Gözəlliyinizin son nöqtəsi – Tonal kremlər

Fikirləşirsiniz ki hamar bir dəriyə necə sahib ola bilərsiniz?!. Təbii ki, sizə ən uyğun Tonal Krem seçərək.

Gözləriniz, dodaqlarınız və saçınız gözəl görünsün deyə bir çox vaxt və pul xərcləməniz çox normal haldır, amma əgər dəriniz ləkəlidirsə, sərf etdiyiniz bütün bu vaxta təəssüf etməkdən başqa bir şey qalmır. Çünki üz cizgilərinizi nə qədər vurğulasanız da dərinizdəki nahamar görünüş hər şeyi pozacaq.

Problemlər və Həlləri
Göz altındakı torbalanma və qaralma
Gözlərinizin altında çox diqqətə çarpan xəttlər ya da torbalar meydana gəlmişdirsə, açıq rəngli və yüngül tərkibli tonal krem seçin və tonal kremi göz bölgəsində çox az istifadə edin. Tünd krem, bu cür qüsurları daha da diqqətə çarpan hala gətirər.
Həddindən artıq rəngli üz
Al yanaqlarınız varsa, ya da çox asan qızarırsınızsa, tonal kremin altına yaşıl tonlu bir nəmləndirici ya da üstünə yaşıl tonlu bir pudra sürtün.

Ləkələr
Tonal kremlə örtmədiyiniz ləkə ya da qızarıqlıqları, üstən sürtəcəyiniz bağlayıcı bir kremlə görünməz hala gətirə bilərsiniz. Dərmanlı, müalicə tərkibli bir tonal krem istifadə etməklə, ləkənin tamamilə keçməsini də təmin edə bilərsiniz.
Çənə
Gözə batan bir çənə quruluşuna sahibsinizsə və ya oyuq bir çənəni daha yumşaq göstərmək istəyirsinizsə, qulaqlardan çənəyə doğru, çənə xəttinizin düz altına bir ton daha tünd tonal krem sürtərək saxta bir “kölgə” yarada bilərsiniz.
Civzə
Dəri problemlərinizi örtmək istəyirsinizsə, mat bir tonal krem istifadə edin. Civzə və sızanalara görə dərinizdə nahamar görünüş varsa, qəlib tonal krem kimi sıx bir tərkib istifadə edə bilərsiniz, amma gecə yatarkən tamamilə təmizləməyə diqqət edin.

Çillər
Bütün üzə yayılmış çilləri azaltmaq üçün dəri rənginizdən bir az daha tünd bir maye tonal krem istifadə edin.

Günəş yanığı
Günəş yanığını tonal kremlə bağlamağa çalışmayın, bu işə yaramaz. Onun yerinə, soyuq bir bezlə örtərək ya da soyuq su ilə yuyaraq dərini sərinlədin, sonra da güclü tərkibə malik bir nəmləndirici sürtün.
Tonal Krem növləri
Maye Tonal Krem
İncə, müəyyən qədər görünməz bir təbəqə meydana gətirər. Quru dəriyə sahib olanlar nəmləndirici, yağlı dəriyə sahib olanlar isə yüngül dərmanlı, ya da yağsız tonal krem istifadə etməlidirlər.

Yağlı Tonal Krem
Bir az daha qalın bir təbəqə meydana gətirir. Quru və normal dərilər üçün idealdır. Bu cür tonal krem, parlaq bir görünüş verdiyi üçün yağlı dərilərə uyğun deyildir.

Jele Tonal Krem
Qalın bir təbəqə meydana gətirməz və şəffaf bir rəng verir. Ləkəsiz, gənc dərilər üçün idealdır. Günəş şüalarına qarşı qoruyucu maddələr ehtiva etdiyindən yaz-yay aylarında qoruyucu kimi istifadə edə bilərsiniz.

Ən yaxşı nəticəni əldə edə bilmək üçün dəri növünüzə uyğun formullu tonal krem tapıb, problemli yerləri ən yaxşı şəkildə örtərək, lazımlı miqdarda istifadə etmək kafi olacaqdır.

Qəlib Tonal Krem
Qalın bir təbəqə yaradır. Nəmli bir süngərlə sürtülməlidir. Quruducu təsiri olduğundan, yağlı dərilər üçün idealdır.

Rəng Variantları
Əgər sarı, ya da qara dəriyə sahibsinizsə, bədəninizin rənginə uyğun gələn tonal krem tapmaqda çətinlik çəkə bilərsiniz. Dermatoloqlar, ağ irqi ayrı dəri rənginə ayırırlar, dəri rənglərinin növü südlü qəhvədən, fil dişinə qədər uzanan 39 növ fərqli tona sahibdir.

Qaranlığınızı işıqlandırın
Tonları sınayarkən, gün işığında baxmağa çalışın. Çünki elektrik işığı sarımtıl, fluoressensiya işıq isə göy rəngə çalan bir kölgə effekti verə bilər. Tonal Krem sürtərkən işıq mütləq tam qarşıdan gəlməlidir, yoxsa kölgələr yranacaq və düzgün sürtmək çətinləşəcək. Makiyaj etmək üçün ən ideal metod, gün işığında pəncərənin qarşısına yerləşdirəcəyiniz bir güzgüdən istifadə etmək olacaqdır.
Banyoda pəncərədən yoxsa, Hollywood tərzi, ətrafı işıqlandırılmış ya da üstündə hər hansı bir işıq mənbəyi olan bir ayna da eyni işi görür. Amma yenə də siz siz olun, üzünüzü bütün dünyaya göstərmədən gün işığında bir nəzarət edin.
azadqadin.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər