XƏRÇƏNG XƏSTƏLİYİNİN İNKİŞAFININ PSİXOFİZİOLOJİ MODELİ

XƏRÇƏNG XƏSTƏLİYİNİN İNKİŞAFININ PSİXOFIZİOLOJİ

MODELİ

BDU- III kurs magistranı Qurbanova Ləman Elman q.

Xərçəng xəstəliyinin inkişafının psixofizioloji modelinə əsasən qeyd etmək olar ki, xərçəngin yaranmasına əsas səbəb psixoloji və fizioloji faktorların qarşılıqlı əlaqəsidir. Bu modeli sxematik olaraq aşağıdakı kimi göstərmək olar:

Psixoloji stress
Deprivasiya, ümidsizlik
Limbik sistem
Hipotalamusun fəaliyyəti -Hipofizin fəliyyəti
İmmun sistem ( orqanizmin müdafiəedici funksiyası) – Endokrin system (hormonal tarazlığın bərpa edilməsi)
İmmun sistemin dağılması – Atipik hüceyrələrin sayının artması
Xərçəngin inkişafı

Sxem 1. Xərçəng xəstəliyinin inkişafının psixofizioloji modeli

Sxemdə qeyd edilən bu mərhələlərin hər birinin xərçəngin inkişafında mühüm rolu vardır. Aşağıda biz bunların daha geniş izahını görəcik.( 3;103)

Psixoloji stress

Bir çox xəstəliklərlə yanaşı xərçəngində inkişaf etməsində stressin rolu

bir faktor kimi sübut edilmişdir. Müəyyən dövrlərdə insanın qarşılaşdığı stressli vəziyyətlərinin sayına əsaslanaraq qeyd etmək olar ki, əsasən bundan sonra insanlarda müxtəlif ağır xəstəliklər meydana gəlmişdir. Lakin hər bir stressli vəziyyət insana dərin zərbə vurmur. Stress insana o zaman daha ağır təsir edir ki, bu insan üçün vacib əhəmiyyət daşısın, müxtəlif şəxsiyyətlərarası münasibətlərdə onun özünü təqdim etməsinə mane olsun. Müəyyən edilmişdir ki, bu cür stressor vəziyyətlərə orta yaşlarda daha çox rast gəlinir.( 4; 221)

Depressiya

İnsan həyatı boyunca bir çox stressor vəziyyətlərlə qarşılaşır. Hər bir insan bu dünyada müxtəlif cür özünü təqdim etmə bacarığına malikdir və hər bir insan bu və ya digər situasiyada müxtəlif cür hərəkət edir. Buna əsasən insanın stressli vəziyyətdən necə çıxacağını qeyd etmək olar. Bəzən onlar stresslə mübarizənin mümkünlüyünü o qədər məhdudlaşdırır ki, insan çıxılmaz vəziyyətə düşür. Nəticədə o, depressiyaya düşür, onu ümidsizlik əhatə edir, özünü köməksiz, çarəsiz hiss edir. Bir sözlə, insanda o hisslər yaranır ki, onlar xərçəngin yaranmasında mühüm rol oynayır. Beləliklə, insan şüurlu olaraq öz ağır xəstəliyinə və ya ölümünə hazırki vəziyyətdən çıxış yolu kimi baxır. ( 2;154)

Limbik sistem

Limbik sistem baş beyinin ən dərin qatları ilə əlaqəlidir və o orqanizmin özünümühafizəsinə istiqamətlənmiş bütün proseslərdə iştirak edir. O, “mübarizə aparmaq və ya qaçmaq” kimi reaksiya tipinə cavab verir. Bu limbik sistem stress, onun nəticələrini, insanın bütün hiss və duyğularını qeydə alır.

Hipotalamusun fəliyyəti

Limbik sistem orqanizmə baş beyinin kiçik bir sahəsi- hipotalamus vasitəsilə təsir edir. Limbik sistemdən aldığı siqnalları hipotalamus iki kanal vasitəsilə ötürür. Birincisi, hipotalamus emosional stressə qarşı reaksiyaya cavabdeh olaraq immun sistemin idarəsində iştirak edir. İkincisi, hipotalamus hipofizin fəaliyyətinin tənzim edilməsində mühüm rol oynayır. Eyni zamanda hipofiz də öz növbəsində endokrin sistemin o hissəsini tənzim edir ki, o hissə insan orqanizmində hormonlara cavabdehdir.

İmmun sistem

İmmun sistem orqanizmin təbii müdafiəsi olub, müasir təbabətində qeyd etdiyi kimi zamandan-zamana hər bir insanın orqanizmində təşkil olunan hər hansı ağır xassəli hüceyrəni məhv etmək və təcrid etmək üçün yaranmışdır. İmmun sistemin zəifləməsi xərçəng hüceyrələrinin yayılmasına gətirib çıxara bilər. Limbik sistem və hipotalamus vasitəsilə gətirilən emosional stressin yüksək modeli immun sistemi əsarət altına alır və bu da xərçəngin inkişafı üçün orqanizmi zəiflədir.

Hipofiz, endokrin sistem

Verilənlərə əsasən onu söyləmək olar ki, hipotalamusun mexanizmi qeyd edilənlərdən başqa stressə reaksiya göstərməklə hipofizə təsir edir, onun işini elə dəyişir ki, endokrin sistem orqanizmin hormonal balansını dəyişir. Orqanizmin hormonal tarazlığının pozulması orqanizmin kanserogen cisimlərə qarşı həssaslığını artırır.

Atipik hüceyrələrinin sayının artması

Hormonal tarazlığın pozulması atipik hüceyrələrin təkrar istehsalının inkişafına gətirib çıxarır və bu da immun sistemin onlarla mübarizə qabiliyyətini zəiflədir.( 3;107)

Xərçəngin inkişafı

Fizioloji dəyişikliklərdəki bu cür ardıcıllıq xərçəngin inkişafı üçün optimal şərait yaradır, eyni zamanda da orqanizmin arzuolunmaz elementlərə müqavimət göstərmək qabiliyyətini azaldır və atipik hüceyrələrin təkrar istehsalını artırır. Bütün bunlar nəticədə insan həyatı üçün təhlükəli xəstəliyə gətirib çıxara bilər. (5)

Əks dövr : sağalma modeli

Bu modeli əks etdirməkdə əsas məqsəd ondan ibarətdir ki, onkoloji xəstəliyin inkişafını müsbət istiqamətdə dəyişmək olar. Xərçəngin inkişafına gətirib çıxaran hiss və duyğuların bu mexanizmi eyni zamanda sağlamlığının bərpa olunmasında da istifadə oluna bilər. Bu sxemi aşağıdakı kimi göstərmək olar:

Sxem 2. Sağalmanın psixofizioloji modeli

Psixoloji müdaxilə

Ümid, gələcəyə inam

Limbik sistem

Hipotalamusun fəaliyyəti – Hipofizin fəliyyəti

İmmun sistem – Atipik hüceyrələrin sayının azalması

İmmun sistemin işinin formalaşması – Endokrin sistem (hormonal tarazlığın bərpa edilməsi)

Şişin itməsi

Psixoloji müdaxilə

İlk növbədə xəstəyə elə kömək etmək lazımdır ki, o müalicənin effektivliyinə və öz orqanizminin xəstəliyə müqavimət göstərmək bacarığına inansın. Bundan sonra onu öyrətmək lazımdır ki, o stressli situasiyanın öhdəsindən gəlməyi bilsin. Xüsusilə vacibdir ki, onlar özlərinə olan baxışlarını dəyişsinlər: xəstə öz gücünə inanmalıdır, öz probleminin effektiv həll edəcəyini bilməlidir.

Ümid, gələcəyə inam

Xəstədə sağalacağına inam və qarşısında duran problemə yeni münasibətin meydana gəlməsi özündə ümid və gələcəyə inam əks etdirən yeni həyati vəziyyəti formalaşdırır.

Limbik sistem

Limbik sistem inam və ümid hissini yenidən qeydə alır. (hansı ki, bunu ümidsizlik və inamsızlıq qeyd etmişdi)

Hipotalamus

Limbik sistem bu hissləri qeydə alan kimi, hipotalamus ondan güclü yaşamaq arzusunu özündə əks etdirən emosional vəziyyətdəki dəyişiklik haqqında siqnalı alır. Hipotalamus da öz növbəsində bu dəyişiklik haqqında siqnalı hipofizə ötürür.

İmmun sistem

Hipotalamus immun sistemi hərəkətə gətirir və insanın müdafiə mexanizmi yenidən atipik hüceyrələrə müqavimət göstərməyə başlayır.

Hipofiz və endokrin sistem

Hipofiz endokrin sistemin bir hissəsi kimi hipotalamusdan bu cür siqnalı alaraq onu endokrin sistemin digər hissəsinə ötürür ki, bu da öz növbəsində orqanizmdə hormonal tarazlığı bərpa edir.

Atipik hüceyrələrin sayının azalması

Orqanizmdə hormonal fon bərpa olunan kimi atipik hüceyrələrin böyük sayda istehsalı azalır və immun sistem yenidən aktivləşir. (3;110)

Xərçəngin zəifləməsi

İmmun sistemin normal funksiyası və atipik hüceyrələrin istehsalının azalması xərçəngin zəifləməsi üçün optimal şərait yaradır. Psixoloji planda öz sağlamlığı üçün mübarizə aparan pasiyentlər xəstəliyə qədərki vaxtdan daha da güclü olur. Ölümün real təhlükəsi ilə qarşılaşan xəstələr öz sağlamlıqlarına təsir edəcəklərini bilərək həyata yeni baxışla baxmağa başlayırlar, onlar bu böhrandan yalnız öz sağlamlıqlarını bərpa etməklə deyil, eyni zamanda öz gücləri ilə öz həyatlarına təsir edə biləcəkləri hisslə çıxırlar.( 1;132)

Sağalma: bədənin və ruhun müalicəsi

Onkoloji xəstəliklərin aradan qalxmasında iki yol vardır ki, bunlar insanı sağlamlığa aparır: bu ya immun sistemin işinin güclənməsi, yaxud atipik hüceyrələrin sayının azalmasıdır. Terapevtik metodun əsasında atipik hüceyrələrin kimyəvi terapiya və ya şüalanma vasitəsilə azalması durur. Cərrahi metodda öz növbəsində xərçəng hüceyrələrini bir dəfəlik yox edir və immunterapiya isə orqanizmin müdafiə aktivliyini gücləndirir. İmmunterapiya cəhd edir ki, orqanizmdəki bakteriya və dəyuişilmiş xərçəng hüceyrələri vasitəsilə pasiyentin təbii müdafiə mexanizmini situmullaşdırır. Bu cisimlərin immun sistemə hücumu ilə eyni zamanda o xərçəng hüceyrələrinə hücum edir. Hələlik immunterapiya öz inkişafının lap başlanğıcındadır, ancaq gələcəkdə o insan orqanizminin təbii müdafiəsini gücləndirməyə yönəlmiş daha effektli metod olacaqdır.(3;111)

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI

  1. Березин Ф.Б. Психическая и психофизическая адаптация человека.- Л.Наука, 1998.- 269с
  2. Русина Н.А. Эмоции и стресс при онкологических заболеваниях //

Мир психологии. Научно –методический журнал.- 2002.- №4.- с.152-160.

  1. Саймонтон К., Саймонтон С. Психотерапия рака. СПб: Питер, 2001.

288 с

  1. Судаков К.В. Системные механизмы эмоционального стресса.- М.:

Медицина, 1981.- 232с.

  1. www.rak.by

Mənbə: BDU, “MÜASİR DÖVRÜN AKTUAL PROBLEMLƏRİ” ELMİ ƏSƏRLƏR TOPLUSU , BURAXILIŞ № 4, BAKI – 2010

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər