Ona görə Belçikada işləmək və ya qalmaqla bağlı hər hansı bir planım yoxdu. İstəyirəm ki, burda öyrəndiklərimizi öz ölkəmizdə tətbiq edək və ən azından növbəti nəsillərimizin keyfiyyətli təhsil üçün xarici ölkələrə üz tutmasına ehtiyac qalmasın. Ölkə olaraq daha da inkişaf etmək istəyiriksə hər birimiz fərd olaraq öz töhvəmizi verməliyik.

Belçikada azərbaycanlı tanışlarınız varmı?

Belçikada kifayət qədər azərbaycanlı yaşasa da, Gent şəhərində onların sayı çox azdır. Onların da əksəriyyəti tələbələrdir. Gent tələbə şəhəri olduğu üçün burada tələbələr üçün hər bir şərait var. İdmanın 40-a yaxın növü ilə məşqul olmaq üçün şərait yaradılıb. Maraqlı tələbə festivalları keçirilir. Asudə vaxtlarımda idmanla məşqul oluram. Kitabxanamızın zənginliyindən istifadə edib, boş vaxtlarımı orda keçirirəm.

Psixoloq kimi bizim insanlarla belçikalılar arasında düşüncə, davranış və s. ilə bağlı müqayisə aparmısınızmı?

Psixoloq olmağın peşə xüsusiyyətlərindən biri də daimi müşahidə aparmaq vərdişidir ki, bu da hər zaman ətrafı analiz etməyə köməklik edir. Burdakı insanları müşahidə edərkən şəhərləşmənin və şəhər mədəniyyətininin yüksək səviyyədə olduğunu aydın görmək mümkündür. Təəssüf ki, bizdə şəhərləşmə və şəhər mədəniyyətinin yaşı çox azdı, elə buna görə də bəzən intelektual və mədəni baxımdan inteqrasiya prosesində bir qədər ləngiyirik. Ancaq digər tərəfdən onu da deməliyəm ki, burdakı insanları müşahidə etdikcə ölkəmizin insanlarının, xüsusilə, gənclərinin daha potensiallı və çevik olduğunu düşünürəm. Burdakı gənclik gözünü dünyaya açandan infrastrukturdan tutmuş mənəvi məsələlərə qədər hər şeyi hazır görür. Ancaq Azərbaycan gəncliyi, gənc ölkənin normal və təbii olan inkişaf çətinliklərini yaşayaraq böyüyür, formalaşır. Bu da onu daha güclü və daha çevik edir. Təbiətdə də belədir, çətinliklər canlını daha güclü və qalib edir.

Ümumiyyətlə, insanları sizə görə birləşdirən və ayıran nədir?

Zənnimcə dünyadakı bütün insanları birləşdirən mərhəmət və qəddarlıq hissinin olmasıdı. Dinindən, dilindən, milliyətindən, irqindən asılı olmayaraq hər yerdə mərhəmətli və qəddar insanlara rast gəlmək olur. Dünyanın hər yerində dilənən, başqalarının köməyinə ehtiyac duyan və onlara yardım edən insanları görmək olar. Hər yerdə mərhəmətli insanlar var, amma eyni zamanda dilənən insanın dilənçilik etməsinə səbəb olan hansısa qəddar insanlar da. Bu həyatın qanunudur, ağ və qara, xeyir və şər daima mübarizə aparır. Amma biz insanlar nə zaman ağ nə zaman qara olduğumuzu dərk etməkdə çətinlik çəkirik. Həmişə hər birimiz özümüzü doğru hesab edirik. Halbuki, hər bir insan özünü vicdanlı və obyektiv şəkildə analiz etsə, öz səhvlərini, yanlışlıqlarını görə bilər. Demək ki, həm qəddarlıq həm də mərhəmət hissini hər birimiz daşıyırıq.

İnsanların mədəni davranışları onların intellektlərinin yüksəkliyindən xəbər verir?

Bu, bizim ölkə üçün belə ola bilər. Amma orada mədəni davranıb, intellekti çox aşağı olan insanlara tez-tez rast gəlmək olur. Çünki Belçikada mədəni davranış bir vərdişdi. Uşaq gözünü açandan o davranışı görür və vərdişə çevrilir. Ona görə də bəzən ölkəmizi tanımayan, Azərbaycanın harda olması ilə bağlı təsəvvürü belə olmayan insanlara rast gələrkən məyus olursan. Ancaq müəyyən müddətdən sonra analiz etdim ki, Azərbaycanın harda olduğunu bilmədiyinə görə üzüldüyüm adam, heç öz qonşu dövlətinin paytaxtının adını da bilmir. Artıq ölkəmizin tanınması ilə bağlı problem çox azdı. Demək olar ki, əksəriyyət ölkəmizi tanıyır.

Belçikanın digər şəhərlərini gəzmək imkanınız olubmu?

Belçikanın daxili nəqliyyat infrastrukturu çox yaxşıdı. Ən uzaq iki şəhər arasında məsafə təxminən iki saatlıq yoldu. Bu imkandan istifadə edib, daimi tələbə yoldaşlarımla həftə sonu başqa şəhərlərə qonaq gedirik. Şəhərlər balaca olsalar da, onları xüsusi edən özəllikləri var. Burada qonşu ölkələrin şəhərlərinə də getmək çox rahatdı. Belçikanın Hollandiya, Fransa, Almaniya, Lüksemburq kimi ölkələrlə həmsərhəd olması və bu ölkələrin Şengen zonasına aid olmaları həmin ölkələrin şəhərlərini gəzmək və mədəniyyətləri, mətbəxləri, tarixləri ilə tanış olmaq fürsəti yaradır.

Belçikanın mətbəxini bəyəndiz?

Buranın mətbəxi bizimki qədər zəngin deyil. Dəniz məhsullarından ibarət olan bir neçə yemək növləri var ki, onlara da Avropanın demək olar ki bütün şəhərlərində rast gəlmək olar. Amma Belçika əsasən öz ləziz qoxulu vafliləri, yüksək keyfiyyətli şokaladları və pivələri ilə məşhurdu. Bura turist kimi gələnlərə onların dadına baxılması tövsiyyə olunur. Əvvəllər yemək bişirmə təcrübəm olmasa da, bura gəldikdən sonra müəyyən yeməklər bişirmək üçün cəhdlərim oldu və özümdə yeni bir bacarıq kəşf etdim. Bu baxımdan düşünürəm ki, xaricdə təhsil həm də özünü kəşf etmək üçün, yeni bacarıqların aşkarlanması üçün çox faydalıdır.

Aygün Asimqızı

ucnoqta.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər