Gündəlik ayaq baxımı

“Ağılsız başın cəzasını ayaqlar çəkər”, – deyənlər yanlış deməyiblər.

Çünki bütün günü bədənin yükünü onlar daşıyır. Bəs siz sağlam ayaqlar üçün nə edirsiz? Cavabınız sadəcə manikürdürsə yanılırsız. Çünki manikür ayaqların sadəcə təmiz və şıq görünməsi üçün edilir.

Gündəlik ayaq baxımı üçün tövsiyələr təqdim edirik:

Rahat dabanlı, barmaqlarınızın içində sıxışmadığı bir ayaqqabı seçin. Hər gün dikdaban ayaqqabı geyinməyin. Ayaqlarınızı hər gün yumalısız. Yuyarkən bir müddət ilıq suda saxlayın, sonra fırça ilə qaşıyaraq ölü hüceyrələri təmizləyin. Quruladıqdan sonra ayaqlarınız qəbul etdiyi miqdarda nəmləndirici krem sürtün. Krem sürtdükdən sonra corab geyinsəniz, ayaqlarınız nəmi özündə tutar.

Göbələk probleminiz varsa, göbələk bezləri və dərman istifadə edin. Qoxu buraxmaması üçün ayaqlarınızı tərlətməyəcək 100 % pambıq corab alın. Pudra, sprey də ayaq qoxusu üçün faydalıdır. Corablarınızı hər gün dəyişməyə çalışın.

Evdə nə edə bilərsiz?

  • 10 dəqiqə ayaqlarınızı duzlu ilıq suda saxlayın. Çıxardıqdan sonra quru fırça ilə özəllikə barmaq aralarını fırçalayın. Qan dövranını artıraraq ayaqları rahatlatmanın ən asan yoludur.
  • Qan dövranını artırmanın digər yolu da isti və soyuq tətbiqidir. Bir qaba isti, digər qaba soyuq su tökün. Ayaqlarınızı sıra ilə bir qabdan çıxarıb o birinə qoyun. 20 dəqiqə bu hərəkəti edin.
  • Çatlayan dabanlar üçün vazelinə bir neçə damcı limon suyu əlavə edərək dabanlarınıza sürtün.
  • Hamamdan çıxmadan əvvəl dabanlarınızı ponza daşı ilə masaj edin və nəmləndirici sürtün.
  • Ayaqlarınızı tez-tez badam yağı ilə masaj edin.

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər