Niyə xəyanət edirik?

Əsrlər boyu insanları düşündürən, bəzən isə insanlıqdan belə çıxmağa vadar edən problemlərdən biri də, bəşər övladının bir-birilə münasibətində davranış problemi kimi xarakterizə olunan xəyanətdir. Əsasən, kişilərdə tez-tez rast gəlinən xəyanət günümüzdə qadınlarda da müşahidə olunur. Bu səbəbdən ailələr dağılır, münasibətlər pozulur.

Bəs xəyanət nədir? Bir insanın xəyanət etməsinə səbəb nə ola bilər? Xəyanət həqiqətən psixoloji problemdir, yoxsa xarakter problemi? Qadın-kişi münasibətlərinə həssaslıqla yanaşılmasına baxmayaraq, tərəflərin xəyanətə görə, münasibətlərinin pozulması adətən, dərin depressiya, ağır travmalar və özünəqəsdlə də nəticələnir. Getdikcə xəyanət etmək sanki daha çox asanlaşır. İnsanlar asanlıqla bir-birinə yalan danışa bilir, zamanla daha da irəli gedib, həyat yoldaşlarını iş yoldaşları, dostları ilə aldadırlar. Müasir dünyada yaşasaq da, hələ də aşa bilmədiyimiz bir çox tabular var ki, bu səbəblə münasibətdə olan, yaxud evli olan iki şəxs davranışlarında bir-birinə nəzarət edir, göz qoyur, özünə qarşı gördüyü hər hansı bəyənmədiyi davranışı xəyanət kimi qarşılayır.

Sosiallaşan insanın əks cinslə geniş münasibətlər qurması, iş yeməkləri, iş səyahətləri, ətrafıyla daha geniş münasibətlərin yaranması davranış problemləri yaradır. Beləliklə, davranışlarda nəyin harada uyğun olub-olmayacağını aydınlaşdırmaq çətinləşir. Bu bir qədər də şəxsiyyət məsələsi olduğu üçün, insanların xəyanət anlayışı bir-biriylə ziddiyyət təşkil edir. Avropaya nisbətən Azərbaycanda xəyanət anlayışı kişilərin baxışından namussuzluq, qadınların baxışıyla “öyrəşilmiş məcburi çarəsizlik” sayılır.

Xəyanətin səbəbi:

Xəyanətin bir çox səbəbi var ki, bu da insanın xarakterində öz əksini tapır. Tərəflərin bir-birini məmnun etməməsi, münasibətdə zaman-zaman baş verən xoşagəlməz hallar, fiziki və mənəvi ehtiyacların qarşılıqlı təmin olunmasında anlaşılmazlıqların yaşanması daxili məmnuniyyətsizliyə səbəb olur, nəticədə mövcud əskiklikləri təmin etmək üçün xəyanət halları baş verir. Bunun səbəblərindən biri də xəyanətdən öncə ailədaxili problemləri müzakirə etmədən, bu yola baş vurmaqdır. Nəyə görəsə, birinci üsulu tətbiq etməyi bacarmayanlar, buna heç bir halda cəsarət tapıb narazılıqlarını bölüşə bilməyən tərəflər asanlıqla xəyanət edir.

Xəyanətin bir neçə növü var:

Bəzi insanlar münasibəti bitirmək üçün şüurlu şəkildə bu yola baş vurur və xəyanətinin üzə çıxmasını özü təmin edir. Bu da ayrılmaq istəyini açıq şəkildə ifadə edə bilməməkdən irəli gəlir. Bu hal xəyanət baş verməmişdən öncə şəxsin durmadan ən xırda səbəblərdən problemlər çıxarması ilə başlayır. Bəziləri üçün xəyanət sadəcə maraqdan ibarətdir. Bu da adrenalin yaşamaq, münasibətdən münasibətə açılmaq, qarşı cinslə yeni münasibətlər qurmağın sevincini yaşamaq və s. səbəblərdən baş verir. Xəyanətin səbəblərindən biri də fərdin bir şəxsə bağlanmaq qorxusundan qaynaqlanır və eyni zamanda bir neçə şəxslə münasibətdə olur.

Son olaraq şəxslərin bir-birinə qarşı olan seksual əsəbi, qırğınlıqları səbəbiylə cinsi tələbatını ödəmək üçün etdikləri xəyanətdir. Burda da məqsəd nə əylənmək, nə də münasibətin bitməsi istəyidir.

Bütün hallarda xəyanət, istər kişi olsun, istər qadın şüurlu varlıq olan insanlara xas bir hərəkətdir. Və istənilən halda, istənilən şəraitdə insanlığa baş ucalığı gətirməyən bir hərəkətdir.

atvxeber.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər