Uşaqlar ağız qulluğuna yetkinlər qədər diqqət edə bilməzlər. Bu baxımdan körpə vaxtlarından ağız baxımı ciddiyə alınmalı, çürüklərə qarşı qoruma təmin edilməlidir. Elm adamları, hələ dişi çıxmamış körpələrdə arasında apardıqları araşdırma zamanı ağız içində çox sayda fərqli bakteriyanın varlığını təyin ediblər. Körpələrdə meydana gələn çürüklərin müalicəsi çox çətin olduğundan, qoruyucu tədbirlərin erkən dövrdə alınması lazımdır.
Təxminən altı ayından başlayaraq körpələrdə süd dişləri çıxmağa başlayır. 20-yə yaxın süd dişi çıxır. Təbii ki, böyüklərdə olduğu kimi, bu dişlər çeynəmə və yeməyə kömək edir. Həmçinin üz və çənənin normal inkişafına kömək edir, daimi dişlərin çıxması üçün şərait yaradır. Süd dişlərinin vaxtından tez çürüməsi diş ağrıları ilə bərabər gələcəkdə bir çox problemlərə də səbəb ola bilər. Bəs uşağın ağız boşluğunun və dişlərinin sağlamlığını qorumaq üçün nəyə diqqət yetirmək lazımdır?
Körpənin gələcəkdə sağlam dişlərə sahib olması süd dişlərinə düzgün qulluqdan başlayır. Uşağınızın yaxşı vərdişlərə sahib olmasına kiçik yaşlarından çalışmalısınız. Dişlərə qulluqla bağlı əsasən bunlara fikir vermək lazımdır:Dişləri müntəzəm olaraq gün ərzində 2 dəfə – səhər yeməkdən sonra və axşam yatmazdan öncə fırçalamaq.Əmzik çürüyündən qorunmaq üçün aşağıdakı məqamlara diqqət yetirmək önəmlidir:Körpənin gecə ağzında əmziklə yatmasının qarşısını almaq;Qidalandırmadan sonra yatırmaq;Əmzikdəki südə şəkər, bal, bəhməz kimi dadlandırıcılar əlavə etməmək;Körpə bəsləndikdən sonra mütləq su içirmək;İlk dişlərin çıxmağa başlaması ilə gecə və səhər qidalanmaları sonrası təmiz, yaş bir tənzif ilə dişlərini silərək təmizləmək lazımdır.Uşaqlarda ağız mikroflorasının 1,5-3 yaş arasında, yəni ilk dişlərin çıxması ilə meydana gəldiyi fərziyyəsini araşdıran Kelli Svanson çürüklərin meydana gəlməsində yalnız bir bakteriya növünün deyil, bütün ağız florasının məsul olduğunu ifadə edib.Uşağın əl bacarığı, marağı və valideynlərin mövqeyi uşaqda diş fırçalama vərdişini təyin edər.Xüsusilə anaların tez-tez təkrar etdiyi bir səhv də əmzik ya da əmziyi şəkər, cem və s. kimi qidalara batıraraq uşaqlara vermələri və ya yuxu aralarında şəkərli süd, meyvə şirəsi kimi qidalara öyrəşdirmələridir. Beləcə qidalanma nizamsızlığı dişlərin çürüməsinə yol açır.Körpə dişlərinə qulluğun ilk mərhələsi analara həvalə edilir.İlk dişlər çıxan zaman onları təmizləməyə başlayın. Körpənizin dişlərini yumaq və nazik parça ilə silərək təmizləyin. Diş fırçasından təxminən 1 yaşdan sonra istifadə etmək olar. Fırçanın yumşaq və körpəyə uyğun olması zəruridir. Bu zaman fırçanı yalnız su ilə islatmaq məsləhətdir. Uşaq 2 yaşına çatdıqda diş məcunundan istifadə edin. Fırçanın üzərinə noxud dənəsi qədər məcun sıxın. Nəzarət edin ki, körpə diş məcununu udmasın.Kiçik uşaqlar dişləri fırçalamağa çətinlik çəkir. Bu vərdişə sahib olana qədər siz ona yardım etməlisiniz. Düzgün fırçalamanı uşaq və diş həkimindən öyrənmək olar. Əsas məsələ odur ki, övladınız dişlərə mütəmadi qulluğun vacibliyini anlasın.Unutmayın ki, süd dişlərinə düzgün qulluq daimi dişlərə birbaşa təsir edir. Daimi dişlər 5-6 yaşdan başlayaraq çıxmağa başlayır. Dişləri müntəzəm olaraq gün ərzində 2 dəfə – səhər yeməkdən sonra və axşam yatmazdan öncə fırçalamaq.Müntəzəm olaraq körpənizin dişlərini müayinə edin. Bu, onun dişlərinin sağlamlığını təmin edir. Həm də uşağın kiçik yaşlardan diş müayinəsinə alışmasına şərait yaradır.Mütəxəssislər hesab edirlər ki, dişləri müntəzəm fırçalamaq ürək xəstəliklərinə yaxalanma riskini azaldır. Ağız bədənin ən çirkli yeri olduğundan dişlərin davamlı olaraq fırçalanmaması diş əti qanamalarına, bu da ağızdakı yüzlərlə bakteriyanın qan damarlarına daxil olmasına səbəb olur. joy.az