Eyvazova Elgül Tərlan qızı,
BDU – nun II kurs magistrantı
Açar sözlər: Fanatizm, psixoloji asılılıq, empatiya, ritual, kumir-fanat münasibəti.
Ключевые слова: Фанатизм, психологическая зависимость, емпатия, ритуал, отношения кумир-фанат.
Keywords: Fanaticism, psychological dependence, empathy, ritual, relition between idol-fanat
Əyləncəyə meyilli müasir cəmiyyətdə fanatizm hadisəsi keçən əsrin əvvəlində olan fanatizmə nisbətən başqa məna və başqa xüsusiyyət əldə etmişdir. Bu ilk növbədə həyatın bütün sahələrinə nüfuz edən və həm cəmiyyətin şüuruna, həm şəxsiyətarası ünsiyyətin adi təzahürlərinə təsir edən kütləvi mədəniyyətin hökmranlığı ilə əlaqədardır. Müasir anlamda fanatlar dedikdə nəyinsə, əsasən müasir musiqi xadimləri, aktyorlar, idmançıların coşqun pərəstişkarı adlandırırlar.
Fanatizm – fərdin müəyyən əqidələrə sarsılmaz və alternativləri rədd edən bağlılığıdır ki, bu da onun fəaliyyətində və ünsiyyətdə ifadə olunur. Fanatizm fədakarlığa hazır olma ilə əlaqədardır; İdeyaya sədaqət, başqa cür düşünənlərə qarşı dözümsüzlük, ümumi məqsədin əldə olunmasına mane olan etik normativlərə etinasızlıqla uzlaşır. Fanatizm çox vaxt ideoloji (o cümlədən dini) çalara malikdir[1].
Musiqinin psixikaya bu cür geniş təsirini emosionallığı özünə qəbul etmə və fanatizm adlandırılan xüsusi hisslər növünün əmələ gəlməsi prosesi kifayət qədər həcmli izah edə bilər. Həmçinin qeyd etmək lazımdır ki, musiqi özlüyündə güclü affektasiya yaratmaya bilər və fanatizmin xüsusi növünün – musiqi fanatizminin yaranması üçün şərt deyil, əsas ola bilər. Axı kütləvi mədəniyyət nöqteyi-nəzərindən müasir dünyaya təsir çərçivəsində musiqi dinləyiciyə əsasən estrada incəsənəti növündə gəlir.
İnsan musiqini tez-tez eşidə bilər, lakin onda fanatik asılılığın formalaşması mexanizmi yalnız o şərtlə yaranır ki, fərdin xarici qıcıqlandırıcıdan aldığı güclü siqnal ona reaksiyanın artmasına səbəb olur və bu qıcıqlandırıcıda sonradan tam cəmlənməyə gətirib çıxarır. Özünə yeni, qüvvəcə bərabər mənbə tapmaq əvəzinə potensial fanat daim əvvəlkinə qayıtmağa davam edir, çünki məhz onunla o, daha güclü və onun xoşuna gələn həyəcanı almışdır [2].
Beləliklə, musiqi fanatizmi – bu ilk növbədə qrup və sosial psixologiyanın təzahürüdür. Bütün millətlərdən olan fanatların yaşından asılı olmayaraq sosial qruplara toplanmağa və ətraf aləmlə öz münasibətlərini onların bu qrupda konkret hazırladıqları prinsip üzrə qurmağa meyilli olmaları buna sübutdur. Fanatlar bunu əsasən şəxsiyyətlərarası münasibətlərin üç cəhətli sxemi üzrə edirlər, bunları ümumi şəkildə belə göstərmək olar:
- fanat-kumir sistemi (fanat üçün sarsılmaz nüfuzlu adam və fəal pərəstiş obyekti olan şəxsiyyətlə münasibətlər);
- fanat-fanat sistemi (fərdlərin öz qruplarının nümayəndələri ilə həmin maraqlar üzrə ünsiyyəti)
- fanat – qalan hamısı sistemi (digər sosial qrupların nümayəndələri və heç bir qrupa mənsub olmayan şəxslərlə, məsələn valideynlərlə münasibətlər) [3].
Qeyd etmək lazımdır ki, fanatlar arasında gender fərqləri də xüsusi əhəmiyyətə malikdir. Təcrübə göstərir ki, kişi və qadın fanatlar arasında keyfiyyət faizi qadınlara tərəf kifayət qədər böyük irəliləyiş yaradır. Buna aşağıdakı izahları vermək olar. Birincisi kumirin qadınlar tərəfindən psixoloji qəbul edilməsi xüsusiyyətlərindən ibarətdir. Hələ nəzərdən keçiriləcək qadın seksuallığının inkişafı burada xüsusi rola malikdir. Qadınların fanatizm prosesinə cəlb edilməsində əsas rolu empatiya hissi oynayır. Empatiya başqasının dərdinə şərik olma və özünü digər insanın emosional vəziyyətinə cəlb etmə qabiliyyətidir. Attraksiyaya əsaslanan empatiya təzahürü qadın fanatı öz kumirinə münasibətdə istiqamətləndirir. Hesab edilir ki, gənc qızların kumirləri və fanatizm istqamətinin obyektləri kişilərdir. Qadın kumir eyni dərəcədə təqlid üçün obyekt və özünü eyniləşdirmə üçün nümunədir. Hesab edilir ki, təqlid cinsdən asılıdır – kişilər adətən qadınlara nisbətən təqlidə az meyillidirlər. Təqlidin xarakteri də müxtəlifdir. Qadınlarda bu emosiyalara əsaslanmışdır. Emosiyalar isə attraksiya zamanı üstün əhəmiyyətə malikdir, bu zaman qadın fanat onun kumiri olan digər insana istiqamətlənir və bu fərd sonradan onda məhəbbət, dostluq və simpatiya kimi müsbət hisslər yaradır. Fanatizm sistemində kişilərə gəldikdə isə burada onların olması əhəmiyyətlidir və bir qədər digər məna daşıyır. Keyfiyyət cəhətdən müəyyən edilmişdir ki, «kişi musiqisi» çalan musiqi ifaçıları arasında kişi fanatları daha çoxdur. Bu ağır rok, xard-rok, metal, pankdır. Əslində bu cür musiqi məişətdə də «kişi musiqisi» adlanır məhz ona görə ki, onun dinləyicilərinin və ya fanatlarının əksəriyyətini kişilər təşkil edir. Burada yeni mövzu yaranır ki, bu da musiqi üslubunun fanatların gender tərkibinə təsirindən ibarətdir. Kumir və fanat arasında qarşılıqlı münasibətləri ümumi sözlərlə iki hala bölmək olar. Birinci hal ondan ibarətdir ki, fanat öz kumirinə nadir halda həqiqətdə rast gəlmək imkanına malikdir, xüsusilə əgər o, digər ölkədə yaşayırsa. Ona görə də bu zaman ünsiyyət üsulları nadir halda canlı və yazılmış çoxsaylı konsertlər olur. Canlı konsert zamanı biz açıq ünsiyyət üsuluna malikik. Bu yığılmış emosiyaların çıxmasından ibarətdir və bəzən digərləri üçün utandırıcı olan isterik tipə malikdir. Əvvəlki Bittlzin konsertlərinin yazıları fanatların, ağlayan və qışqıran qadınları ağlı başından çıxmış vəziyyətdə qeyd edir. Öz birinci əlçatmaz kumirini sərbəst şəraitdə görməyə müvəffəq olmuş fanatlarla bu cür hal baş verir. Emosiyaların reallıqla müqayisə edilməzliyi əsəb pozğunluğuna qədər güclü emosional vəziyyətlər yaradır. Burada Moskvaya qrupun çıxışına gəlmiş Tokio Xotelin fanatlarının davranışını qeyd etmək olar. Qapalı ünsiyyət üsuluna bütün qalan halları aid etmək olar. Öz kumirinə çıxa bilməyən fanat musiqi yazıları, konsertlərin videoyazıları, fotoşəkillər, qəzet məqalələri və özünə oxşarlarla ünsiyyətlə kifayətlənir. Bu halda emosiyaların öz-özünə əmələ gələn (spontan) və güclü çıxışı baş vermir. Fanatizm halını nəzərdən keçirdikdə fanatların təxmini yaşının müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Bunların yeniyetmlər (12-13 yaşından 18 yaşadək insanlar) və formalaşmamış həyat təcrübəsinə malik müxtəlif yaşlı insanların xüsusi qrupu olduğu qəbul edilir.
Həyata, o cümlədən onun mədəniyyətinə, onun təzahürlərinə emosional-hissiyatlı münasibət yeniyetmə və gənc yaş üçün xarakterikdir. Fanatizm – bu özünütəsdiqin xüsusi növüdür. Ruhən yaxın nümunələrə istiqamətlənərək insan öz şəxsiyyətini qurur. Bu hadisənin təbiəti insanın özünüeyniləşdirmə tələbatı ilə izah olunur. İnsana, xüsusilə gənc insana sosial- mədəni nümunələr zəruridir. Fanatizm təzahürünün əsasını ilk növbədə «Mən-konsepsiyası» fenomeni təşkil edir. Bu mürəkkəb qarışıq obrazdır, bura şəxsiyyətin özü haqqında təsəvvürlər məcmusu daxildir (4).
Lakin fanatın öz kumirini izləməsində əsas ünsiyyətdir. Fanat öz kumirini məsələn, onun müsahibə verdiyi radiostansiyadan çıxdıqda və ya konsertdən sonra və ya mağazada rast gəldiyinə müvəffəq olduğuna sevinir və bununla fəxr edir. Kumirin ruhi-emosional vəziyyəti, onun şəxsi hissləri bu halda fanat üçün heç bir məna kəsb etmir.
Fanat üçün başlıcası – kumirdən öz diqqət payını almaqdır. Fanatın kumirdən avtoqraf almaq kimi daimi arzusunu ünsiyyət həvəsi ilə izah etmək olar. Çox vaxt fanat bir avtoqrafla kifayətlənir, lakin elə olur ki, fanat kumiri təqib edir və dəfələrlə avtoqraf verməyi xahiş edir. Birgə fotoşəkillərlə də bu cürdür, bu zaman fanat öz şəklini kumirlə dəfələrlə müxtəlif vəziyyətlərdə çəkdirir. Bu cür təmkinsizlik həm də onunla izah olunur ki, fanata ilk növbədə kumirlə ünsiyyət prosesinin özü, onun deyə biləcəyi sözlər, edə biləcəyi hərəkətlər vacibdir. Kumirə aid olan hər şey, onu əhatə edən insanlar istisna olmaqla fanat üçün vacib olur. Fanatların diqqətinin bir hissəsi onlara keçir. Adətən bu assosiasiyaların (təsəvvürlər arasındakı əlaqə) təsiri nəticəsində baş verir, bunun nəticəsində kumirlə bu və ya digər şəkildə qarşılıqlı əlaqədə olan insanlar fanatda müəyyən cazibədarlıq və maraq oyadırlar. Çox vaxt bunlar kumirin qrup üzrə həmkarları, rəqqaslar, şou-biznes üzrə həmkarlar, qohumları və ya digər dostlarıdır. Fanatın diqqətinin bu insanlara yönəlməsi adətən bütün bu cür təzahürlərlə müşayiət olunur. Məsələn, müəyyən bir musiqiçinin fanatı digər qrupun digər musiqiçilərinin, rəqqasların həyatına nəzarət edə bilər, onlarla şəkil çəkdirə bilər, avtoqraflar götürə bilər, təqib edə bilər. Kumirin konsertlərinə getməyi də kumirlə ünsiyyət növü hesab etmək olar. Bu, fanatla kumir arasında mümkün ola bilən yeganə kontakt növüdür və təhtəlşüur olaraq hər bir fanat bunu başa düşür. Konsertə getmə hər bir fanat üçün rituala bənzəyişdir. Bu doğma şəhərdə konsetə getməyə aiddir, lakin fanatların əksəriyyəti digər şəhərlərə də səfərlər edirlər. Adətən konsertlərə getmə qrup xarakterlidir. Fanatlar bir yerdə toplaşırlar və birgə səyahət edirlər. Fanatizmə xas olan bu xüsusiyyət – adətən musiqi ifaçısının pərəstşkarı konsertə qrupda deyil, özü müstəqil şəkildə gedir. Konsert kumirlə ünsiyyət modelidir, bu zaman bu proses birtərəflidir. Fanatın kumirə hədiyyələr bəxş etməsi prosesi ritualın bir hissəsidir. Hələ qədim zamanlarda insanlar bütlərin diqqətini və iltifatını qazanmaq üçün nəzir verirdilər. Müasir fanatizmdə kumirin rəğbətini qazanmaq zəruriyyəti ilə bağlı bu cür ritualın nə isə bir bənzəyişi mövcuddur. Hədiyyə diqqətin cəlb edilməsi vasitəsi və eyni zamanda iltifat əlaməti kimi nəzərdən keçirilir. Adətən fanatlar az dəyərli əşyaları – oyuncaqlar, güllər, kitabları hədiyyə edirlər, lakin bəzən elə fanatlara rast gəlinir ki, onlar kumirin diqqətini xüsusi bahalı hədiyyə ilə cəlb etmək istəyirlər. Bu saatlar, zinət əşyaları, istənilən digər əşyalardır ki, onların bu və ya digər şəkildə hədiyyə edilməsi kumiri fanata qarşı minnətdar edəcək. Fan-kluba kumirin adına məktublar fanatın kumirlə bilavasitə ünsiyyət üsuludur. Fanat çox vaxt bu cür üsula kumirlə bilavasitə əlaqə saxlamaq axtarışında əl atır. Öz məktublarında fanatlar kumirə onları narahat edən məsələlər, öz həyatları haqqında danışır və hökmən cavab gözləyirlər. Bu onunla əlaqədardır ki, fanat özünü bu cür kumirə, onun həyatına yaxınlaşdırır, onunla hər hansı dialoq imkanı, qarşılıqlı əlaqələrin yaranması və davam etməsinə nəsə ümid əldə edir. Bu halda fanat-kumir interaktiv ünsiyyət modelinin yaranması imkanı yaranır, bu zaman kumir İnternet-çatlarda və ya hər hansı digər şəkildə suallara cavab verir. Əgər kumir populyar qalmaq məqsədilə yalnız gündəlikdə qeydlər və ya fanatlara paylanmış möhürlü məktublarla məhdudlaşırsa, interaktiv modelin deformasiyası baş verir.
Fanat-fanat qarşılıqlı münasibətləri sisteminə keçərkən əsas onu qeyd etmək lazımdır ki, bu, bu cür təzahürün yalnız qruplarda mövcud olması imkanıdır. Fanatlar maraqlara görə kiçik qrup təşkil edirlər və həmin qrup çərçivəsində bir-biri ilə ünsiyyətdə olurlar. Kiçik qrup bir qarşılıqlı əlaqə və maraqla bağlı olan insanların kiçik birləşməsidir. Qrup üzvlərinin bir-biri ilə ünsiyyətdə olmaq imkanı kimi ünsiyyətlilik qrupun qorunub saxlanmasının başlıca şərtidir. Həmçinin qrup psixoloji və sosial planda bütövdür və bütöv qəbul edilir.
Fanatlar qrupunu qeyri-rəsmi kiçik qrupa aid etmək olar, belə ki, qrup çərçivəsində ünsiyyət ünsiyyətdə, anlaşmada və məhəbbətdə daxili tələbatlar əsasında baş verir. Fanatlar öz qarşılıqlı münasibətlərini ümumi maraqlara əsaslanmaqla və öz tələbatlarını təmin etmək üçün qururlar. Bu cür qarşılıqlı münasibətlər həmrəylik kimi xarakterizə oluna bilər, belə ki, bu halda fanatların ümumi fəaliyyətdə birləşmə cəhdi vardır (konsertlərə getmə, kumirin təqib edilməsi, hədiyyələrin yaradılması), bu zaman yaxın və ya bir-birinə uyğun məqsədlər əldə olunur [3]
Digər sosial qrupun fanat-üzv qarşılıqlı münasibətlər sisteminə keçərkən qeyd etmək lazımdır ki, fanatın özü bu cür qrupa ən əvvəl onun fikrincə, sosial prosesin düşmən iştirakçılarını daxil edir, bu ilk növbədə valideynlərdir, fanatizm prosesinə cəlb olunmamış qardaş və bacılar, onların maraqlarını və istənilən digərini qəbul etməyən həmsinifləri, həmçinin fanat və ya onun kumiri haqqında qəti şəkildə məlumat verməyə hazır olan kənardan yad insandır.
Şəxsiyyətlərarası qarşılıqlı əlaqə kimi rəqabət anına həm digər, dost olmayan qruplaşmanın üzvləri ilə, həm cari qruplaşmaya daxil olmayan fərdlə qərəzli münasibət daxildir. Rəqib təhlükəli görünür, onun maraqları yalnız onunla mümkün mübarizəyə əsaslanmaqla nəzərə alınır. Belə ki, müxtəlif musiqi üslublarına aidiyyəti olan musiqi ifaçılarının fanatları çox vaxt rəqib olur və bir-birinə qarşı ədavət aparırlar [4].
ƏDƏBİYYAT
- Ким В.В. Фанатизм как социальный феномен: Дис…канд.филос.наук: 09.00.11// В.В.Ким.– Москва, 2003.
- Круглова Ю. По ту сторону рампы// Круглова.Ю. «Психология на каждый день».– 2007. – №4.
- Менделевич В.Д. Клиническая и медицинская психология: Учебное пособие// В.Д. Менделевич.– 5-е изд.– М., 2005.
- Психологические проблемы социальной регуляции поведения// Под ред. Е.В. Шороховой, М.И. Бобневой.– М., 1976. РЕЗЮМЕ В статье повествуется об определенных проявлениях и формах музыкального фаматизма в процессе общения. Заостряется внимание на различие музыкальной зависимости в обществе по половому принципу, а точнее на вопросе различия ее проявления в женщинах и мужчинах. Особо подчеркиваются отношения кумир-фанат. А также выясняются причины схематичные наглядные формы музыкального фанатизма в межличностных отношениях с социально-психологической точки зрения и тяготения того или иного человека к фанатизму.
SUMMARY
In this article touched upon some manifestation and formation of the music fanatism in the interpersonal communication process. It is paid attention on the differentiate of music dependence on gender, that is, in different it is showed in the different ways on men and women. Particularly emphasized idol -fan relations. As well as it is investigated schematic description forms of the music fanatism in interpersonal relations on socio-psychological perspective and the causes of the inclination for music fanatism on someone.