TALASSEMİYA XƏSTƏLƏRİNİN SOSİAL – PSİXOLOJİ PROBLEMLƏRİ

TALASSEMİYA XƏSTƏLƏRİNİN SOSİAL – PSİXOLOJİ

PROBLEMLƏRİ

Səməd İntizarghofran Cavad o.

Major talassemiya xəstəliyi qanda hemoqlobin çatışmamazlığına səbəb olur və insanda ciddi qanazlığı əmələ gəlir. Hemoqlobinləri kifayət qədər alfa zolalı (proteini) istehsal etməyən insanlar alfa talassemiyası xəstəliyinə tutulmuş olurlar. Bu tip insanlarda təxminən 6 aylıq körpə olduqları vaxtdan etibarən xəstəliyin aşağıdakı əlamətləri müşahidə edilməyə başlayır:

üz cizgilərində dəyişiklik, inkişafın qeyri-müntəzəmliyi, cinsi yetkinliyin gecikməsi, ürək çatışmamazlığı, daxili vəzlərin o cümədən mədəaltı vəzin fəaliyyətində çatışmamazlıq və diabetə (şəkər xəstəliyi) tutulma, ürək- damar xəstəlikləri, həzm prosesində problemlər və s.

Major beta talassemiya talassemiyanın daha mürəkkəb növü olaraq xüsusi müalicələr və dərmanlar tələb edir, xəstənin həyatının müxtəlif sahələrinə təsir edir. belə ki, bütün müalicələr və cəhdlərə baxmayaraq xəstə müxtəlif fiziki və psixoloji problemlərlə qarşılaşır.

Qlobal Sanitariya Təşkilatının hesabatına əsasən dünyanın 60 ölkəsi talassemiyanın (xronoloji genetik xəstəlik kimi) ən çox yayıldığı ölkə hesab edilir. İran həmin ölkələr siyahısına daxildir və hazırda 22000 nəfər talassemiya xəstəsi kimi qeydə alınıb (xüsusi xəstəliklər təşkilatı, 1381).

Yuxarıdakı statistik məlumata əsasən İran talassemiya xəstələrinin sayı baxımından birinci yerdədir və hər il ölkədə 1500 talassemiya xəstəliyinə malik körpə doğulur (Mərəndi və Laricani, 1380).

Demək olar ki, talassemiya xəstəliyi ölkənin ən əhəmiyyətli və çox yayılmış irsi (anadangəlmə) xəstəliyi hesab edilir. Buna görə də həmin xəstəliyin kontrolu, xəstələrin fiziki və psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülməli və ciddi planlar həyata keçirilməlidir.

Talassemiya xəstələrinin sosial və psixoloji problemlərini nəzərə aldıqda həmin xəstəliyin xəstələr üzərində psixoloji təsirini inkar etmək olmaz. Bu problemlər xəstəliyin mahiyyəti və gedişindən əlaqədardır. Müntəzəm olaraq klinikalar və xəstəxanalar da müalicə alan xəstələrin gündəlik həyat ritmi pozulur, məktəb və təhsillə əlaqədar problemlər yaranır və ümumilikdə onların ictimai həyat və fəaliyyətləri məhdudlaşır.

Bu problemlərin nəticəsi olaraq həmin xəstələrdə psixoloji təzyiq və gərginlik artır, onların təbii-fiziki və sosial-psixoloji inkişafında problemlər yaranır. Bu xəstələrin fiziki inkişafındakı problemlər onlarda öz yaşıdları ilə münasibətdə həqarət, ziddiyyət və bacarıqsızlıq hisslərinin yaranmasına səbəb olur.

Bu tip hisslərin təsiri xəstələrin ictimai inkişafının ləngiməsi və yaxud dayanmasında, onların özləri haqda təsəvvürlərinin formalaşmasında aydıncasına müşahidə edilir. Qeyd etdiklərimizi hipotezanı təsdiq edən arqumentlər kimi fiziki zəifliyi, zahiri görünüşdəki problemləri, fiziki zəiflik və müalicə ilə əlaqədar olaraq təhsil prosesində yaranan problemləri, iş-peşə və evliliklə əlaqədar yaranan problemləri qeyd etmək olar. Bu problemlərin ən əhəmiyyətlisi isə cəmiyyətdə bu xəstəlik və bu xəstələrə olan qeyri-düzgün və məsuliyyətsiz münasibətin mövcudluğudur. Bütün bu problemlər xəstələrin ictimai inkişafı və özünü təsəvvür səviyyəsinə mənfi təsir edir.

Qeyd edilən münasibət və amillərin dəqiq öyrənilməsi və təhlili xəstələri üzərindəki mənfi təsirlərin azaldılması və onların sosial inkişafına optimal şəraitin yaradılması üçün çox vacibdir.

Xəstələri və onların ailə üzvlərini maarifləndirmək həm xəstəliyin mahiyyətinin aydınlaşmasına, həmdə xəstələrin üzərindəki sosial və psixoloji təzyiqin azaldılmasına kömək edəcək. Xəstəliyə tutulmuş yeniyetmələri öz yaşıdları ilə əlaqə və münasibətlərini genişləndirməyə maraqlandırmaq, xəstələrə iş tapmaq və evlənmək prosesində dəstək olmaq onların şəxsiyyətinin normal formalaşması və psixoloji təzyiqlərdən azad olması üçün əlverişli şərait yaratmış olacaq.

Ədəbiyyat siyahısı:

Azərbaycan dilində

  1. Ə.S.Bayramoм, Ə.Ə.Əlizadə. Psixologiya
  2. Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Sosial Psixologiya
  3. Fazil Vahidov, Tahir Ağayev. Sosiyologiya

Ingilis dilində:

1 – Psychological problems of thalassemic subjects [Article in Italian] Guasco G, Gamalero PC, Cuniolo A 1985 Mar-Apr;7(2):271-8

2 – Psychosocial burden of beta-thalassaemia major in Antalya, south

Turkey. Canatan D, Ratip S, Kaptan S, Cosan R. 2003 Feb;56(4):815-9.

3 – Thalassemic children’s understanding of illness: a study of cognitive and emotional factors. Sherman M, Koch D, Giardina P, Hymowitz P, Siegel R, Shapiro T. 1985;445:327-36

4 – Psychosocial integration of adolescents and young adults with thalassemia major. Di Palma A, Vullo C, Zani B, Facchini A. Ann N Y Acad Sci. 1998 Jun 30;850:355-60

5 – Psychosocial aspects and psychiatric disorders in young adult with thalassemia major. Messina G, Colombo E, Cassinerio E, Ferri F, Curti R, Altamura C, Cappellini MD2008 Dec;3(4):339-43. Epub 2008 Jun 13

6- Psychosocial Care & Protection of Children in Emergencies. A Field Guide • Laura Arntson and Christine Knudsen Amy Hepburn 2004, Save the Children Federation, Inc ISBN 1-888393-11-4

Mənbə:BDU, “MÜASİR DÖVRÜN AKTUAL PROBLEMLƏRİ” ELMİ ƏSƏRLƏR TOPLUSU , BURAXILIŞ № 4, BAKI – 2010

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər