Arzu tutarkən ehtiyyatlı olun, hər an gerçəkləşə bilər

Hər səhər eyni açılır. Heç bir səhər digərindən hansısa xüsusiyyətinə görə fərqlənmir. Hər gün böyük insan kütləsi böyük aqressiya ilə qatarlara doluşur. Hər gün işbazlar nəhayət bu günün uğurlu olacağını arzu edərək işə gedirlər. Amma hər gün eynidir. Hər səhər öz dükanlarını açan satıcılar bu gün etdikləri zarafatların daha gülməli olacağını düşünürlər. Hər səhər eynidir bu şəhərdə. Ümidlərlə oyanan sakinlərini ümidsiz yaşamağa öyrəşdirən bu şəhərdə.

O pəncərədən baxır və düşünürdü ki, Bakı bu illər ərzində çox dəyişib. Amma bunu nədənsə heç kim hiss eləməyib. Çünki hər kəsin başı öz dərdlərinə qarışıb. Çünki hər kəs şəhərdə başı aşağı gəzir və buna görə də heç kəs ucalan binaları görmür. Hər kəs alçalan taleləri görür. Hər kəs aşağı baxsa da bu aşağılar arasında da fərq var. Kimi öz daxmasından aşağı baxır kimi də onun kimi beş ulduzlu otelin pəncərəsindən. O aşağı baxır və düşünürdü ki, bu mərtəbəyə qalxmaq üçün o çox əziyyət çəkib. Filmdə deyildiyi kimi gecələr yatmayıb gündüzlər dincəlməyib. Çox çalışıb. Lazım gələndə kimlərinsə qabağında əyilib, lazım gələndə önündə kimlərisə diz çökdürüb. Amma indi istədiyinə nail olub. Ölkənin ən məşhur banklarından birinin tam hüquqlu sahibidir indi. O istədiyinə nail oldu əgər doğrudan da o bunu istəyirdisə. “Arzu tutanda ehtiyatlı ol birdən arzun yerinə yetə bilər” deyib amerikalılar. Problem də bu idi. İndi onun hər şeyi var. O istədiyi hər şeyi ala bilər. Amma zamanı geri qaytarmaq olmaz. Əgər zamanı geri qaytarmaq olsa idi, o heç vaxt var-dövlətə qaçmazdı. O milyoner olmağı hədəfləməzdi. Əgər zamanı geri qaytarmaq olsa idi o kasıb rəssam olmağı seçərdi. Rəssam olmaq onun ən böyük arzusu idi uşaqlıqda. İstedadı da vardı. Bir neçə rəssamlıq müsabiqəsində qalib olmuşdu. Valideynləri öyrənən kimi ki, o rəssam olmaq istəyir onun əlindən sevimli fırçasını almışdılar.

“ Sən elə gic-gic peşəyə maraq göstərməməlisən” deyərək onu başqa istiqamətə yönləndirmişdilər. O da zaman keçdikcə inanmışdı ki, həqiqətən bu “gic-gic” peşəyə maraq göstərməməlidir. Və o iqtisadçı oldu. Sonra bankir. Sonra sahibkar. Valideynləri indi onunla fəxr edirlər. Bəs o özü? O xoşbəxt ola bildimi? Xeyr. O hələdə rəssamlıq haqqında düşünür. Amma sərhədlər var. Uşaq vaxtı bu sərhəd onun valideynləri idi. İndiysə statusu. O tanınmış biznesmendir. Əyninə çirkli xalatı geyib rəsm çəkə bilməz. Sərgi keçirə bilməz. Pulu çatmadığına görə yox cəsarəti çatmadığına görə. Onun beynində rəssamlıqla bağlı bir söz qalıb. “Gic-gic”. O-tanınmış sahibkar – bu “gic-gic” sənətlə məşğul ola bilməzdi. Ətrafda sərhədlər çoxdu. Amma bizi əlçatmaz arzularımızla birləşdirən körpülər ya azdır ya da heç yoxdur.

O pəncərənin kənarından ayrılıb siqaretini yandırdı. Keçib divanda oturdu. İndi onun hər şeyi var. Bircə azadlıqdan başqa. O dustaqdır. Öz ruhunda məhbusdur. Amma indi bunları fikirləşmək istəmirdi. İstənilən halda qul olmaq daha asandır. Arxaya söykənib gözlərini yumdu. Çöldə-aşağıda isə həyat öz axını ilə davam edirdi. Aşağı onun kimilərin dünyası deyildi. Aşağı pulları və otelləri, gəmiləri və təyyarələri olmasa da arzularına çatan azad insanların dünyası idi. Və bu insanlarda olmayanlar onları azad edən, onları arzuları ilə birləşdirən körpülərdir.

Fuad Əsədov

BDU, Sosial Elmlər və Psixologiya fakultəsi, I k

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər