Sizə həyatda hər şeydən mürəkkəb nədir? Sevgi tapmaq? Xeyr. Əsas həyatda özünü tapa bilməkdir. Bundan başqa isə həyatda ən əsası bütün bədnam komplekslər və qorxulara üstün gələ bilməkdir. Bəs bu zaman insan necə özünü dərk edib şəxsi arzularını anlaya bilər? Necə özünə inamı əldə edib harmoniyaya qovuşa bilər? Bu sualları cavablandırmağa sizə fototerapiya kömək edəcək.
Fototerapiya – psixoterapiyanın ən effektiv metodlarından biri hesab edilir. Onun mahiyyəti ondan ibarətdir ki, insanın hazır şəkillərini istifadə edərək, onu öz həyatını, müxtəlif rollarını, ailə münasibətlərini və həyata baxışlarını anlamağa və öyrənməyə, həyatı dərk etməyə imkan yaratmaq olar. Bu metod əlaqəsiz xatirələri birləşdirməyə, əhatə edən insanların münasibətlərini yaxşılaşdırmağa, özünü qəbul etməyə və dərk etməyə kömək edir. Fototerapiyanın iki növü mövcuddur: aktiv (bilavasitə şəkil çəkmə) və passiv (artıq hazır şəkillərin istifadəsi).
Fototerapiyanın xeyiri
Münaqişəli vəziyyətlərdən çıxış tapmağa kömək edir.
Öz arzularımız və hərəkətlərimizin motivasiyasını anlamağa kömək edir.
Mənəvi tarazlığı əldə etməyə və depressiyaların öhdəsindən gəlməyə kömək edir.
Qorxulardan və komplekslərdən azad edərək özümüzdə müsbət tərəflər axtarmağa kömək edir.
Bu yaradıcılıq baxımından özünü ifadə etmək üçün əla üsuldur.
Fototerapiyanın beş texnikası
İnsanı şəkillərlə hansı münasibətlərin bağladığından asılı olaraq beş ümumi fototerapiya texnikası ayrılır:
Şəxsi kolleksiya. Bura həm insanın özü çəkdiyi şəkillər, həm də ki, sadəcə onun xoşuna gələn şəkillər daxildir. İnsanın seçdiyi şəkillərə baxaraq, onun haqqında çox şey öyrənmək olar.
Başqa insanların çəkdiyi şəkillər. Sizin başqa insan tərəfindən çəkilmiş şəkiliniz özünüzə kənardan baxmağa imkan yaradır.
Avtoportretlərlə iş. Yadların köməyi olmadan yaradılmış avtoportret insanı təhkimlilikdən azad edir və özünü daha dərindən öyrənməyə imkan yaradır. Bu özünə adekvat qiymətin verilməsi və əminlik problemi vaxtı çox əhəmiyyətlidir. Bu üsul güclü terapevtik effektə malikdir.
Ailə və bioqrafik albomla iş. Ailə albomları adətən ailənin tarixindən danışmaq məqsədi ilə yaradılır. Əlbəttə ki, bu obyektiv sənəd deyil. Lakin məhz ailə fotoalbomunun yaradılması keçmişə, indiki və gələcəyə başqa cür baxmağa imkan yaradır.
Foto-proyeksiyalar. Bu texnika çərçivəsində söhbət şəkil haqqında ilkin fikirin formalaşması haqqında gedir. Bir halda ki, bu və ya digər şəkilə baxış vaxtı yaranan emosiyalar və hisslər fərdidir, şəkil də həmçinin ona baxılan insanlar qədər fərqli mənaya malikdir. Burada məna ondan ibarətdir ki, şəkilin özü deyil, ona verilən reaksiya əhəmiyyətlidir.
Gördüyünüz kimi, yaradıcılıq üçün imkanlar genişdir. Əsas bu imkanlardan istifadə edə bilməkdir!
xanim.net