Son illərdə sıx görünən piylənmə (obezite) uşaq sağlamlığına da mənfi təsir edir. “Sağlam və bacarıqlı olmaq üçün daha çox yeməlisən” anlayışı artıq tarixə qovuşur.
Belə ki, obez uşaqlar üzərində aparılan araşdırma zamanı uşaqların başına qoyulan elektrotların köməyi ilə beyin dalğaları qeydə alınıb. Zehni funksiyaları göstərən bu elektrik dalğaların obez uşaqlarda pozulduğu təsbit edilib.
Obez uşaqlarda qısa müddətli hafizə və diqqətin pozulduğu da müəyyən olunub. Piylənmənin zamanla zehni funksiyaların yetərincə yerinə yetirilməməsinə səbəb olduğu və zamanla yaşanan unutqanlıq, hafizə itkisinin obezite ilə əlaqəli olduğu ortaya qoyulub.
İnsulin həyati dərəcədə önəmlidir.
İnsulin yalnız qan şəkərini salan və diabeti önləyən bir hormon deyildir. Eyni zamanda zehni funksiyaların nizamlanmasında son dərəcə önəmli funksiyalara malikdir. İnsulin, beyin hüceyrələrinin böyüməsi, inkişafı və maddələr mübadiləsi üçün həyati dərəcədə önəmlidir. İnsulin çatışmazlığında beyin hüceyrələrində funksional itki yaranır. Bu hal zehni funksiyaların pozulmasına səbəb olur.
Odur ki, piylənmədən əziyyət çəkən uşaqlar fast food kimi hazır qidalardan uzaq durmalı, daha çox tərəvəzli yeməklər, meyvə yeməli, unlu qidalar və işlənmiş şəkərin daha az daxil olduğu pəhriz proqramlarına əməl etməlidir. İdman vərdiş halına gətirilməlidir. Televizor qarşısında keçirilən vaxtın azaldılması və hərəkətdə olmaq məsləhətdir.
ailem.az