Üzü qardan qorumağın yolları

Nəticə göstərilir : “Sağlamlıq”
Ürəyi qoruyan 7 qida məhsulu
02-02-2015

Müasir dünyada ən geniş yayılmış xəstəliklərin siyahısında ürək-damar sistemi ilə bağlı problemlər ön sırada dayanır.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasında da insan ölümlərinin əsas səbəblərindən biri kimi məhz ürək xəstəlikləri göstərilir.

Məntiqi yanaşsaq, ürəyin öz sahibinə belə sədaqətsiz olmasını anlamaq o qədər də çətin deyil. Düzgün qidalanmırıqsa, hərəkətsiz oturaq həyat tərzi keçiririksə, ekoloji problemlərlə üzləşiriksə, ürəyin düşməni olan siqareti ürəyimizin başında gəzdiririksə, səhərlər 5-10 dəqiqə idman etməyə tənbəllik ediriksə, ən kiçik məsafələri belə, avtomobillə qət etməyə üstünlük veririksə, ürək bu həyat tərzinə necə dözsün?

Ürəyin qayğısına vaxtında qalmaq, döyüntülərinə diqqətlə qulaq asmaq onun sahibinin borcudur. Axı o, istirahətsiz və fasiləsiz öz sahibini yaşadır. Bu həyati vacib funksiyanı yerinə yetirdiyinə görə heç olmasa ürəyimizi sevindirmək üçün onun sevdiyi qida məhsullarını rasionumuza daxil etsək o da bizlərdən imtina etməz.

Ürəyi qoruyan 7 qida məhsulu haqda bilgiləri təqdim edirik:

  1. Gününüzü dadlı və faydalı yulaf sıyığı ilə başlayın. Yulaf omeqa 3 yağ turşusu, kalium və fol turşusu ilə zəngindir. Həmçinin yulaf sıyığı sellülozla zəngindir ki, bu xolesterinin səviyyəsini aşağı salır və damarları təmizləyir.
  2. Ürəyin sevdiyi qida məhsullarından biri qızıl balıqdır. Qızıl balıq da omeqa 3 yağ turşuları ilə zəngindir. Bu faydalı qida məhsulu qan təzyiqini aşağı salır, ürəyin fəaliyyətinə olduqca müsbət təsir göstərir. Müntəzəm olaraq qızıl balıqan istifadə edənlərdə ürək xəstəliklərinə tutulma riski üç dəfə az olur.
  3. Sağlamlıq üçün bir çox faydaları olan avokado ürəyin ən sevimli meyvələrindən biridir. Avokado doymamış yağ turşuları ehtiva edir ki, bu da xolesterenin yüksəlməsinin qarşısını alır. Bu meyvə ürək damar xəstəlikləri ilə mübarizədə ən güclü təbii vasitələrdən biridir.
  4. Zeytun yağı öz tərkibinə görə ürək xəstəliklərinin riskini azaldan ən faydalı qida məhsulları sırasındadır. Araşdırmalar zamanı aşkar olunub ki, hər gün zeytun yağından istifadə edən insanlar ürək problemlərindən daha az şikayətlənirlər.
  5. Moruq, çiyələk, qaragilə, böyürtkən kimi giləmeyvələr ürək və onun sağlamlığı üçün faydalıdır. Zövqə görə bu giləmeyvələrdən heç olmasa biri qida rasionuna daxil edilərsə ürək bundan faydalanar. Bu giləmeyvələr təkcə ürək xəstəliklərinə deyil, həm də xərçəng xəstəliklərinə tutulma riskini azaldır.
  6. Nar ürək xəstəlikləri üçün təbii dərmandır. O faydalı tərkibi ilə qanda xolesterenin səviyyəsini azaldır, qan dövranını normallaşdırır, ürək damarlarının aterosklerozuna mane olur, qanı durulaşdırır.
  7. Xurmanın çoxsaylı faydalı xüsusiyyətlərindən biri də ürək əzələlərini qidalandırmasıdır. Ümumiyyətlə ürək xəstəliklərinin profilaktikası üçünxurma ən yaxşı vasitələrdən biri sayıla bilər.

modern.az

Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Təbii ağrıkəsici vasitələr
30-01-2015

Hər bir insan həyatda ağrı ilə üzləşir – baş ağrısı, diş ağrısı, qarın ağrısı, oynaqlar və əzələlərdə ağrılar və s.

Ağrı hiss etdikdə insanların əksəriyyəti ağrıkəsici həblərə müraciət edir. Lakin belə həblərin qəbulu (xüsusilə insan bunu tez-tez etdikdə) heç də ziyansız deyil. Ağrısızlaşdıran dərmanlar mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandırır, alışqanlıq yaradır, müxtəlif yanaşı təsirlər verir və s. Sübut olunub ki, uzun müddət ərzində istifadə olunan ağrısızlaşdıran preparatlar leykopeniya kimi ağır qan xəstəliyinin inkişafına təkan verə bilər.

Ən çox “sevdiyimiz” ağrıkəsici dərman “analqin” Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə üçün qəti surətdə tövsiyə edilmir. ABŞ və bir çox Avropa ölkələrində bu preparat artıq uzun illərdir ki istifadə olunmur.

Təbiət bizə çoxlu sayda təbii ağrısızlaşdıran vasitələri bəhş edib ki, bu vasitələrin istifadəsi həm lazım olan effekt verir, həm də ziyansızdır.

  • Nanə. Bu bitki çox güclü spazmolitik təsirinə malikdir. Spazm nəticəsində yaranan baş ağrıları, qadınlarda menstruasiya qabağı və menstruasiya zamanı ağrılar, bağırsaq sancıları və s. ağrılar zamanı nanə dəmləməsi çox yaxşı ağrısızlaşdıran effekt verir. 1 xörək qaşığı quru nanə 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir.
  • Mixək diş ağrısını azaldır. Bunun üçün diş oyuğunun içərisinə 1 dənə mixək qoymaq lazımdır.
  • Sarımsaq da diş ağrısı zamanı yaxşı kömək edir. 1 tikə sarımsaq dişin üzərinə qoyun və bir qədər gözləyin, ağrı azalacaq. Bundan əlavə sarımsaq baş ağrısı zamanı da kömək edə bilər. Sarımsağı nazik kəsin, gicganlara qoyun və başınızı pambıq şərflə bağlayın.
  • Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran təsirinə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.
  • Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə “kofein” maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.
  • Albalı bağırsaq sancıları və menstrual ağrıları zamanı kömək edir.
  • Süd xora xəstəliyi tutması zamanı tez və effektli şəkildə kömək edir. 1 stəkan ilıq süd için və az bir vaxt keçdikdən sonra ağrının azalmasını hiss edəcəksiniz.
  • Çaytikanı yağı yanıqlar zamanı yaxşı kömək edir – ağrıları azaldır, yanıqların sağalmasını sürətləndirir.
  • Evkalipt, kamfara, nanə yağları lümbaqo, nevralgiya, revmatizm ağrıları zamanı ağrısızlaşdıran təsir edir. Bu yağları ilə kompres etmək lazımdır.
  • Xardal baş ağrıları zamanı çox yaxşı kömək edir. Bir tikə çörək götürün, ona nazik layla xardal çəkin və yeyin.

Xardal həmçinin əzələ ağrıları zamanı da yaxşı kömək edir. Xardalın bu xüsusiyyəti xardal kağızların istifadəsinin əsasında durur. Evdə xardal kağızları yoxdursa, pambıq parça götürün, üzərinə xardal çəkin və ağrıyan nahiyəyə qoyun.

  • Çobanyastığı çox yaxşı ağrıkəsici otdur. Bu otun dəmləməsi baş ağrıları, bağırsaq sancıları zamanı kömək edir. Babasil tutması zamanı çobanyastığı dəmləməsi ilə olan oturaq vannaları etmək olar.

saglamolun.az

Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Yeriməyin xeyirləri
29-01-2015

Müntəzəm olaraq yerimək əzələlərin qüvvətlənməsindən köklük riskinin azalmasına, yaradıcı düşüncə potensialının artmasından yaşlanma müddətini gecikdirməyə qədər müxtəlif xeyirləri var.

Yeriməkdə diqqət edilməsi lazım olanlar aşağıdakı kimidir:

  1. Arıqlamaq məqsədiylə neylon kimi geyimlər geyinilməməlidir.
  2. 40-dan yuxarı yaşı olanlar həkimə müraciət etmədən, yerimək proqramına başlamamalıdır.
  3. Şəkər, yüksək təzyiq və digər xroniki xəstəliyi olanlar tez-tez həkim nəzarətindən keçməlidir.
  4. Gec həzm olunan bir yemək sonrası sürətli və ağır yerimək olmaz.
  5. Yeriş əvvəli və sonrasında susuz qalmamağa diqqət olunmalıdır.
  6. İncə əsaslı və makosen ayaqqabılar ilə yerimək olmaz.
  7. Çox isti havalarda və saatlarda yeriməkdən uzaq olmaq lazımdır.
  8. Bir çətinlik hiss edildiyində yeriməyə inadla davam edilməməlidir.

Yeriməyin xeyirləri

Yuxardakı prinsiplərə bağlı qalaraq tətbiq olunan yerimək proqramının nəticələri isə belədir:

  1. Yerimək qan axınını və qan damarlarının miqdarını artıraraq, dövretməni yaxşılaşdırar, ürək-damar və beynin damar xəstəlikləri riskini azaldar.
  2. Ürək əzələsi daxil olmaqla bədən əzələlərini qüvvətləndirərək, daha da fəal olmasını təmin edər.
  3. Hər bir sıxılmada ürəyin təzyiqlə vurduğu qan miqdarını artıraraq, istirahətdə olan ürəyin vurmaq sayını (nəbzi) azaldar.
  4. Məşq və stress vəziyyətində arterial qan təzyiqində yaranan yüksəlişi azaldar.
  5. Qan təzyiqini nizamlayar.
  6. Ürək əzələsinin yan damarlardan qidalanmasını tənzimləyər. Beləliklə, ürəyin əsas damarlarında meydana gələcək tıxacların verəcəyi zərəri azaldar.
  7. Kökəlməni nizamlayar.
  8. Həzmi asanlaşdırar.
  9. Beynin oksigenlə təmin edilməsini artıraraq, zehni itilik və yaradıcı düşüncə potensialını yüksəldər.
  10. Limfatik dövrana kömək olar.
  11. Məşq əsnasında və sonrasında maddələr mübadiləsini xəbərdar edər.
  12. Tənəffüsetmə mövqeyini və aerobika gücünü artırar.
  13. Böyüməyə və zədə sonrası sağalmağa müsbət təsir edər.
  14. Qan yağlarının (trigliserid) səviyyəsini aşağı salar.
  15. HDL/LDL (yaxşı xasiyyətli-pis xasiyyətli xolesterol) tarazlığını nizamlayar.
  16. Orqanizmdə katalizator rolunu oynayar.
  17. Oynaq və əzələlərin elastikliyini artıraraq, bel və boyun ağrılarını yüngülləşdirər.
  18. Sümüklərin sərtləşməsini və qüvvətlənməsini təmin edər.
  19. Dözümlülüyü artırar.
  20. Yorğunluğun tez yaranmasına mane olar.
  21. Yuxusuzluğu azaldar, rahatlığı təmin edər.
  22. Bədənin təbii keyfverici hormonları olan endorfinin fəallığını təmin edər.
  23. Yaşlanma müddətini gecikdirərək, gənc görünüş təmin edər.
  24. Mənəvi özünə inamı və nikbinliyi artırar.

mix.az
Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Öskürəyi sakitləşdirməyin 10 yolu
28-01-2015

Qurtum-qurtum su için. Yuxarı tənəffüs yolları infeksiyaları ucbatından burun axıntısı boğazı qıcıqlandıraraq öskürəyə səbəb olur. Qurtum-qurum içdiyiniz su burun axıntısının qarşısını alır, quruluğu yox edir. Bədəni nəmli tutmaq üçün gündə 2 litr su içməyi unutmayın. Suyu içərkən birbaşa başınıza çəkmək yerinə qurtum-qurtum için. Ayaq üstə başınıza çəkdiyiniz su mədənizə getmədən birbaşa böyrəklərə gedər və 15-20 dəqiqə sonra sidiklə xaric olar.

Bitki çayına bal qatın, nanə, limon qaynadın. Cökə, quşburnu, adaçayı, zəncəfil, nanə, limon çayı öskürəyin sakitləşməsinə kömək edir. Bal qatılıb içilməsi daha effektlidir.

C vitamini ilə zəngin meyvə yeyin. Qreyfrut, naringi, ananas, portağal, limon, bununla yanaşı qara kələm, ağ tut, pomidor, ispanaq, təzə lobya, soğan yeyə bilərsiz.

Siqareti atın. Siqaret tüstüsü yuxarı-alt tənəffüs yollarını qıcıqlandıran ən önəmli amillərdən biridir.

Otağın rütubətini tənzimləyin. Evdəki quru hava tənəffüs yollarını qurudaraq öskürəyi artıra bilən önəmli bir amildir. Otağn rütubət norması yüzdə 30-50 arasında olmalıdır. Otağı hər gün havalandırın.

İsti duş qəbul edin. Burundakı ifrazatı azaldaraq öskürəyi sakitləşdirir. Buxar allergiya və astmadan qaynaqlanan öskürəyə də faydalıdır.

Ətir və təmizlik məhsullarına diqqət edin. Bunlar boğazı qıcıqlandıraraq öskürəyə səbəb ola bilər.

Axşam 19:00-dan sonra yemək yeməyin. Qastrit probleminiz varsa, bu saatdan sonra yemək yeməyin. Çay, qəhvə, qazlı içkilər qastriti ağırlaşdıran qidalardır. Yatarkən yastığınızı hündür edin.

Yataq örtüklərinizi ən az 55 dərəcədə yuyun. Allergiyası olan insanlarda ev tozu, pişik, it kimi ev heyvanları öskürək krizinə səbəb ola bilər. Yun xalça, yorğan, yastıq istifadə etməyin. Asan yuyula bilən pambıq yataq dəsti alın.

Evinizdəki əşyaların sayını azaldın. Evinizdə az əşya yerləşdirin. Parçadan deyil,dəri, sintetik, taxta mebellər alın. Çox toz tutan əşyaları qapalı yerlərdə saxlayın.

Öskürək 2 həftədən çox davam edərsə, mütləq həkimə gedin. Bu, koah, sətəlcəm, qırtlaq, ağciyər xərçənginin əlaməti ola bilər.

ailem.az

Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Dietanın təhlükəli tərəfləri
27-01-2015

“Bir həftədə 10 kiloqram arıqlamaq üçün hansı qidaları yeməlisiniz”, “Yaya istədiyiniz çəkidə girmək üçün bunları yeməyin”, “Bu qidaları yemək çəkinizi artırır”. Son günlər KİV-də bu xəbərlər qədər oxunma sayları da artıb. Səbəb bəllidir, yay gəlmədən qışda topladığımız çəkidən azad olmaq. Amma hər eşitdiyimiz pəhrizi tətbiq etmək nə qədər doğrudur?

İngiltərə alimlərinin hesablamalarına görə, 1980-ci ildən bu günə qədər piylənmədən əziyyət çəkən insanların sayı 4 dəfə artaraq təxminən 1 milyarda çatıb. Bədən çəki indeksi 25-dən çox olan insanların sayı 1980-dən 2008-ci ilədək 23-dən 34-ə yüksəlib. 1980-ci ildə 250 milyon adam piylənmədən əziyyət çəkirdisə, 2008-ci ildə bu rəqəm 904 milyona çatıb.

15 yaşdan yuxarı əhali arasında artıq çəkidən əziyyət çəkənlərin 33.8%-i Amerikanın payına düşür. Qadınların 35.5%-i, kişilərin isə 32.2%-i piylənmədən əziyyət çəkir. ABŞ-dan sonrakı yerləri Meksika (30%), Yeni Zellandiya (26.5%), Çili (25.1%) tutur. Kanadada bu rəqəm 24.2%, İngiltərədə və İrlandiyada 23%, Lüksemburqda 22.5%, Estoniyada 20.2%-dir. Piylənmənin ən az olduğu ölkələr Koreya(3.8%) və Yaponiyadır (3.9%).

2011-ci ildə aparılmış araşdırmaya əsasən, Azərbaycanda 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir. Azərbaycanda insanlar arasında artıq çəki 35,8 faiz, piylənmə isə 21,9 faiz təşkil edir. Aparılan sorğular nəticəsində məlum olub ki, piylənmədən əziyyət çəkən qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çoxdur.

Piylənməyə məruz qalan və artıq çəkili insanlar dünyada 5-ci dərəcəli ölüm riskinə aid edilirlər. Hər il dünyada 2,8 milyon insan artıq çəki və piylənmədən dünyasını dəyişir.

Piylənmə və onun gətirdiyi xəstəliklər bu qədər aktual olarkən, insanların artıq çəkidən xilas olmaq üçün yollar axtarması da normaldır. Amma çox vaxt yol düzgün seçilmir. Tanışların tətbiq etdiyi, mətbuatda yazılmış pəhrizləri tətbiq edirlər. Yalnız şorba içərək, yaxud qarpız yeyərək qısa müddətdə çəki atırlar, lakin bu uzunmüddətli olmur. Bir qisim insan isə nə qədər zəif olsa da, özünü kök hesab edir və hər eşitdiyi pəhrizi tətbiq edərək arıqlamağa çalışır. Bəzən bu üsullar səhhətimizdə daha ciddi problemlər yaradır, nə yeyiriksə kökəlməyə başlayırıq. Itirilmiş çəki qısa zamanda yenidən bərpa edilir. Səbəbi isə bəlli olmur.

Bəs düzgün arıqlamaq üsulu necədir? Pəhriz zamanı nəyı diqqət etməliyik?

Pəhrizdə edilən səhvlər
Dietoloq Leyla Zülfüqarova son vaxtlar qısa zamanda arıqlamaq üçün müraciət edənlərin sayının artdığını deyib. Onlar da əsasən, qısa müddətdə, çimərlik müddətinə qədər arıqlamağı istəyirlər. Dietoloq təəssüflə qeyd edib ki, insanlar ilboyu orqanizmin qayğısına qalmır, yalnız yayda istədiyi paltarı geyinəndə kompleks yaşamamaq üçün müraciət edirlər. İnsanlar bilməlidirlər ki, ömürboyu sağlam yaşamağa çalışmaq lazımdır. Bir-iki ay pəhriz saxlamamalı, hər zaman normal qidalanmağa çalışmaq lazımdır. Ayda neçə kiloqram çəki itirmək hər bir insan orqanizminə görə dəyişir. O, pəhriz zamanı edilən səhvlərdən də danışıb:

“Müraciət edənlər əsasən, mono dieta səhvi edənlərdir. Bu, çox böyük səhvdir. Bu üsulla qısa zamanda çox çəki atmaq olar. Lakin bədən uzun müddət ancaq bir qidanı qəbul edəndə orqanizm ondan doyur. Həmin qida bədənə düşən kimi çıxır, sorulma prosesi getmir. Eyni tərkibli qidalarda orqanizm qida qəbul etmədiyinə görə çəki itirir, lakin bu zaman maye balansı, ən təbii resurs-əzələ hüceyrələri itirilir. Yağ bədəndə qaldığına görə, çəki azalmır. Insanların ən böyük səhvi eşitdikləri pəhrizi tətbiq etmələridir. Pəhriz fərdi məsələdir, hər bir orqanizmə uyğun qida norması var. Pəhriz müddəti bitsə belə, hər kəs yayda qidalanmaya xüsusi fikir verməlidir. Qara çay, qazlı içkilərdən istifadə azalmalı, adi su qəbul edilməlidir. Meyvə və tərəvəz salatları daha çox yeyilməlidir”.

“Bu, artıq psixoloji problemdir”
Pəhrizlə istədiyi çəkiyə nail ola bilməməkdən şikayət edənlərin də sayı çoxalıb. Psixoloqların fikrincə, bu zaman problem artıq psixolojidir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, dietoloqa müraciət edən hər kəs həm də psixoloqa istiqamətləndirilməlidir:

“Yayın gəlməsi ilə əlaqədar yeməyə təlabat azalsa da, bundan başqa istədiyi geyimi geyinə bilmək istəyi də pəhrizə başlamağın əsas səbəblərindəndir. Bir qisim insanlar isə bunu ciddi problemə çevirirlər, pəhrizə yönəlirlər. Pəhriz saxlayarkən mütəxəssislə məsləhətləşməmək zərərli olmaqla yanaşı, onları əsas məqsədə çatdıra bilmir. Bu, sonradan başqa problemlər yarada bilir. Kilo almaqdan qorxan insanlar anareksiya adlanan psixoloji problemdən əziyyət çəkir. Bu insanlar üçün pəhrizdən əvvəl psixiatr müayinəsi və psixoloji dəstək lazımdır. Yediyi hər qidanın kalorisini hesablamaq kliniki problem kimi dəyərləndirilir. Bu insanlar zamanında müayinə olunmalıdır, çünki onların özlərini görmək şəkilləri fərqlidir. Müalicə olunmazsa, həm fizioloji, həm də psixoloji problemləri dərinləşə bilər. Bizə anareksiya problemləri ilə bağlı müraciət edənlərin sayı artıb, xüsusən qadınlarda və yeniyetmələrdə daha çox müşahidə edilir”.

Psixoloqun fikrincə, anareksiya problemi daha çox yeniyetməlik dövründə yaranır və uzun müddət davam edir. Dietoloq da ilk növbədə bu insanlarla işləyərkən psixoloqla məsləhətləşməli, onunla paralel işləməlidir. Çünki yeməyi azaltmaqla, problemi aradan qaldırmaq olmur. Bu insanlar nə qədər arıqlasa da, özünü kök hesab edir.

Hansı orqanların fəaliyyəti pozulur?
Problem yalnız psixoloji deyil. Artıq çəki qədər, pəhrizlər də sağlamlığımızda itkilər yarada bilər. Xüsusən də, xüsusi məsləhət olmadan, kor-koranə tətbiq edilən və mono dietalar. Bunun nəticəsi isə zamanla özünü göstərir. Bəs, yanlış qida hansı orqanların fəaliyyətini poza bilər?

Dietoloq-endokrinoloq Səlim Əhədovun sözlərinə görə, pəhriz zamanı bəzi qidaların alınmaması bədəndə zülal, mikroelementler və s. maddələrin azalmasına, bəzən yox olmasına səbəb olur. Bədənin əzələ kütləsinin saxlanılması üçün normal zülal qəbul edilməlidir. Çünki əzələ parçalanması gücün itirilməsinə səbəb olur. Pəhriz saxlayanlar gün ərzində 2-3 litr təmiz su qəbul etməlidir.

S.Əhədov mono dietanın daxili orqanlara vurduğu zərərlərdən də danışıb. Onun sözlərinə görə, bu cür qidalanma beyindən, ürək-damar, böyrək, qaraciyər, mədə-bağırsaq problemlərinə səbəb olur:

“Bir qidanı qəbul etmək onun həzmində ən çox iştirak edən orqanın həddən artıq yüklənməsinə səbəb olur. Bu cür pəhriz saxlayanlar 2-3 aydan bir qanda hemoqlobinin və s. maddələrin miqdarını müəyyən edən analizlər verməli, böyrəyin fəaliyyəti müayinə etdirməlidir. Uzunmüddətli ac qalaraq arıqlamaq təzyiqin düşməsi, özündəngetmə, ürək döyüntülərinin artıb-azalmasına səbəb ola bilər. Məsələn, sirkə qəbul edərək arıqlamağa çalışanlarda qastrit, mədə xorası, turşuluq artması kimi problemlərdən başqa, onikibarmaq bağırsağın funksiyasının pozulması müşahidə edilir, qida borusunda da iltihab baş verə bilər”.

Həkim bildirib ki, uzun müddət ac qalmaq heç zaman məsləhət görülmür, gün ərzində minimum 2 dəfə qidalanmaq lazımdır, normal pəhrizdə isə gündə 3-5 dəfə yemək yeyilməlidir. Uzun müddət ac qalmaq isə daxili orqanlarda sadalanan problemlər daha kəskin formada özünü biruzə verməsinə səbəb olur:

“Bu zaman, insanlar asanlıqla özündən gedir. Beyinə gedən qlükozanın miqdarının azalması düşüncə, təfəkkür, yaddaş zəifləmələrinə səbəb olur. Zehni əmək keyfiyyəti də aşağı düşür. Bu insanlar qidanı görəndə mədə şirə ifraz edir, bu da mədənin qatlarına mənfi təsir edir. Əzələ üçün lazım olan maddələr qəbul edilməzsə, qüvvə aşağı düşür. Xüsusən zulalsiz, kalorisiz qidalar, müəyyən çayların qəbul edilməsi əzələlərin parçalanmasına səbəb olur”.

S.Əhədov bildirib ki, istənilən pəhrizdə ilk növbədə meyvə və tərəvəz qəbulu vacibdir.

“Süd məhsulları-qatıq , kəsmik, süd, tərkibində zülal olan qidalar-ət, yumurta, paxlalı bitkilər- lobya, göy noxud, soya yeyilməlidir. Əlbəttə, hamısı yox, zövqə görə bunlar arasında seçim edilməlidir, hər növdən biri və ya bir neçəsi yeyilməlidir”.

Həkim pəhrizin müddətinin orqanizmin bədən çəki indeksi, xəstəlikləri əsasında müəyyənləşməli olduğunu deyib:

“Bəzən bu, ömürlük ola bilər. Hədəf müəyyən edilir, ona çatdıqdan sonra, bəzi “olmaz” dediyimiz qida sayını azaltmaq olar. Qısamüddətli arıqlamaq mümkün olsa da, bu zərərlidir. Tibb elmində ən optimal arıqlama ayda 1-2 kiloqram hesab edilir. Daha artıq arıqlamaq isə ilk növbədə dəridə boşalmalar, qırışlar, həmçinin daxili orqanlarda sadaladığımız problemlərə səbəb olur”.

Göründüyü kimi, piylənmə, artıq çəki nə qədər bizi cəmiyyətdən, sağlam həyatdan uzaqlaşdırsa da, yanlış pəhrizlər də ən azı onlar qədər zərərlidir. Yayda istədiyimiz geyimi geyinmək qədər, həmin geyimlərdə sağlam gəzə bilmək də önəmlidir. Bunu nəzərə alaraq, pəhrizə başlamazdan əvvəl psixoloq və dietoloqla məsləhətləşmək ən doğru seçimdir.

tibb.az

Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Dərinin qaşınması və onun səbəbləri
22-01-2015

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır.

Bu səbəbdən əgər sizi “səbəbsiz” qaşınma narahat edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim əlavə müayinələri və analizləri təyin edə bilər və ya xəstəni digər mütəxəssislərə (dermatoloq, endokrinoloq, allerqoloq və s.) göndərə bilər.

Beləliklə, qaşınmaya səbəb olan xəstəliklər və pozulmalar:

  • Allergiya dəri qaşınmasının əsas səbəblərdən biridir. Həkimlərin müşahidələrinə görə, Yer kürəsində yaşayan insanların əksəriyyətində bu və ya digər formasında allergiya var. Bu zaman allergik reaksiyasına səbəb olan amil (bu heyvanların tükü, yün, yuyucu vasitələr, hər hansı qida və s. ola bilər) təyin olunmalı və allergiyadan əziyyət çəkən insan bu maddə ilə təmasda olmamalıdır (əgər bu mümkündürsə).

Neyrodermit allergik reaksiyanın daha mürəkkəb formasıdır. Neyrodermit zamanı dərinin qaşınan sahələrində dəri qalınlaşır, nahamar olur. Qaşınma gecə saatlarında xəstəni daha çox narahat edir. Neyrodermit adətən insanda uşaq yaşlarında inkişaf edir, vaxtaşırı olaraq kəskinləşir və güclü, dözülməz qaşınma ilə müşayiət olunur. Bir çox hallarda xəstəliyin kəskinləşməsi stresin fonunda inkişaf edir. Xəstə allerqoloqda müalicə almalıdır. Müalicə uzun müddət ərzində kurslarla həyata keçirilir.

  • Bir çox hallarda dərinin qaşınmasının səbəbi güclü stress olur. Bəzi psixiki xəstəliklər də (psixoz və s.) qaşınma ilə müşayiət olunur.
  • Şəkərli diabet. Bu xəstəlik zamanı qanda şəkərin səviyyəsi artır və bu bütün bədəndə və ya bədənin hər hansı hissələrində (anus, cinsiyyət orqanları) qaşınmaya səbəb olur. Qaşınma xəstəni daim narahat edə bilər və ya vaxtaşırı olaraq meydana çıxa bilər. Qaşınmadan əlavə xəstədə susuzluq, tezləşmiş sidik ifrazı, halsızlıq, bədən çəkisinin azalması kimi simptomlar inkişaf edir.
  • Qara ciyərin bir çox xəstəlikləri və pozulmaları zamanı dəridə qaşınma olur. Qara ciyərin fəaliyyətinin pozulması qanın tərkibinə təsir edir ki, bu isə qaşınmaya və s. simptomlara (sarılıq, sidiyin tünd olması, ümumi halsızlıq, dəridə səpgilər və s.) səbəb olur. Qara ciyər sirrozu və xərçəngi zamanı qaşınma çox güclü dözülməz olur, xəstəni olduqca narahat edir.
  • Böyrək xəstəlikləri və pozulmaları zamanı böyrəklər qanı yaxşı təmizləmir ki, bunun nəticəsində orqanizmdə çoxlu miqdarda toksinlər, şlaklar və digər ziyanlı maddələr yığılır. Bunun nəticəsində isə dəridə qaşınma yaranır.
  • Qotur. Hal hazırda bu xəstəliyə daha nadir hallarda rast gəlinir. Xəstəliyin səbəbi mikroskopik qotur gənəsi olur.
  • Bəzi dərman preparatların qəbulu qaşınmaya səbəb ola bilər. Bu halda sizə bu preparatı təyin edən həkimə müraciət etmək lazımdır.
  • Göbələk xəstəlikləri də qaşınmaya səbəb olur. Bir çox hallarda göbələk infeksiyası ayaq pəncələrində, cinsiyyət orqanlarında olur. Diaqnoz təsdiq olunduqda, həkim xüsusi göbələkəleyhinə preparatları təyin edir (həb, krem, şam şəklində).
  • Babasil, düz bağırsağın iltihabı (proktit) və çatı anus nahiyəsində olan güclü qaşınmaya səbəb olur. Qaşınmadan əlavə xəstəni ağrılar, qanlı, selikli ifrazatlar, nəcis ifrazının çətinləşməsi narahat edə bilər.
  • Psoriaz (dəri xəstəliyi) zamanı qaşınma əsas simptomlardan biridir. Zədələnmiş dəri ağımtıl pulcuqlarla örtülür. Psoriaz xroniki xəstəlikdir, onun dəqiq əmələ gəlmə səbəbləri tibbdə hələ ki məlum deyil. Xəstəliyin müalicəsi ilə dermatoloq məşğul olur.
  • Kişi və qadınlarda cinsiyyət orqanlarda qaşınma cinsi yolu ilə keçən infeksiyaların əlaməti ola bilər. Bu zaman qaşınmadan əlavə xəstəni qeyri-adi ifrazatlar (irinli, iyli, yaşıl və s.) narahat edə bilər.
  • Qadınlarda klimaksdan əvvəl hormonal fon dəyişilir və bu da cinsiyyət yollarında qaşınmaya, quruluğa səbəb ola bilər.
  • Kişilərdə prostatit, prostatın adenoması və s. kişi xəstəlikləri zamanı cinsiyyət orqanlarında və anus nahiyəsində qaşınma olur. Bundan əlavə xəstəni aralıq nahiyəsində ağrılar (sidik ifrazı zamanı kəskinləşir), sidik ifrazın çətinləşməsi, bəzən hərarətin qalxması kimi simptomlar narahat edə bilər.
  • Dərisi çox nazik və quru olan insanlarda (xüsusilə yaşlı insanlarda) tez-tez qaşınma olur. Bu halda dərini nəmləndirici vasitələrlə nəmləndirmək, küləkdən, günəşdən qorumaq lazımdır.
  • Qurd xəstəlikləri (enterobioz və s.) anus nahiyəsinin qaşınmasına səbəb olur.
  • Qadınlarda hamiləlik zamanı dəridə qaşınma ola bilər. Qarın nahiyəsinin dərisi güclü dartılır, nazilir və bu qaşınmaya səbəb olur. Doğuşdan sonra qaşınma adətən keçir.

saglamolun.az

Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Sağlam və cavan qalmaq istəyənlərin məhsulu
20-01-2015

Bütün bitki yağlarının arasında qoz yağını faydalı xüsusiyyətlərinə görə təbiətin möcüzəsi adlandırmaq olar. Çox qədim zamanlardan xalq təbabətində geniş istifadə olunan bu möcüzəvi qida məhsulu haqqında şərq təbiblərinin belə bir deyimidə var ki, qoz beyindirsə, qoz yağı ağıl deməkdir.

Qoz yağının sağlamlıq üçün möcüzəvi faydalarını təqdim edirik.

Profilaktik vasitə kimi qoz yağı ürək-damar, qaraciyər xəstəlikləri, maddələr mübadiləsinin pozulması zamanı, ateroskleroza doğru meyl edən insanlar üçün əvəzolunmazdır.

Qoz yağı xüsusilə aşağıdakı xəstəliklərin müalicəsi zamanı faydalıdır:

Onkoloji xəstəliklər

Vərəm

Xroniki artrit

Xroniki kolit

Otit

Şəkərli diabet

Qəbizlik

Ateroskleroz

Mədə və on iki barmaq bağırsağın xorası

Hipertoniya

Bunlarla yanaşı qoz yağı cinsi həvəsi artıran təbii afrodiziakdır. Bu yağın tərkibində olan xüsusi bitki fermentləri cinsi orqanların zonasında qan dövranını gücləndirir və kişilərdə spermatozoidlərin yaranmasını stimullaşdırır.

E vitamini ilə zəngin olan qoz yağı hamilə qadınlar üçün də faydalıdır. Belə ki, qoz yağı dölün düzgün inkişafında mühüm rol oynayır.

Qoz yağı radiasiya şüalanmasına qarşı orqanizmin müqavimətini artırır və antioksidant təsir göstərir.

Bu yağ sinir sisteminə müsbət təsir göstərir, yarana biləcək ruhi pozuntulara qarşı mübarizə aparır.

Bu möcüzəvi qida məhsulunun faydalı xüsusiyyətlərindən biri də yaddaşı möhkəmləndirməsi, zehni fəaliyyəti gücləndirməsidir.

Yaraların, kəsiklərin, yanıqların tez sağalması üçün də qoz yağından istifadə öz bəhrəsini verir. O həmçinin venaların varikoz genişlənməsi ilə mübarizə üçün də effektli vasitədir.

Döyənəklərdən xilas olmaq üçün qoz yağından təpitmə və kompres etmək müsbət nəticə verir.

Ağız boşluğunda, boğaz və diş əti xəstəliklərində qoz yağı ilə qarqara etməklə mövcud problemləri aradan qaldırmaq mümkündür.

Qoz yağı bütövlükdə bədənin ümumi tonusunu qaldırır, orqanizmin immun sistemini gücləndirir.

Artıq çəki problemindən qurtulmaq istəyənlər üçün qoz yağı əvəzolunmaz məhsuldur. Bu məqsədlə qoz yağından gündəlik olaraq 3 dəfə 20 qram ac qarnına, yeməkdən əvvəl qəbul etmək lazımdır.

Qoz yağı kosmetologiya sahəsində də geniş tətbiq olunur. O bütün növ dərilər üçün münasibdir. Vitamin və mikroelementlərlə zəngin olan qoz yağı dərini nəmləndirir, cavanlaşdırır, kənar təsirlərdən qoruyur.

Qoz yağının müalicəvi xüsusiyyətlərini saymaqla qurtarmaq olmaz. Ən başlıcası odur ki, bu yağ sağlam və cavan qalmaq istəyənlər üçün ən yaxşı məhsuldur.

Mədə xorasının kəskinləşməsi zamanı və mədə şirəsinin turşuluq dərəcəsi az olduqda qoz yağından istifadə etmək məsləhət görülmür. Müalicə məqsədi ilə istifadə edildikdə orqanizmin fərdi xüsusiyyətlərinə uyğunluğunu müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmək vacibdir.

modern.az

Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Damarları təmizləməyin ən sadə yolları
18-01-2015

Bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır, müxtəlif damar xəstəliklərinə səbəb olur. Buna görə də mütəmadi olaraq damarların qayğısına qalmaq, onların təmizlənməsini təmin etmək sağlamlıq üçün olduqca vacibdir.

Damarların ən sadə üsullarla təmizləməsi ilə bağlı faydalı məsləhətləri təqdim edirik.

Damarların normal vəziyyətdə olması üçün ilk növbədə aşağıdakılara riayət etmək lazımdır:

  1. Maksimum dərəcədə xolesterinin orqanizmə daxil olması məhdudlaşdırılmalıdır. Bu məhdudiyyət nəticəsində damarlar daha elastik və sağlam olacaq.
  2. Yeməklərin hazırlanmasında yalnız bitki yağından istifadə olunmalıdır. Qida rasionundan heyvan mənşəli yağlar çıxarılmalıdır.
  3. Yağlı və piyli ət məhsullarından imtina edilməlidir. Daha çox quş əti və balıq məhsullarına üstünlük verilməlidir.
  4. Gündəlik qida rasionuna az miqdarda olsa da qoz, fandıq, badam və ya püstə daxil edilməlidir.
  5. Sutka ərzində orqanizm ən azı 200-300 qram meyvə və tərəvəz qəbul etməlidir.
  6. Xolesterinin səviyyəsini aşağı salmaq xüsusiyyətinə malik olan sarmısaqdan gündəlik istifadə etmək lazımdır.
  7. Spirtli içkilərdən və siqaretdən imtina etmək mütləq şərtlərdən biridir.
  8. Gün ərzində ən azı 40 dəqiqə piyada gəzmək, orqanizmin fiziki aktivliyi təmin edilməlidir.
  9. Qan laxtalanmasının qarşısını almaq üçün sutka ərzində heç olmasa 2 litrə qədər adi qazsız su qəbul edilməlidir.

Damarların xalq təbabəti vasitələri ilə təmizlənməsinin bir çox üsulları var. Onların bir neçəsini diqqətinizə çatdırırq.

  1. 2 ədəd limon və 2 ədəd portağal (apelsin) qabığı soyulmadan doğranılır, tumları çıxarılır və ət maşınından keçirilir. Alınmış kütlənin üzərinə 3 xörək qaşığı təbii bal əlavə edilərək yaxşıca qarışdırılır və ağzı kip

bağlanan şüşə qabda otaq temeperaturunda 24 saat saxlanılır. Gündə iki dəfə yeməkdən 10 dəqiqə əvvəl 2 çay qaşığı qəbul edilir.

  1. 3-4 iri kartofun qabığı yuyulduqdan sonra üzərinə 500 qram təmiz su əlavə edilir və 30 dəqiqə zəif odun üzərində saxlanılır. Soyuduqdan sonra süzülür və hər gün səhərlər acqarnına qəbul edilir. Kurs 12-15 gündür.
  2. 500 qram çuğundur şirəsi, 300 qram kök şirəsi, 300 qram kartof şirəsi qarışdırılır, gün ərzində 3 dəfə yeməkdən qabaq ac qarnına 50 qram qəbul edilir.

Bu sadə üsullardan istifadə etməklə damar problemlərindən asanlıqla yaxa qurtarmaq olar. Hamı üçün əlcatan olan bu vasitələrdən istifadə etdikdən az müddət sonra orqanizmdəki müsbət dəyişikliklərin şahidi olacaqsınız.
modern.az
Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Dırnaq batması
16-01-2015

Bütün yükümüzü daşıyan ayaqların sağlamlığı önəmlidir. Ayaqlar həm də estetik gözəlliyin bir parçasıdır. Sağlam və gözəl ayaqların önəmli bir qismini də sağlam və gözəl dırnaqlar təşkil edir.

Son dərəcə ağrı verən dırnaq batıqları ciddi şəkildə həyat keyfiyyətinə təsir edir. Ən çox baş barmaqda görülür. Sivri uclu dırnaqlara təzyiq edən, onları sıxan ayaqqabıları geyinmək dırnaqlarda batıq yarada bilər. Dırnaq göbələyi kimi bəzi xəstəliklərin dırnaqda yaratdığı şəkil pozuntuları, dırnaqda qalınlaşmalar da batıqların ən əsas səbəblərindən biridir.

Ayağın aldığı xarici zərbələr, idman zamanı yaşanan travmalar da buna səbəb olur.

Hamiləlik zamanı ayaqda yaranan şişlik, ödəm, kilo artımı nəticəsində dırnaq yatağında təzyiq yaranması dırnaq batmasının digər səbəblərindən biridir.

Dırnaq batdığında çox şiddətli ağrı verir. Eyni zamanda batıq dırnaq dırnaq yatağında infeksiyanın, göbələyin yaranmasına səbəb olur.

Bu ağrılar zamanı ilk müraciət edilən yer isə çox hallarda gözəlllik salonlarıdır. Pedikürlə batıq dırnaq kəsilərək bir müddətlik ağrı sakitləşdirilir. Ancaq dırnağın yumşaq toxumaya batmasına səbəb olan dırnağı uzadan kök qismi ordan çıxarılmazsa, bu edilənlər müvəqqətidir. Dırnaq batığı tez zamanda yenidən yaşana bilər.

Bir digər yanlış yol isə dırnağın bütünlüklə çıxarılmasıdır. Yeni dırnaq yenə batıq olaraq yerinə gələcək.

Birdəfəlik həlli üçün batan hissə ilə kök qismini kəsmək lazımdır. İlk olaraq yerli anesteziya ilə dırnaq keyidilir. Batıq qism dırnaq yatağı ilə birlikdə incə şəkildə çıxarılır. İnfeksiya yoluxmasın deyə infeksiya əleyhinə kremlər vurulur.

ailem.az

Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Mastopatiya
13-01-2015

Müasir dövrdə tibb elminin ən çox yayılan problemləri arasında mastopatiya birinci sıralardadır. Mastopatiya yunan sözü olub “mastos” döş, patos xəstəlik deməkdir. Yaxın vaxtlara kimi mastopatiya yalnız 40 yaşdan yuxarı olan qadınlarda aşkarlanırdı.

İndi isə bu xəstəliyin yaş həddi nəzərə çarpacaq dərəcədə çavanlaşıb. İndi nəinki 40 yaşlı, hətta 18-28 yaşarası gənclərdə də buna rast gəlinir. Antik əfsanəyə görə, bu xəstəlik ilk dəfə ilahə Gerada aşkarlanıb. Döş nahiyəsindəki dözülməz ağrıdan əziyyət çəkən ilahə Geranı tibb Tanrısı Asklepiy müxtəlif otlardan hazırlanan dərmanlarla sağaldıb.

Müasir dövrdə süd vəzisi xəstəlikləri arasında ən çox yayılanı “ənənəvi” bəla adlandırılan mastopatiya qadınların 60-80 faizində aşkarlanır. O, süd vəzisinin patologiyasıdır. Bu zaman süd vəzilərinin quruluşu dəyişməyə başlayır. Qoltuq altında limfalar düyünlənir, vəzidə süd əmələgətirən hüceyrələr çoxalır. Süd vəziləri birləşərək düyünlənir və bərkiyir. Mastopatiya iki hissəyə ayrılır:

· Diffuz
· Düyünlü

Diffuz mastopatiyaların ilkin formasıdır. Bu zaman proses vəzin bütün toxumasını əhatə edir. Diffuz forma hər iki süd vəzisində aşkarlanır. Ağrı aylıq tsikl ərəfəsində olan ağrıya bənzəyir. Diffuz mastopatiyası uzun müddət müalicəsiz qaldıqda xoşxassəli şişə çevrilir.

Düyünlü mastopatiya lokal xarakter daşıyır, və bir süd vəzisində olur. Ağrı isə yalnız bir yerdə olur, yəni yayılmır. Çox vaxt isə düyünlü mastopatiya ağrısız keçir.

Bu günə kimi mastopatiyanın tam səbəbi və müalicəsi aşkarlanmayıb. Lakin bir neçə səbəblər tibbə məlumdur:

· Tez-tez abort etdirmək

· Müntəzəm olmayan cinsi həyat tərzi

· Doğuşdan sonra körpəyə süd verməmək (ya da körpəyə uzun müddət süd vermək)

· Gec doğuş

· Stress

· Hormonal pozuntular

Bundan başqa hormonal preparatların özbaşına, həkim məsləhəti olmadan qəbulu da sud vəzilərinin düyünlənməsinə səbəb olur.

İlkin əlamətləri:

· Süd vəzisində lokal və ya yayılmış ağrıların olması
· Aylıq tsikl öncəsi döşlərdə dəyişiklik, narahatedici ağrılar və gərginlik
· Döş giləsindən şəffaf və ya qanlı ifrazatın axması
· Süd vəzisində bərkimə, ödem, qızartı və dartınma hiss olunması
· Sinənin böyüməsi və ya kiçilməsi, formasını dəyişməsi

Həyat tərzini dəyiş:

Mastopatiya zamanı həyat tərzinizi dəyişməlisiniz. Sağlam həyat tərzi keçirtmək vacibdir. Yəni əgər spirtli içkini sevirsənizsə, ondan tamamilə imtina etmək məcburiyyətindəsiniz. Ağır əşya qaldırmamalısınız. İdman etməli, siqaret çəkməməlisiniz. Hətta siqaret çəkən birinin yanında belə dayanmaq düyünün xərçəngə çevrilməsinə səbəb ola bilər. 8 saatdan az yatmamalı, suda çox olmalısınız. Qadınlar həm də pəhriz saxlamalıdırlar. Kofe, kakao və kola içməməlidirlər. Müntəzəm olaraq tərkibində E, C vitaminləri olan qidalar qəbul etməlidirlər.

big.az

Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Beyni necə sakitləşdirmək olar?
11-01-2015

XXI əsri bütünlüklə ələ alan kompüter ən çox insan beyninə ziyan vurmaqdadır. Bu gün kompüterlə işləyən, dolayısı ilə ondan istifadə edən insanlar ən çox zehni yorğunluqdan əziyyət çəkirlər. Zehni yorğunluğu, beyindəki narahatlığı artıran digər amillər isə psixoloji təsirlərdir.

Bütün dövrlərdə bütün dinlərdə ən vacib insan nailiyyəti sakit beyin olub.

Sakit beyin insanın uğur və nailiyyətlərinin açarıdır. Məhz sakit beyinə sahiblənən insan özünüidarə mexanizmini düzgün və rahat şəkildə həyata keçirə bilər. Rahat beyinə sahib olmağın bir neçə üsulunu təqdim edirik:

  1. Bəzən haqlı olub olmadığını düşünmək insan beyninə neqativ enerji yükləyir. Bu düşüncədən daşının. Haqsız olduğunuzu o qədər də böyük faciə adlandırmayıb, haqlı olduğunuza qəhrəmanlıq donu geyindirməyin. Hər ikisini sadəcə beyninizdən silin.
  2. Daxili rahatlıq və beyin sakitliyini pozan ən pis element özünü günahlandırmadır. Birdəfəlik bilin – keçmişiniz böyük bir qəbiristanlıq, günahlarınız isə orada yatan ölülərdir. Günahları gələcəkdə etməmək haqqında fikirləşin. Keçmişdə niyə elə etdim deyə düşünməyin. Çünki ölü dirilmir.
  3. Özünüzə bəraət qazandırın. Bəli, bəli, özünüzdən ibarət bir “əfv komissiyası” tərtib edin və yeganə müttəhim hesab etdiyiniz özünüzü azadlığa çıxarın. Azadlığa çıxın ki, beyniniz sakit olsun.
  4. Bağışlayın. Çox yox, yalnız bircə dəfə bunu edin və sakitləşin. Düşünün ki, başqasını bağışlamaq beyniniz üçün böyük hədiyyədir. Nə olar ki, bir dəfə də 24 saat dayanmadan işləyən beyninizə “bayram payı” verəsiz.

modern.az

Go Back

0 Şərh Posted in Sağlamlıq
Paylaş
Üzü qardan qorumağın yolları
10-01-2015

Soyuq havalarda ən çox dərimizin zərər gördüyünü bilirsiniz.

Soyuq qarlı havalar yanaqlarda çəhrayı-qırmızı arası bir rəngə səbəb olur. Bununla yanaşı, üz və əllərdə quruluq yaşanır. Bu quruluq dəridə çox gərginlik və soyulmalar, dəri çatlamalarına səbəb olur. Hətta ekzema da törədə bilər.

Qarlı havalarda günəşin mənfi təsiri 40-90% artır. Ona görə qarlı havada günəş çıxarsa, gözlərimizi tez qıyırıq. Bu refleksə səbəb günəşin qardan əks olunması ilə artan şüadır. Bunun üçün dərini örtüklərlə mümkün olduğu qədər örtmək, əllərin əlcək, üzün maska və ya örtük ilə qorunması lazımdır. Dərinin yağlı, qliserin tərkibli məhsullarla nəmləndirilməsi lazımdır. Günəşin mənfi şüalarından qorunmaq üçün sərt qış aylarında da günəş kremləri istifadə etmək tövsiyə olunur.

Qışda qarlı havalarda dərinizi korlanmaqdan qoruyacaq nəmli və sağlıqlı qalmasına yardım edəcək ev maskaları təqdim edirik.

Yulaf maskası. Eyni miqdarda yulaf əzməsi və yumurta sarısını qarışdırıb içinə bir çay qaşığı bal əlavə edib təmiz cildinizə sürtün. 20 dəqiqə saxladıqdan sonra ilıq suyla yuyun. Dərinizin yumşaldığını görəcəksiz.

Avokado maskası. Bir avokadonu çəngəllə əzin, içinə 1 çay qaşığı zeytun yağı əlavə edin. Qarışığı üzünüzə sürtüb 20 dəqiqə saxlayın. Tərkibindəki mineral, vitamin sayəsində dərinizi qış aylarının sərtliyindən qoruyacaq.

Kefir maskası. Sadəcə kefiri dəriyə sürtüb 15 dəqiqə saxlayın. Dərinin PH səviyyəsini nizamlayacaq, daha yumşaq, nəmli olmasına kömək edəcək.

milli.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər