Dunning Kruger sindromu nədir?
Dunning-Kruger effekti və ya Dunning-Kruger sindromu Cornell Universitetinin iki psixoloqu Justin Kruger və David Dunningin müəyyənləşdirdiyi qeyri-obyektiv qavrayış prosesidir. Cornell Universitetinin psixoloqları Justin Kruger və David Dunning “cahil cəsarəti” adını verdikləri bu sindroma görə 2000-ci ildə Nobel mükafatı aldılar. Sindromun əsas məzmununu qısaca belə ifadə etmək olar: “Həqiqi, gerçək biliyin əksinə, cəhalət şəxsin özünə olan inamını artırır.”
Araşdırmalar nəticəsində aşağıdakı faktlar ortaya çıxdı:
Qabiliyyətsiz insanlar qabiliyyətsizliklərinin fərqində olmurlar.
Qabiliyyətsiz insanlar “qabiliyyətlərini” şişirtməyə meyilli olurlar.
Qabiliyyətsiz insanlar qabiliyyətli insanların uğurların görməkdə, anlamaqda acizdirlər.
Qabiliyyətsiz insanlar təhsil və s. istənilən yolla özlərini inkişaf etdirdikləri zaman qabiliyyətsizliklərinin fərqinə varmağa başlayırlar.
Cornell Universitetinin əməkdaşları tələbələr üçün bir test tərtib etdilər, sonra isə tələbələrin hər birinə “necə keçdi?” sualını verdilər.
Bəlli oldu ki, sualların 10%inə belə düzgün cavab verə bilməyən tələbələrin “özlərinə inamı” müdhişdir. Onları düşünürdülər ki, testlərin 70%ini düzgün cavablandrırblar.
Sualların 90%indən çoxunu doğru cavablayanlar isə “ən təvazökar” tələbələr idi; onlar sualların yalnız 70%inə doğru cavab verdiklərini düşünürdülər.
Bütün nəticələr təkrar-təkrar yoxlanıldı və Dunning-Kruger sindromu müəyyənləşdirildi:
Hər hansı bir işdə çox yaxşı olduğuna ürəkdən və şübhəsiz inanan qabiliyyətsiz, məziyyətsiz insan özünü və etdiklərini şişirtməkdən, tərifləməkdən, hər işdə özünü qabağa verməkdən və həqiqətdə yerinə yetirə bilməyəcəyi işlərin məsuliyyətini götürməkdən çəkinmir.Əksinə, bütün bunlara layiq olduğunu düşünür.
Lakin qeyd etmək lazımdır ki, bəzən bu cahillik və həddini bilməmə xüsusiyyəti peşə fəaliyyəti baxımından şəxsdə itələyici bir güc formalaşdırır.
Yəni, “mənfilər” kariyera üçün “müsbətə” çevrilir.
Yəqin ki, hamımız həyatda qabiliyyətsiz və yetərsiz insanların daha tez və daha çox yüksəldiyinin şahidi olmuşuq.
Həqiqətən qabiliyyəti, savadı olan insanlar isə iş həyatında təvazökarlıq göstərdiyinə görə adətən bir o qədər yüksələ bilmir, öz işlərini qabartmağı, şişirtməyi sevmir, kimlərinsə onları kəşf etməyini gözləyirlər.
İndi isə özünüzü, qabiliyyətlərinizi bir daha, başdan gözdən keçirin. Görəsən siz necə bir şəxsiyyətsiniz? Öz dəyərinizin başqaları tərəfindən kəşf edilməsini mi gözləyirsiniz? Əgər belə bir insan olduğunuzu düşünürsünüzsə bunu unutmayın: Ən böyük zənginlik insanın özünə verdiyi dəyərdir. Özünüzü bu zənginlikdən məhrum etməyin. Dünyanın ən zəngini də ola bilərsiniz, ən kasıbı da. Bu sizdən asılıdır.
Mürəkkən işlərdə iştirak etməkdən, məsuliyyət götürməkdən qorxmayın, boyun qaçırmayın. Yaxşı olduğunuzu düşündüyünüz mövzularda başqa insanların sizi çağırmasını gözləməyin. “Mən də buradayam” deməkdən çəkinməyin, utanmayın.Əgər bu barədə çətinlik çəkirsinizsə, utanırsınızsa profissional dəstək alın. Çünki insanın özünü qiymətləndirə bilməsi, dəyərləndirə bilməsi göründüyü qədər asan bir iş deyil.Bu sahədə özünü inkişaf etdirə bilən insanların həm peşə, həm də şəxsi həyatda müsbətə doğru dəyişikliklər əldə etməsi danılmaz faktdır.
Aytən Eminova
BDU, Sosial Elmlər və Psixologiya fakultəsi, II k