Kişinin “Həyat yoldaşı” və “ata” kimi ailədə-uşağın həyatında rolu

Kişi – bir ata və ər kimi ailədə , ictimaiyyətdə xüsusi yer tutur, fiziki , sosial və mənəvi planda əvəzedilməz rola malikdir.

Kişi necə olmalı , nə etməli və ailədə özünü necə aparmalıdır?

Allah kişi ilə qadını ayrı- ayrı təbiətli və ayrı- ayrı məsuliyyətə malik yaratmışdır və bu təyinatı dəyişmir. Kişi evdə başçı və ailəyə cavabdehdir, onun qeydinə qalır , onu təmin edir və onu müdafiə etməlidir. Qadın isə ərinin köməkçisi , ocağın qoruyucusu və ailənin yaraşığı olmalıdır.

Ailədə belə bir yazılmamış qayda var ki, evdə böyüyə, başçıya hörmət və tabeçilik olmalıdır. Burda zülmə, alçaltmağa, əzməyə , təzyiqə yer yoxdur, əksinə, kişi ləyaqətli olmalı və qiymətləndirməyi bacarmalıdır.

Allah kişiyə ailə və qadın üzərində idarə etməni təyin etmişdir. Bu rəhbərlik, başçılıq nə diktatorluq, nə öz gücünü nümayiş etdirərək sözsüz tabeçiliyi tələb etmək, nə də qadın və uşaqların üzərində hökmranlıq etmək demək deyildir. Kişinin başçılığı arvad və uşaqların üzərində məsuliyyətdən başlayır: 1) ailənin ehtiyacını ödəmək; 2) özü düz yolda dayanmalı və ailəni də düz yola yönəltməlidir; 3) sevimli, özünü ailəsinə həsr edən və mehriban olmalı; 4) hökmranlıq etməməli, təmənna güdməməli və ailə üçün nümunə olmalıdır.

Təəssüflər olsun ki, bu günki gündə əksər kişilər özlərini ancaq atalıq iddiasında aparırlar, əslində isə onlar yalnız fizioloji atadırlar. Əsl atalıq təkcə uşağı həyata gətirmək deyildir.Bu, ailənə özünü həsr etmək,ona qarşı məsuliyyət daşımaq , ədalətli olmaq , onu sevmək deməkdir.

Hətta ən bacarıqlı, ən mükəmməl ana belə atanın yerini verə bilməz. Yaşından asılı olmayaraq hər bir övlad öz harmonal inkişafında atanın himayəsinə, atanın mənəvi dayağına, böyüklüyünə ehtiyac duyur. Həyat göstərib ki, çox hallarda ailə başçısı içki alüdəçisidirsə, siqaret və ya başqa pis adətlərin düşkünüdürsə o, ailəsinə baxmır, uşaqların tərbiyəsi ilə maralanmır, tüfeyli həyat tərzi keçirir. Nəticədə də həmin ailənin cox zaman övladları pis yola düşürlər. Əsasən də yeniyetmə dövründə onlar evdən tez-tez uzaqlaşmaq arzusunda olur, ailədaxili münaqişələrdən qaçmaq istəyirlər. Qızlar xoş sözü, şirin dili, rahat yaşayışı yad insanlarda axtarır, oğlanlar isə dərsdən yayınaraq evə getməmək üçün kafelərə gedir,vaxtını boşuna keçirir, pis insanlara qoşularaq pis əməllər törədir, evdəki problemlərlə bağlı iztirabını küçədə dava-dalaş yaratmaqla çıxarır. Çünki, ata bilməlidir ki, oğlan övladı ən çox atanı təqlid edirvə çox tez yolunu aza bilər. Bunun üçün atalar çox diqqətli və həssas olmalıdırlar.

Atalıq nəyin əsasında qurulur: 1) o vaxt ki, ata uşaqlarla vaxt keçirir, boş vaxtlarını onlara həsr edir; 2) onların ehtiyaclarını təmin edir; 3) öz maraqlarını uşaqlara qurban verir; 4) verdiyi sözə əməl edir və fikrində qətidir; 5) uşaqların həyatında baş verənlərlə məlumatlı olmalı, nə haqda fikirləşdiklərini, nə hiss etdiklərini bilməli, onların qeydinə qalmalı, onlara dəstək olmalı, onların əməllərini müzakirə etməli, çətin anlarda onlarin yanlarında olaraq onlara dayaq olmalıdırlar.

Yuxarıda göstərilən xüsusiyyətlərin əksi olan bir ailə başçısını nümunə gətirək.

Ata neçə illərdir ki, heç bir yerdə işləmir, iş axtarmağa səy belə göstərmir, ev işində qadına yardım etmir, nə maddi, nə də mənəvi cəhətdən ailənin heç bir işinə yardım göstərmir. Hətta bu azmış kimi bütün günü deyinir, oturub əmrlər verir, kobud danışır, qadının ev saxlamasına baxmayaraq nəinki onu qiymətləndirməyir,müqabilində təhqir etməyi bacarır. Beləliklə, özünü ailənin başçısı kimi göstərməyə çalışır.

Həqiqətdə isə o, yalnız bacarıqsız, məsuliyyətsiz, ailə sevgisindən məhrum bir kişidir. Bu hörmətsizliyin haradan, nə vaxtdan, hansı səbəbdən yarandığını axtarıb aradan qaldırmaqdansa, ailədəki hörmətini bərpa etməkdənsə belə kişilər öz mənfi cəhətlərini , öz qəbahətlərini görmür,hətta bunu başqalarının, evdəkilərin üzərinə yıxır, səhvi özlərində deyil, kənarda axtarırlar.

Nəticədə belə ailənin davamı uzun sürmür, ana bu şəraitə dözsə belə uşaqlar böyüdükcə, anladıqca anadan nigahın pozulmasını tələb edirlər.

Buna görə də ailə başçısı üçün vacib amil onun əsl kişi olmasıdır: etibarlı, məsuliyyətli, diqqətli, qayğıkeş, qorxmaz . Belə kişi çətinlikdən gizlənmir, mürəkkəb situasiyalardan qaçmır, ağır vəziyyətlərdə nəinki “yükü” arvadının üstünə atmır, əksinə bu zaman öz çiynini irəliyə verir. Belə kişiyə qadın bütün hallarda bel bağlaya bilər, çünki bu xasiyyətli kişinin ailəsini çətin anlarda qoruyacağına əmindir.

Bir sözlə… Kişi əgər əsl mənalı kişi olsa, onda qadını da ailəsinin yaxşı arvadı və anası olar. Bu kimi ailənin isti ocağı, tükənməz məhəbbəti ömrlərinin sonuna kimi davam edər.

narinc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər