Bəs siz nəyi seçərdiniz?

İnsanları heyvanlardan ayıran nədir? Heyvanların ağlı və hərəkətləri ilə bağlı tədqiqatlar apardıqca biz insanlar və heyvanlar arasında o qədər də fərq olmadığın görürük.

İlk olaraq ünsiyyətin əsas fərq olduğu düşünülürdü. Şimpanzelər və delfinlər üzərində aparılan tədqiqatlar aşkar edib ki, bu heyvanların kompleks ünsiyyət bacarığı var. Alətlərdən istifadə etmə də əsas fərqlər sırasındaydı, lakin bunun da səhv olduğu sübut edilib. Şimpanzelər qida tapmaq üçün çubuq və balaca daşlardan istifadə edirlər. Delfinlər palçıq burulğanı(halqası) düzəltməklə balıq tuturlar.
Tokioda qarğalar fındıq qırmaq üçün tıxaclardan istifadə edirlər. Qarğalar qəsdən fındıqları küçəyə tökürlər. Belə ki keçən maşınlar həmin fındıqları qırır. Daha sonra onlar hazır fındıqları yemək üçün qırmızı işığın yanmasın gözləyirlər.
İnsanların yeganə olduğu məqam isə daha yüksək düşüncə tərzinin olmasıdır. Yalnız insanların keçmiş haqqında düşünə biliməsi və gələcəklərini xəyal etməsi bizə məlumdur. Bu qabiliyyət bizə digər növlərdən fərqli olaraq əvvəlcədən nəyisə planlamağa imkan verir. Ancaq bu planlama həmişə bizə xoş gələn bir şey olmur.
Əslində, aparılan tədqiqatların birində insanların daha çox xoş olmayan şeylər düşünməsi aşkarlanıb. Tədqiqatların birində insanlar yalnız stol və stulların olduğu boş bir otağa salınır və onlara 6-15 dəqiqə istədikləri bir şey haqqında düşünmələri tapşırılır. Sonda bu təcrübənin onlara nə qədər xoş olduğu haqqında soruşulur. Əksəriyyətin fikri müsbət olmur. Tədqiqatçılar özləri də otaqda maraq oyadan heç nəyin olmadığı fikri ilə razılaşırdılar. İçəridəkilər otaqda televizor, mobil telefon, yazmağa və oxumağa nəsə, hətta çölə baxmaq üçün bir pəncərənin belə olmadığına görə özlərini narahat hiss etmişdilər.
İkinci sınaqda insanlar təkrar həmin otağa salındı və yenə də onlara istədikləri bir şey haqqında düşünmələri tapşırıldı. Lakin bu dəfə onlara bir seçim verildi. Onlara özlərini keyləşdirə bilmək üçün(bu batareyadan istifadə nəticəsində insan müvəqqəti olaraq heç nə düşünə bilmir) batareya verildi və əksəriyyət də həmin batareyadan istifadə etdi. Təəccüblüsü odur ki, kişilərin üçdə ikisi, qadınların isə dörddə biri bu vasitəyə əl atdı.
Bəs siz nəyi seçərdiz? düşüncələrinizlə baş-başa qalmağı yoxsa batareyanı?
allmag.a

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər