Köhnə Tramvay Parkı

Köhnə tramvay parkı xəyalların parçası,

Dəmiryol qırağı addımlayan gəncin açılmış ayaqqabı bağları

Cırılmış şalvarı, genbalaq köynəyi, dağınıq saçları

Biraz saqqal, bir də əzilmiş siqaret qutusu…

Yazılmış divarlar sökülmüş, döşəmələr əyilmiş, ağaclar üzlənmiş binalar

Rəngarəng park ,daş ağaclar içindəki karusellər,

Maskalı teatrda yaşayan insanlar,

Aynasız şəhərlər,səssiz küçələr ünvansız çərpələnglər….

Hündür hasarlarda gizlənən uçuq körpülər,

Böyük mənzillər, balaca evlərdə birləşən əllər…

Əyni brend, rəngarəng t-shirt

Ciyəri zəhərli böyrəyi sancılı böyüyən gənclər…

Cırılmış kitabın səhifələri, Bakının toz küçələri

Birdə ürəkləri isitməyən ayaqları qucaqlaqlayan

Soyuq Mərmərləri-böyük qardaş nəzərləri…

Gecənin işıqları bircə lazım olur tikilən üzlüklərə,

Gizlənir gecələrdə sərxoş atanın göz yaşları

Xoşbəxt edə bilmir qədəhlər…

Dayanır limanda qollarına sarılan bir qızın duyğuları,

Qapanır otağına 90 dərəcə divarlara sirdaş tək tələbə oğlan…

Pəncərəsindən görünən məscidin yarımçıq minarələri

Hündür binalar altında, quyu dibində bəzən hıçqırıq pıçıldasa da bu şəhər,

Günəşi üfüqləri üzümüzdə hər səhər

Var səhər , sabah və inam

İnsan insan inam…

Bu şəhər insan olanda

mən, sən və bizlə, insanla pərver olanda-

İnsan-inam, iman günəşə cəsarətlə açılanda

Dağlara baxmaq deyil yaylaq üçün aşmaq gərəkəndə,

Qapılarda gözləmək deyil zərblə açmaz,

Gərəkəndə bəlkə bir dəstə güllə, bəlkə sıxılmış əllə…

Bu şəhər o yuxudan oyanacaq və bizi oxuyacaq

Oxuduqca tanıyacaq, tanıdıqca bizim kimi olacaq yenidən…

Yenidən pərvər doğacaq…

Şamxal Həsənli

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər