Uşaqlıqdan kənar hamiləlik

Uşaqlıqdan kənar hamiləlik nə deməkdir?

Uşaqlıqdan kənar hamiləlik hamiləliyin uşaqlıqdan kənar orqanda olması anlamına gəlir. Adətən bu, uşaqlıq borularında olur, amma yumurtalıqda və qarın boşluğunda da olması mümkündür.

Uşaqlıqdan kanar hamiləlik necə baş verir?

Qadın yumurta hüceyrəsi və kişi spermasının mayalanması nəticəsində hamiləlik baş verir. Bu mayalanma sonrası əmələ gələn hüceyrə qrupu ”rüşeym” və ya ”embrion” adlanır. Mayalanma uşaqlıq borularında baş verdikdən sonra bu rüşeym uşaqlığa doğru hərəkət edir və orda qalır, inkişaf edir.

Uşaqlıqdan kənar hamiləlikdə mayalanma baş verir. Ancaq əmələ gələn rüşeym uşaqlığa doğru hərəkət etmir. Uşaqlıq boynunda, uşaqlıq borularında, yumurtalıqlarda və ya qarın boşluğunda qala bilər və burda böyüməyə başlayır.

Çox vaxt isə xarici hamiləlik uşaqlıq borularında baş verir. Burda rüşeym böyüməyə başlayır. Bu da xəstələrdə ağrı və qanama problemlərinə yol açır.
Bəzi qadınlarda xarici hamiləlik görülmə riski digər qadınlara nisbətən yüksəkdir.

Hansı qadınlarda bu risk ortaya çıxar?

  • Daha öncə infeksiya və ya əməliyyat səbəbindən zərər görmüş uşaqlıq boruları.
  • Daha əvvəl xarici hamiləlik problemi olan xəstə
  • Sonsuzluq səbəbindən müalicə almış xəstələr
  • Siqaret çəkmək

Spiralı ayrı qeyd etmək istəyirəm. Spiral ümumiyyətlə qadınlarda hamiləlik şansını azaldır. Ancaq spiralı olan qadında hamiləlik baş verərsə, bu hamiləliyin xarici hamiləlik olma riski daha yüksəkdir.

Uşaqlıqdan kənar hamiləlik özünü hansı əlamətlər ilə göstərir?

  • Qarnın alt bölgəsində ağrı;
  • Vajinal qanaxma.
  • Erkən diaqnoz qoyulmayan xəstələrdə rüşeym böyüməsi uşaqlıq borusunun partlamasına, cırılmasına gətirib çıxara bilər. Bu xəstələrdə daxili qanaxmayla bağlı simptomlar görülə bilər:
  • Şiddətli qarın ağrısı;
  • Şiddətli vajinal qanama;
  • Daxili qanaxmayla bağlı təzyigin düşməsi, döyüntü, tərləmə, baş dönməsi.

Ginekologiyada qarın ağrısı, vajinal qanama, aybaşıda gecikmə kimi bu 3 simptom olan xəstəyə xarici hamiləlik şübhəsiylə baxılmaqdadır. Əgərr diaqnoz qoyula bilmirsə, ancaq hələ də xarici hamiləlik şübhəsi varsa, belə xəstələrə 24-48 saat sonra ultrasəs müayinəsi və qanda hamiləlik analizi vacib duyula biler.

Uşaqlıqdan kənar hamiləlik necə müalicə edilir?

  1. Tibbi müalicə və ya dərman müalicəsi – burda istifadə edilən dərman rüşeymin böyüməsini dayandırır və rüşeymin müəyyən bir zaman içində yox olmasına səbəb olur. Bu müalicə şəkli seçildiyi zaman xəstələrimiz müəyyən zaman sıxlığında qan analizləri üçün yönləndirilir.
  2. Cərrahi müalicə – açıq və ya laparaskopik əməliyyatla rüşeymin götürülməsi. Bu əməliyatda həkiminiz əgər ehtiyac duyarsa, uşaqlıq borusunun götürülməsinə də qərar verə bilər.

Bu iki müalicənin hansı xəstələrə təyin edəcəyimizi nəyin əsasında qərar veririk?

  • Rüşeymin böyüklüyü
  • Xəstənin ümumi dinamikası (məsələ daxili qanaxma olan xəstədə, əlbəttə, cərrahi müdaxiləyə üstünlük verilir).

Bir çox hallarda xəstələrdə belə suallar yaranır. “Əvvəl uşaqlıqdan kənar hamiləlik oldu, borumun birini götürdülər, yenə hamilə qala bilərəmmi və ya yenə də hamiləlik olacaq?” Bəli, tək boru ilə yenə də hamilə qala bilərsiniz. Sonrakı hamiləliyiniz normal da ola bilər.

qadin.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər