Özünə haqsızlıq edib, gərəksiz şeylər yükləyib mənasız yerə özünü məhv etmə, haqsızlıq etmə özünə!
- Sevmədiyin şeyə dözməkdən(bura istədiyin yerdə oxumaq,işləmək və s. da daxildir)
- Özgüvənini aşağı salan insanlarla əlaqədən (məsələn, imtahan qabağı və ya nə isə vacib işdən əvvəl sizə zəng edib “üstünüzə ağlayanları”, sizin filan işi bacara bilməyəcəyinizi iddia edənlərdi rədd edin)
- “Başqaları nə deyəcək” deyə düşünməkdən
- Hər şeyi qüsursuca etmək paranoyasından
- Axına qoşulub, nə asan olacaqsa ona tərəf qaçmaqdan
- Hisslərinizi və nə isə haqqında bildrimək istədiyiniz fikirləri ürəyinizdə saxlamaqdan
- Risk etməkdən qorxmaqdan
- Başqalarını özünüzdən çox düşünməkdən
- Hamının xoşuna gəlməyə çalışmaqdan
- Valideynlərini və əzizilərini unutmaqdan (bu ən dəhşətli bir xəstəlikdir)
- 4 divar arasında oturmaqdan
- Tələsməkdən
- Özünüzü qınamaqdan
- Səhv etməkdən qorxmaqdan
- “Bacarmaram” deməkdən
- Özünü başqalarıyla müqayisə etməkdən
- Keçmişə ilişib qalmaqdan
- Ancaq gələcəyi xəyal etməkdən
- Həyatdan şikayətlənməkdən
- Kin saxlamaqdan
- Mənasız şeyləri almaqdan
- Hərşeyi müstəqil etməkdən (azad olmaq yaxşı şeydi,amma özbaşınaçılıq olmasın)
- Mükəmməl olmağa çalışmaqdan
- Məsuliyyəti başqalarının üstünə atmaqdan
- Tuta bilmədiyin sözlər verməkdən
- Pis düşünməkdən
- Utancaqlıqdan
- Təkrar səhv etməkdən
- Qısqanclıgdan
- Özünü uşaq kimi aparmaqdan
carci.az