AILƏDƏ ƏRLƏ-ARVAD ARASINDAKI KONFLIKTLƏR

Ailə konfliktləri subyektlərin münasibətlərindən asılı olaraq: ərlə-arvad, valideyn və uşaqlar, ər-arvad və onların valideynləri, nənələr, babalar və nəticələr arasında baş verir.Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfiliktlər esas rol oynayır. Bu da əsasən ərlə – arvadın bir – birinə olan tələbatlarının ödənilməməsindən baş verir. Belə konfliktlərin əsas səbəblərindən aşağıdakılar daha tez – tez özünü göstərir:

  • ərlə – arvadın seksual-psixi uyğunsuzluğu;
  • öz ” məni” nin tələblərinin ödənilməsi , bir – birinin mənlik hisslərinə hörmətsizlik;
  • müsbət emosiyalara olan tələbatın ödənilməməsi:diqqət, başa düşmək, yumşaq münasibət və s;
  • subyektlərdən birinin (ər və ya arvadın) öz tələbatlarının ödənilməsinə daha çox tələbkar olması (içkiyə, narkotiklərə meyil, özünə daha çox vəsait xərcləməsi və s)
  • ailə təsərrüfatı, uşaqların tərbiyəsinə, öz valideynlərinə bir- birinin tələbatlarının başa düşülməməsi və s.
  • istirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi.

Bunlardan başqa ailə konfliktlərinə başqa faktorlar da təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır?

Ailə həyatının birinci ili – bu dövr ərlə-arvadın bir- birinə uyğunlaşması dövrüdür. Bu iki ” mən”in birləşib bir ” biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, bir-birinə sevgi , məhəbbətin soyuması , subyektlərin həyatda olduğu kimi qavranılması başlayir. Bu zaman kəbinlərin 30%-i dağılır.

Ikinci böhranlı dövr – uşaqların anadan olması ilə bağlıdır. Hələlik tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanla qarşılaşır. Bu zaman baş verən konfiliktlərin əsasını nə təşkil edir?

  • Ərlə-arvadın peşə-ixtisasartırma imkanları pisləşir.
  • Uşağa xidmətlə əlaqədar qadın yorğunluğu-bu zaman onun seksual fəallığının azalması.
  • Uşaqların tərbiyəsinə ərlə-arvadın münasibətlərinin üst-üstə düşməməsi.

Üçüncü böhranlı dövr – ərlə -arvadın birlikdə yaşamasının orta illərinə təsadüf edir. Bu zaman konfliktlərin oxşarlığı, cansıxıcılığına təsadüf olunur. Subyektlərin bir – birindən doyması baş verir. Hisslərdə yenilik olmur Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar.

Sevda Xəlilova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər