Qırış əleyhinə maskalar

Dəridəki qırışıqlıqlar qadınların qorxulu yuxusudur. Lakin əlinizin altında olan məhsullar vasitəsilə onlardan qurtulmaq mümkündür.

Yumurta və bal maskası:

1yumurtanın ağı ilə 2 xörək qaşığı balı qarışdırıb dərinizə çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə üzünüzü yuyun.

Qaymaq və alma maskası:

Bu maskanı hazırlamaq üçün 1 ədəd soyulmuş alma ilə 3 qaşıq qaymağı mikser vasitəsilə qarışdırın. Məhlulu üzünüzə yaydıqdan sonra təmiz bir dəsmalla üzünüzü bağlayın, təxminən 10 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun. Qaymaq üzünüzü yumşaldacaq və nəmləndirəcək alma isə dərinizin canlı qalmasına kömək edəcək.

Cökə maskası:

Bir miqdar cökənin yarpaq və çiçəklərini əzin. Daha sonra süd və xiyar suyu əlavə edərək qarışdırın. Gecə yatmazdan öncə dərinizə çəkin. Bu maskanı həftədə iki dəfə tətbiq edə bilərsiniz.

Badam yağı maskası:

Eyni miqdarda acı badam yağı, düyü unu və 1 yumurtanın sarısını bir qabın içərisində qarışdırın. Daha sonra krem qatılığına gəlincəyə qədər süd əlavə edərək yoğurun. Hazırladığınız kremi duşdan 1 saat öncə dərinizə masaj vasitəsilə tətbiq edin. Bu maskadan həftədə 1 dəfə istifadə edə bilərsiniz.

makiyaj.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər