Qadınlar da səhv edir

Söz ustalarımız, şairlərimiz qadını yüksəltmiş, onu fələklərin Fövqünə qaldırmışlar, özlərini isə günahkar bəndələr səviyyəsində aşağı tutmuşlar.

Ol pərivəş kim məlahət mülkünün sultanıdır,
Hökm onun hökmüdürür, fərman onun fərmanıdır! — deyən Füzuli xanımları «məlahət mülkünün sultanı» adlandırır. Sultanların hökmünü təhlil yox, icra edərlər. Amma bəzən bu hökmlərdə səhvlər də olur.

Amerikalı psixoloq Barbara de Anceles tədqiqlərində yazır:

Qadınlar kişilərə qarşı münasibətdə aşağıdakı əsas səhvləri buraxırlar:

  • Özlərini ana kimi aparırlar və kişi ilə uşaq kimi rəftar edirlər;
  • Özlərini sevdikləri şəxsə qurban verirlər. Özlərini ondan sonra ikinci hesab edirlər;
  • Kisinin potensial imkanlarına aşiq olurlar;
  • Öz qabiliyyətlərini və üstünlüklərini gizlədirlər;
  • Kişidən istədiklərini əldə etmək üçün özlərini balaca qız kimi aparırlar.

Qadınlar kişiyə tez-tez nəyisə xatırlatmalı olurlar. «Yolda ehtiyatlı ol», «Ev kirəsini ödəməyi unutma», «Pulu boş yerə xərcləmə, yoxdu», «Tərləmisən, əynini dəyiş» kimi «tapşırıqlar» qayğıkeş qadınlar üçün adi gündəlik sözlərdir.

Qadınlar kişilərlə uşaq kimi rəftar edirlər. Onlara elə gəlir ki, kişilər sərbəst heç nə edə bilmirlər, daim tapşırığa, nəzarətə ehtiyac duyurlar. Unutmayın ki. sizin bu rəftarınız kişini özünü balaca uşaq kimi aparmağa vadar edər.

Bəs qadınlar kişi ilə ana kimi rəftar edərkən hansı səhvlərə yol verirlər?

  • Daim kişilərə onların görməli olduqları işlərdə kömək edirlər.
  • Informasiya almaq üçün söz oyunu oynayırlar.
  • Güman edirlər ki, kişilər unutqandırlar və buna görə özləri xatırlamalı olduqları şeyləri də onların yadlarına salmaq lazımdır.
  • Kişini uşaq kimi qabaqlarına salıb danlayırlar.
  • Kişinin nəyisə düzgün edə bilməyəcəyini düşünərək məsuliyyəti öz üzərlərinə götürürlər.
  • Səhvlərini tutur və istiqamətləndirməyə çalışırlar.

Bəs bunun kökləri haradan dəlir? Məsələ burasındadır ki, qadınları uşaq yaşlarından ana olmağa hazırlayırlar, sonra isə onları analıq keyfiyyətlərinə görə tərifləyirlər. Bundan başqa, qızlar üçün əsas örnək, nümunə anadır. Qız uşaqlarının gəlinciklə oynamağının fəlsəfəsi də bunu üzə çıxarmağa xidmət edir. Ananın övladları və həyat yoldaşı ilə rəftarı gələcəkdə qızlarda adət formasına keçir. Yetkin insan olduqda da qadınlara elə gəlir ki, kişi ilə rəftarın yeganə yolu budur. Əslində, qadının bu rəftarına səbəb kişini özündən asılı etmək arzusudur. Qadın yoldaşının bütün istəklərini yerinə yetirdikdə, kişi ondan ayrı yasaya bilməyəcək vəziyyətə düşür. Qadınlar əmindirlər ki, kisinin qayğısını nə qədər çox çəksələr o, bir o qədər tənbəlləşəcək və asılı olacaq. Bu isə atılmaq qorxusundan irəli gəlir. Hər bir qadının təhtəlşüurunda «o məndən asılı olsa, heç vaxt məni tərk etməz» fikri var. «Ana qayğısına» öyrəşən kişilər isə həyat yoldaşlarının qayğısını qəbul edirlər. Bu hal onlara özlərini sevimli hiss etmək imkanı verir. Üstəlik, ana qayğısı ilə böyümüş, sonra isə sərbəst yaşamağa məcbur olan kişilər həyat yoldaşına da asanlıqla təslim olurlar. Təəssüf ki, ilk vaxtlar kişiyə xoş gələn bu münasibət sonra möhkəm ittifaqı pozmağa başlayır. Kişi əsəbiləşib qadına qarşı çıxır. Ana qayğısından «bezən» oğlanlar tezliklə sərbəstliyə çıxmağı arzuladıqları kimi, yetkin kişilər də azad olmağa üstünlük verirlər. Ola bilər ki, kişi ünsiyyətdən narazı qaldığını üzə vurmasın. Daxildə isə özünə bu münasibətdən bezdiyini etiraf edəcək və sərbəstliyə can atmağa başlayacaq. Daim nəzarətdə olmaq tək kişiləri yox. qadınları da sıxır.

Kişini bezdirən başqa bir səbəb özünün yararsız olduğunu hiss etməsidir. Onun yerinə hər işi görməniz, etməli olduqlarını xatırlatmanız onda məhz inamsızlıq hissi əmələ gətirir. Beləliklə, özünə verdiyi dəyəri itirən kişi sizin də dəyərinizi qısa zamanda itirir. Təbii ki, bundan sonra kişidə sevgi və arzu da azalar.

Kişi ilə ana kimi rəftar etdikdə qısa zamanda aradakı ehtiras da yox olur. Qadın özünü ana kimi apardıqca kişinin ona marağı azalır. Eyni hisslər qadında da yaranır.

Bu halda çıxış yolu kişi ilə ana kimi rəftar etməkdən əl çəkməkdir. 15 illik birgə həyatdan sonra belə, siz özünüzü yoldaşınızın sevgilisi kimi aparmağı bacarmalısınız. Kişinin əvəzinə iş görməyin. Qoyun, yoldaşınız itmiş açarlarını özü tapsın, ziyafətə nə geyinəcəyinə özü qərar versin, yerə atdığı Paltarı özü götürsün! Bu, o demək deyil ki, yoldaşınız sizdən açarının yerini soruşduqda siz “özün axtar tap, huşsuzun biri huşsuz!” deməlisiniz. Qayğı və diqqət hətta itə, pişiyə də xoşdur, onları hər an saxlamaq lazımdır. Ancaq siz anadan çox, həyat yoldaşı, sevgili olmalısmız.

Kişiylə bacarıqlı, etibar etdiyiniz bir şəxs kimi davranın. Xatırlamalı olduğu heç nəyi onun yadına salmayın. Onun yaddaşını və təqvimini əvəz etməyin. Onunla yetkin və məsuliyyətli insan kimi rəftar edin. Kişi ilə uşaq kimi danışmağa son qoyun. Onu danlamayın. Əsəbi və gərgin olduğunuzu bildirmək, təbii ki, haqqınızdır. Ancaq bu halda da onun yaşlı insan olduğunu unutmayın. Çalışın ki, nikahda hər birinizin öz məsuliyyəti olsun. Təkcə pul qazanmağı kişiyə etibar edib qalan işləri öz üzərinə götürmək düzgün deyil. Ola bilər ki, hər şeyi sizin etmənizə alışan yoldaşınız ilk vaxtlar sərbəst bir iş görərkən müəyyən səhvlər buraxsın. Lakin zaman ötdükcə o, yeni vəzifələrinə alışacaq və sizdən ağıllı olduğu üçün səhvlər etməyəcək.

Qadınlar öz maraqlarını, məşğuliyyətlərini, sevdikləri işi asanlıqla kişiyə qurban verir. Bunu etmək üçün sevdiyiniz kişinin sizin maraq dairənizi mənasız hesab etməsi kifayətdir. Kişilərin edilən fədakarlığa qiymət verməsi isə çox nadir haldır. Qəribə olsa da, qadınlar, həyat yoldaşının xoşuna gəlməyən rəfiqələrindən, qohumlarından asanlıqla uzaqlaşırlar. Qadın üçün sevdiyi kişinin məhəbbətini itirməkdənsə, əziz adamlardan imtina etmək daha asandır. Unutmayın ki, sizi əziz adamlarınızdan qoparmağa çalışan kişilər, adətən, özlərinə inamlı olmayanlardır. Bəzi kişilər üçün tam nəzarəti hiss etmək vacibdir. Kənardan kiminsə qadına dəstək verə biləcəyi fikri onları qorxudur. Beləliklə, siz birinin məhəbbətini əldə edərək. başqalarının sevgisindən məhrum olursunuz. Bu isə qadını yoldaşının sevgisindən asılı edir. Üstəlik, qadının ətraf mühitdən təcrid olunması kişini əlavə qısqanclıq fikirlərindən qoruyur.

Özünü kişidən sonra ikinci yerə qoyan qadın, bütün fərdi keyfiyyətlərini itirib sırf onun istədiyi adama çevrilir. Onun arzularının qadını olmağa çalışaraq özünüzə xəyanət edirsiniz. İmkanların geniş olduğu çağdaş dövrdə isə qadınlar bu yolda hətta xarici görünüşlərini belə tamamilə dəyişə bilirlər.

Fədakarlıqlarınızdan sonra onun bir gün sizi atacağını təsəvvür edin. Əmin olun ki. bu baş verərsə, yaşayacağınız peşmançılıq sizi stress vəziyyətinə sala bilər. Ona görə də ağıllı olun.

Sevdiyiniz şəxsin arzularının həyata keçməsi üçün siz öz arzularınızdan imtina etməyə qadirsiniz. Yoldaşının arzu etdiyi işi qurmaq üçün illərlə can atdığı arzusundan vaz keçən qadınlarla heç rastlaşmamısınız? Gəlirli işini itirən ərindən ayrılan qadın sonra səhv etdiyini anlayır, onda isə çox gec olur. Çalışın ki. özünüz bu qadınlardan olmayasınız.

Minilliklər boyu kişilərə qadınlardan öndə olduqları öyrədilib. Onlar qadının fədakarlıqla özünü qurban verməyini indi də gözləyirlər. Bu. heç kimə qəribə görünmür. Qadınlara elə gəlir ki. bu kişilərin təkəbbüründən irəli gəlir. Ona görə də. onlar arzularını həyata keçirməkdənsə, qurbanlarını reklam etməyə üstünlük verirlər. Bunu tez-tez ərinə xatırladırlar.

Öz istək və arzularınızı qurban verərkən, qəlbinizin dərinliyində onun sevgisinin artmasını gözləyirsiniz. Doğrudur. bundan sonra onun sevgisi arta bilər, ancaq əksinə olmayacağına da kimsə təminat verə bilməz. Hər itirilən arzu ilə şəxsiyyətiniz də itir və bir gün ayılıb özünüzü bomboş bir aləmdə görəcəksiniz. Sizdən heç nə qalmayacaq. Arzuolunan olmaq üçün, siz hər şeyinizi vermisiniz, bu yolda isə öz varlığınızı, qadın qəlbinizi itirmisiniz. Bu itki adətən qəddarlıq və depressiya ilə nəticələnir. Özünüzdən narazı olursunuz, özünəinamı və özünəhörməti itirirsiniz. Bax bu zaman sizdə səbəbkar saydığınız kişiyə qarşı qəzəb və inciklik hissi baş qaldırır. Bunun baş verməməsi üçün əvvəlcədən qurban olmaqdan əl çəkin! Onu sevin. Sevgi bütün xəstəliklərin əlacıdır.

Mənbə: filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun “Sevgilini tanıyırsanmı?” kitabından

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər