“Dinləyir” kimi görünürük, amma dinləmirik! Ümumiyyətlə, qarşımızdakı adamın bizə demək istədiyini deyil, eşitmək istədiyimizi eşidirik. Əgər dinləməyi bacarsaq, bir çox anlaşılmazlıq asan həll edilə bilər.
Kritik nöqtə
Kritik nöqtə, dinləmənin unudulmuş bir sənət olmasıdır. İnsanların söylədiklərimizi eşitdiklərindən əmin olmaq üçün o qədər çox səy göstəririk ki, dinləməyi unuduruq.
Əslən ABŞ-lı bestseller müəllif və biznes məsləhətçisi olan Ed Brodou yazır: “Aldığım təlimlərdə çatışmazlıqlar olduğunu ilk donanmada xidmət edərkən anladım. Nəzakətli bir polkovnik mənə nəsihət vermişdi: – “Leytenant, necə dinləməyin lazım olduğunu öyrənməlisiniz.” Mən o zaman ona: – “Anlaya bilmədim?” – deyə cavab vernişdim. Şübhəsiz, mövzunu anlamağım bir az çətin olacaqdı. İkinci macəram xüsusilə yaddaqalan idi. “Dun & Bradstreet” məni satıcı olaraq işə götürmüşdü. Bu təşkilatın fəaliyyət sferası, bütün işi yeni bir texnologiyaya əsaslanırdı. Milyonlarla şirkətə aid kredit məlumatları kompüterdə işlənilərək, verilənlər bazası yaradılmışdı və bu məlumatlar marketinq məqsədilə satılırdı. Məsələn, təmsil etdiyiniz şirkət, eskimolara buz satırsa, D&B sizə bazarda fəaliyyət göstərən bütün eskimo şirkətlərinin siyahısını sizə verə bilirdi. Bu siyahıya, hər şirkətdəki eskimoların sayı və əsas qərarları qəbul edən eskimoların adları kimi, mühüm məlumatlar da əlavə edilirdi. 1968-ci ilin ən dəbdə olan iş anlayışı bu idi.Mənim satış bölgəm, Nyu Yorkdakı “Canal Street” idi. Bura, Manhattan İslandın ən bataqlıq bölgəsi idi və qapıdan-qapıya satış reallaşdırmaq, son dərəcə çətin idi. Üstəlik, bu iş üçün çox az pul alırdım. Çox keçmədən, satışda müvəffəqiyyətin, çənəni tutmaqdan və insanların dediklərini dinləməkdən asılı olduğunu öyrəndim. Şirkətimizin məhsulunu satmağa çalışdığım insanların, satışı həyata keçirməyim üçün ehtiyac duyduğum hər şeyi mənə söylədiklərini kəşf etdim. Əlbəttə, çənəmi kifayət qədər uzun müddət bağlı saxlasam işlərim qaydasında gedirdi, əksinə, fasiləsiz danışanda məni “başlarından” edərdilər. Amma, onlara dərdlərinin nə olduğunu söyləmələri üçün fürsət verəndə, məndən hər növ malı satın alardılar. Hətta, buzu belə.”
Formanı saxlamaq
Dinləmək sənətinə yiyələnib, ustalaşmaq çətin deyil, son dərəcə sadədir. Fiziki olaraq formamızı qorumaq üçün etdiklərimizdən çox-çox asan… Formada qalmanın asan tərəfi, müntəzəm məşq etməkdir. Çətin olanı isə, idman salonuna nizamlı olaraq getməkdir. Getməmək üçün tapdığımız bəhanələr isə təəccüb doğurucudur. Nə var-nə var, sağlamlıq klubuna getdərkən, evdən çıxmaq lazımdır.
Dinləməyi öyrənmək də eyni şeydir. Çətin tərəfi – “idman salonuna getmək” ilə ekvivalent olan-, susmaqdır. Əgər, çənənizi sıxmağa vərdiş edə bilsəniz, möcüzəvi bir dinləyici və böyük bir müzakirəçi olarsınız.
Dinləmənin ip ucları
Aşağıda, dinləmə bacarığınızı inkişaf etdirməyə istiqamətlənmiş bəzi məsləhətlər verilir:
Dinləmə arzusu duyun!
Başqalarını dinləməyin ən güclü silahınız olması həqiqətini qəbul etməlisiniz. Qarşınızdakı adama fürsət verilərsə, o bilməniz lazım olan hər şeyi sizə söyləyəcəkdir. Bundan gözəl nə ola bilər?!
Hər zaman müsahibinizin daha çox danışmasına şərait yaradın!
Bu, sadə bir riyazi bölgüdür. Mən sizə 70/30 qaydasını təklif edərəm. Zamanın 70 %-ini dinləyərək, 30 %-i isə danışaraq keçirin.
Söz kəsməyin!
Həmişə kiminsə sözünü yarıda kəsmək və son dərəcə vacib olduğunu hesab etdiyimiz bir şeyi müsahibimizə söyləmək üçün içimizdə inkaredilməz bir istək duyuruq. Halbuki, o şey, o qədər də vacib deyildir. Bu səbəbdən bunu etməyiniz lazım deyil. Danışmağa cürət etdiyiniz vaxt, özünüzdən mövzunun həqiqətən lazımlı olub-olmadığını soruşun.
Aktiv dinləməyi öyrənin!
Birini dinləməniz məqbul deyildir, müsahibinizin onu dinlədiyinizi bilməyindən əmin olmaq istəyərsiniz. Aktiv dinləmə, deyilən hər sözü eşitdiyinizi qarşı tərəfə bildirmə sənətidir.
Lazım gələrsə izahat istəyin!
Bu, hər növ səhv anlamanı ortadan qaldıracaqdır.
Sözsüz Mesajları, yəni “Bədən Dili”ni dinləməyə alışın!
Qarşınızdakı adam, “bədən dili”ni istifadə edərək sizinlə ünsiyyət qura ola bilər. Mesajın kodunu açmanız lazımdır.
Bir sual verin və susun!
Bu, dinləmənin çox asan bir yoludur. Özünüzü müsahibə götürən biri kimi düşünün. Soruşun və dinləyin!
Sual vermənin ip ucları
Özünüzü danışmaqdan necə saxlayacağınızı bir dəfə öyrəndikdən sonra, sual verərək təsirli dinləməyi bacara bilərsiniz. Sual vermək üçün bəzi məsləhətlərimiz bunlardır:
Açıq suallar verin!
Cavabı, “Bəli” və ya “xeyr” olmayacaq suallar verin! Bunu necə edə bilərik?” “Nə düşünürsünüz?” Məqsədiniz, onları mümkün olduğunca çox danışdırmaqdır.
Müsahibinizi müdafiəyə vadar edəcək suallar verməyin!
Məsələn, “Niyə?”- sualı təhlükəlidir. “Niyə?” deyə soruşmayın, “Necə oldu?” deyə soruşun.
“Yaxud, bu belə olarsa? Bəlkə bunu bu şəkildə edək? – deyə soruşun
Müsahibinizdən nə tövsiyə etdiyini soruşun.
“Bu məsələni həll etmək üçün nə etməyimizi təklif edirsiniz?” Hamı özündən fikir soruşulmasından xoşlanır.
Alternativlər təqdim edin!
“Hansı üsulu seçərdiniz?” Bu, qarşınızdakı adama hörmətinizi ifadə edər.
Nə hiss etdiklərini soruşun!
“Bu məsələdə nə hiss edirsiniz?” İnsanlar, duyğularının təsdiqlənməsindən xoşlanırlar.
Eşitdiklərinizi təkrarlayın!
“Nə söylədiyinizi anladığımdan əmin olmaq istəyirəm. … -mi deyirsiniz?” Bu üsulla səhv anlamaların qarşısını alacaq və həqiqətən dinlədiyinizə onları inandıracaqsınız.
Dedektiv olmaq
Hələlik bu qədər. İndi isə bildiklərinizi tətbiq etməyə başlayın. Yuxarıda sadalananlar üçün nümunə adam axtarırsınızsa, “Kolumbo”nun hekayəsini oxuyun. Mən şəxsən ondan nümunə götürmüşəm. Hər kəsə bir təklifim var! Özünüzü dedektiv kimi hiss etməlisiniz.
NLP Master, Fərdi İnkişaf Ustası
Babək Bayramov
pcc.az