Kompüteri uşaq və ya yataq otağına qoymaq olmaz
Uşaqları kompüterin zərərli təsirindən qorumaq üçün əvvəlcə kompüterin qoyulduğu məkana diqqət etmək lazımdır. Kompüteri ailənin bütünlüklə yığışdığı, televizora baxdığı salona qoyun. Bununla da ailənin bütün üzvlərinin bir-birinə nəzarət etmək imkanı daha çox olacaq. Xüsusilə uşaqları kompüter qarşısında nəzarətsiz buraxmaq olmaz. Yaddan çıxartmaq olmaz ki, internetdə yayılan materiallara nəzarət etmək mümkün deyil. Psixoloqlar uşaqları pis vərdişlərdən çəkindirmək üçün valideynlərə belə məsləhət verirlər: Əgər siz “Bunu etmə, onu etmə” deyərək uşağınızı zərərli şeylərdən çəkindirmək istəsəniz, uğursuz alınacaq. Çünki uşaq sizin qadağan etdiyiniz bir çox şeyi sərbəst həyata keçirmək üçün əlverişli mühit axtarışında olacaq. Ən yaxşı yol danışıq yolu ilə ortaq nəticəyə gəlməkdir. Uşaqları zərərli məzmunu olan bilgilərdən və oyunlardan uzaq tutmaq üçün kompüterdə gözəl, faydalı işlərlə məşğul olmağa sövq etmək lazımdır.
(Mətni yükləyə bilərsiniz)
KOMPÜTERDƏN İSTİFADƏNİN KİÇİKYAŞLI MƏKTƏBLİLƏRİN SAĞLAMLIĞINA TƏSİRİ
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
- “Azərbaycan müəllimi” qəzeti”, aprel 2006
- Bəşirov N.Ə. Kompüter oyunları İnformatika müəllimləri üçün metodik vəsait. Bakı. Azərnəşr,1996
- Bəşirov N.Ə., Məmmədov V.A. İbtidai siniflərdə kompüterdən istifadə, İbtidai məktəb və məktəbəqədər tərbiyə, 1997
- Bəşirov N.Ə., Seyidov E.V Kompüterdən istifadə haqqında, Azərbaycan məktəbi jurnalı, 1997
- Bəşirov N.Ə., Təlim prosesi və kompüter texnologiyaları, Azərbaycan məktəbi jurnalı, 2001
- Əliyev M.N., Seyidov E.V Kopüter təlimi Bakı, 2002
- İsmayılzadə N, Bir daha kompüter texnologiyaları haqqında, Təhsil mədəniyyət və incəsənət jurnalı, 2006
- Kərimova C., Təlim prosesində komputerdən istifadənin imkanları, ARTPİ-nin elmi əsərləri, 2007
- Qasımova A. İbtidi siniflərdə kompüter təliminin psixoloji pedoqoji məsələləri, ARTPİ-nin elmi əsərləri, 2008
- Məmmədova Z.B., Orta ümumtəhsil məktəblərində kompüterlərin tətbiqi ilə tədris prosesinin təşkilinə dair gigiyenik təlləblər (Metodik tövsiyyələr), Bakı Çaşıoğlu mətbəəsi, 2001
- Musayev T., Kompüter və görmə orqanı, Sağlamlıq jurnalı, 2007
- Rəcəbova N., Müasir musiqi müəllimlərinin formalaşmasında kompüter texnologiyalarının yeri və rolu, ARTPİ-nin elmi əsərləri, 2008
- Rəhmanov R.R., Kompüterlə işləyən uşaqların yorğunluğunun qarşısının alınması və imkanları, ARTPİ-nin elmi əsərləri, 2007
- Rəhmanov R.R. Uşaq qəlbinə televiziyanın və kompüterin təsiri, ARTPİ-nin elmi əsərləri, 2008
- Rəhmanov R.R. Novruzova N, Kompüterin uşaqlara təsiri, ARTPİ-nin elmi əsərləri, 2009