Psixoanalitik psixoterapiyanın məqsədi

Psixoanalitik psixoterapiyanın məqsədi şüuraltında yatan ziddiyyətləri, problemləri şüur səviyyəsinə qaldırmaq və bununla da onları həll etmək, çıxış yolu tapmaqdır.

Freydin yolunu izləyən psixoanalitiklər xəstənin şüuraltında sıxışıb qalmış problemləri müxtəlif metod və vasitələrlə şüur səviyyəsinə çıxardır və xəstənin də bu problemlərin fərqinə varmasını təmin edir.

Klassik psixoanaliz üsulu xəstənin bir neçə il ərzində, həftədə üç və ya altı dəfə olmaqla psixoterapevtlə görüşməyini tələb edir. Hər ziyarətin müddəti 50-60 dəqiqə arasında dəyişir. Xəstə psixoterapevtin otağında bir divanda uzanır, psixoterapevt isə xəstənin onu görməyəcəyi bir şəkildə baş tərəfində oturur. Psixoterapevt xəstədən öz problemini olduğu kimi danışmağını xahiş edir. Terapiya prosesinə başlamadan öncə psixoterapevt xəstəyə xəbərdarlıq etməlidir: “Danışacağınız şeylər sizə gülməli, qəribə, utanc verici gələ bilər. Bəziləri sizi güldürə, bəziləri isə kədərləndirə bilər. Amma nə olursa olsun, hər şeyi olduğu kimi danışmalısınız.”

Bu müddətə “sərbəst çağırış” deyilir. Sərbəst çağırışda bir fikir başqa bir fikri doğurusa, başqa sözlə “çağırırsa” yeni fikir mütləq psixoterapevtə deyilməlidir. Psixoanalitiklər “sərbəst çağırış” zamanı yaranan belə fikirləri xəstənin şüuraltına çatmağın ən effektiv üsulu hesab edirlər. Terapiya prosesinin əvvəlində ola bilər ki, xəstə özünü tam “açmasın”, terapevtlə səmimi olmasın.. Lakin zaman geçdikcə, psixoterapevt xəstədə güvən hissi yaratdıqca xəstə bu bariyeri aşır və terapiya prosesində daha dürüst olur.

Terapiya müddətində danışan əsasən xəstə olur, lakin terapevt xəstənin söylədiklərini yeri gəldikcə şərh etməlidir. Terapiya prosesində belə şərhlər psixoanalitik terapiyanın ən çox önəm daşıyan detallarından biridir. Psixoterapevt xəstənin dediklərini Freydin şəxsiyyət anlayışı çərçivəsində incələyərək müxtəlif şərhlər verir. Bu anlayışın daxilində seksuallıq və təcavüzkarlıq önəmli yer tutduğundan, xəstənin dedikləri də məhz bu yöndə incələnməlidir.

Xəstə terapevtin şərhini qəbul etməyə bilər. Bu, xüsusilə terapiya prosesinin əvvəlində özünü göstərir. Xəstə etirazını həm sözlə bildirə bilər, həm də növbəti seanslara gəlməməklə. Bunlar xəstənin müdafiə müxanizmləridir və psixoterapevt bu cür faktları da nəzərdən keçirməlidir.

Terapiya prosesi təkrarlandıqca xsətənin bu etirazları get-gedə azalır və xəstə şərhləri daha asanlıqla qəbul etməyə başlayır. Zaman keçdikcə xəstə psixoterapevti həyatında önəmli bir insan kimi qəbul etməyə başlayır. Xəstə terapevtə bağlandıqca sürəkli onun yanında olmaq istəyir və terapisti valideynlərindən birinin yerinə qoyaraq sanki onun uşağıymış kimi davranır. Psixoanalitiklər bu məqama xüsusilə diqqət eməyin vacibliyini vurğulayırlar. Xəstə terapevti valideyni kimi gördüyündən uşaqkən öz valideynləri ilə necə münasibət qurubsa terapevtlə də o cür münasibət qurmağa başlayır. Uşaqlığını sanki ikinci dəfə yaşayan xəstə üçün terapevt anlayışlı və qayğıkeş bir ana-ata modeli yaradır. Beləcə xəstə köhnə ziddiyyətlərin səbəbini anlamağa başlayır. Şüuraltında sıxışıb qalmış problemlər şüur səviyyəsinə qalxır.

Növbəti mərhələdə, xəstə-terapevt arasında valideyn-uşaq münasibəti yerinə daha kamil, iki yetişkin insan arasında yarana biləcək bir münasibət formalaşır. Bu xəstənin həyatına daha yetişkin və məsuliyyətli bir insan kimi başlamağa hazır olduğunu bildirir.

Klassik psixoanaliz Freydin prinsiplərini qəbul edən psixiatr və psixoloqların istifadə etdiyi terapiya növüdür. Lakin bu gün özlərini psixoanalitik adlandıran, amma Freydin klassik psixoterapiya metodlarını olduğu kimi istifadə etməyən psixoloqlar da var.

Belə psixoloqlar adətən xəstə ilə həftədə 3-6 dəfə görüşmək yerinə 1-2 görüş ilə kifayətlənirlər. Müalicə prosesinin illərlə davam etməyini gözləmirlər, bir neçə həftə və ya ay ərzində istifadə olunan daha qısa müddətli psixoterapiyadan istifadə edirlər. Tək keçmiş hadisə və proseslərə deyil, fərdin hal-hazırda olduğu vəziyyətə və onun gələcək haqqında düşüncələrinə də önəm verirlər.

Psixoz kimi xəstələri psixoanalizlə müalicə etmək olmaz. Çünki psixotik şəxslər psixoanalitiklə lazimi münasibəti qura bilmirlər. Freydin yolunu izləyən psixoloqların fikrinə görə, psixoz insan inkişafının ilk mərhələlərində “gerilik” şəklində özünü göstərir və inkişafının ilk mərhələsində gerilik problemi olan insanlarla psixoanaliz metodu ilə effekiv nəticə almaq qeyri-mümkündür.

Psixoanalizin banisi Ziqmund Freyddir. Freyd şəxsiyyətin üç səviyyəsini ayırd etdi: id, ego və superego. Bölgüyə görə id dərk olunmamış bütün psixi proseslərin məskənidir. Burada qeyri-iradi arzular, şəhvətlər, şüurdan çixarılmış ideyalar, keçmiş təcrübələr və s. qərarlaşır. Ego şəxsiyyətin şüuru və ozünü dərkidir. Onun vəzifəsi id vasitəsi ilə təmsil olunan emosiyalar aləmi ilə real xarici aləm arasında insanların həvəsi, istəyi, meyli ilə onların təminatı arasında vasitəçi rolunu oynamqdır.Superegoya tarixən yaradılmış əxlaq, elm, incəsənət, mədəniyyət sistemləri daxildir. Sosial normalar, qadağalar, borc sahəsi, əxlaq, ictimai-şüur hər şey burda qərarlaşır. Freydə görə insanın İDi, EGO ilə SUPEREGO arasında həmişə əziyyət çəkir. Və bu da sonda bəzi psixi pozuntalara və nevrozlara səbəb olur

Eqo id ilə superego arasında tarazlığı qurmağa çalışan bir növ məsləhətçidir. Eqo superegonun tələb etdiyi şərtləri incələyir, qiymətləndiri və idin bu istəklərini qiymətləndirmənin nəticələrinə uyğun olaraq tam və ya qismən rellaşdırır. Əgər idin istəyi yerinə yetirilə bilməyəcək bir şeydirsə, başqa sözlə şəxsiyyətin özü üçün mənfi nəticələr yaradacaq bir istəkdirsə bu zaman egonun müdafiə mexanizmləri hərəkətə keçir və idin bu istəyini itələyərək şüuraltına sıxışdırır.

Şüuraltında sıxışdırılmış bu istəklər tamamilə yox olmur, insanın davranışlarında özünü göstərir. Şüuraltında həll olunmamış ziddiyyətlər artdığı zaman, egonun bütün bunları nizamlamağa və idarə etməyə “gücü çatmır”, nəticədə bu şəxsin davranış və hərəkətlərində özünü biruzə verir. Anormal davranışların mənbəyi məhz şüuraltındakı həll edilməmiş ziddiyyətlədir. Psixoanalitik psixoterapiyanın məqsədi şüuraltında qalmış bu ziddiyyətləri şüur səviyyəsinə qaldırmaq və həll yolu tapmaqdır.

Aytən Eminova

BDU, Sosial Elmlər və Psixologiya fak,II k

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər