Çilli dərilər üçün məsləhətlər

Çillər günəşin zərərli şüaları səbəbiylə və ya genetik olaraq yaranan qəhvəyi rəngli kiçik ləkələrdir. Çillər xarakterlərinə görə 2 qrupa ayrılır. Birincisi, ümumilikdə uşaqlarda rast gəlinən və günəşin zərərli şüalarının birbaşa təsir etdiyi bölgələrdə yaranan çillərdir. Digəri daha da irəli yaşlarda ortaya çıxan, tünd rəngli çillərdir. Bunlara daha çox lentigolar deyilir. Lentigolar öz özünə yox olmur. Müalicə ilə təmizlənmələri mümkündür. Aparılan araşdırmalarda çillənmədə genetik faktorlar da aşkarlanmışdır.

Sizi narahat edən çillərdən lazer şüaları ilə tamamilə qurtula bilərsiniz. Ancaq bir çox insan bu yolu seçmədən, ev şəraitində çillərdən qurtula bilir. Əgər siz də maskalardan istifadə etmək istəyirsinizsə, rahat əyləşin və diqqətlə yazımızı oxuyun və tətbiq edin.

  • Bir budaq cəfəri, yarım limonun suyu, yarım çay qaşığı duz, bir çay qaşığı bal, və sütü mikser ilə qarışdırın və dərinizə çəkin. 30 dəqiqə gözləyib, ilıq suyla yuyun.
  • Çürümüş südün dərinizdəki çilləri tamamilə yox etməsə də, gözlə görüləcək qədər azaltdığını bilirsinizmi? Üzünüzü çürümüş südlə yusanız onların rəngini ağardacaqsınız.
  • 100 qram ağ lobyanı gecədən suya qoyun, ertəsi gün 1 litr suda qaynadın. Bişdikdən sonra süzün və əldə etdiyiniz suyu 5 gün boyunca dərinizə çəkin. Məhlulu soyuducuda qoruyun.
  • Kətan toxumunu qaynadın və suyu ilə dərinizi masaj edin.
  • Çilləri limon suyu ilə ovsanız, limonun tərkibindəki sitrik asit pigmentləri və ləkələri azaldar və ağardar.
  • Cəfəri ilə belə bir maska da tətbiq edə bilərsiniz: cəfəri suyunu bərabər miqdarda limon və portağal suyu ilə qarışdıraraq nəmləndiricidən öncə istifadə edin. Çillərinizin azalmasına və tədricən yoxa çıxmasına səbəb olur.
  • Bir litr suda paxla və ya düyünü yarım saat qaynadıb süzün. Suyu ilə çilli bölgələrinizi yuyun.
  • 1 çay qaşığı qatıq və 1 çay qaşığı karbonatı qarışdırıb dərinizə çəkin. 1 saat gözlədikdən sonra ovaraq çıxarın. Həftədə 1 dəfə tətbiq edin.
  • 1 ədəd xiyarı 1 stəkan sütün içinə doğrayın. 2 saat gözlədikdən sonra süzün. Xiyarları bir tənzifin köməyi ilə sıxın. əldə etdiyiniz məhlul ilə üzünüzü tez tez silin. Bu maska ilə 10-15 gün sonra çillərinizdən qurtula bilərsiniz.
  • 2 xörək qaşığı yer kökü suyuna 20 damla limon suyu əlavə edin və gündə 2-3 dəfə üzünüzü silin. Maskanı 20-30 dəqiqə gözlədin sonra silin.
  • Üzünüzü yaxşıca təmizlədikdən sonra az miqdarda nəmləndirici krem çəkin. Sonra pomidor dilimlərini üzünüzə yerləşdirib 30 dəqiqə gözləyin. Maskanı soyuq sütlə ısladılmış pambıq vasitəsilə dərinizdən silin.
  • Cəfəri suyunu sütlə və ya qatıqla qarıdırın. Dərinizə çəkin və 15 dəqiqə sonra ilıq suyla yuyun.
  • 1 çay qaşığı darçın ilə 1 yumurtanın ağını qarışdırın və dərinizə çəkin. 20 dəqiqə gözlədikdən sonra ovaraq çıxarın. (Diqqət! Bu maska həssas dərilər üçün məsləhətli deyil)
  • Təzə kartofu rəndələyin, birneçə damcı bitki yağı, 1 yemək qaşığı təzə süt və badam parçaları əlavə edin. Yaxşıca qarışdırıb maska hazırlayın. Dərinizə çəkin və 20 dəqiqə sonra yuyun.
  • Təzə heyvanı rəndələyin, suyunu sıxın. Suyunu pambıqla üzünüzə çəkib sonra da silin.


makiyaj.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər