Nərmin Quliyeva: ” Hər zaman daha çox işlərimlə anılmaq, yadda qalmaq,Simamı tanıdan uğurlarım olsun istəmişəm!” – MÜSAHİBƏ

Bu günki qonağımız digərlərindən fərqlidir biraz. Bügünkü müsahibimiz Xəzər universitetinin Humanitar və Sosial Elmlər fakultəsinin, Psixologiya ixtisasının III kurs tələbəsi, Psixologiya və Konsultasiya Mərkəzinin Psixoloji chek-up üzrə mütəxəssisi, D.Franklın “ İnsanın məna axtarışı” kitabının tərcüməçi müəllifi və Psixologiya və Konsultasiya Mərkəzində daha bir neçə sahədə fəaliyyəti mövcud olan gənc bir tələbə xanmdır! Nərmin Quliyeva – yaşının azlığna baxmayaraq yaşına sığmayan nailiyyətləri, bilik və savadı, bunlarla bərabər təvazökarlıq, yardımsevərlik və çalışqanlıq kimi gözəl mənəvi keyfiyyətləri daşıyır adının üzərində!

Bir gün “Düşüncə” jurnalınn təşkil etdiyi tədbirlərdən birində tələbələrdən biri mənə yaxınlaşdı və soruşdu ki, gösərən Nərmin xanımın bu qədər savadlı olması fitri istedaddir, genetikdir ya özu qazanib? Və əslində Məhz bu sual və gənclərin sizə belə rəğbətlə yanaşmasının nəticəsidir ki , bugün sizi öz müsahibimiz olaraq seçdik! Xoş Gəlmisiniz jurnalımıza!

Çox sağ olun. Düşünürəm ki, hamısı zəhmətin nəticəsidir. İnsan zəhmət çəksə müəyyən nailiyyətlərə sahib ola bilər.

Nərmin xanım, yaşınızın azlığına baxmayaraq bugün ətrafınızdakı digər gənclərdən psixologiya və psixiatriya elmi sahəsindəki biliklərinizə görə sözun yaxşı mənasında fərqlənirsiniz. Bunu nəyə borclusunuz?

Həkim ailəsində böyüdüyüm və daim ətrafımda bu sahə ilə bağlı insanlar olduğu üçün psixiatriyaya qarşı daha öncələrdən marağım var idi və hər zaman bu istiqamətdə müəyyən biliklərə yiyələnirdim. Həmçinin aşağı siniflərdə oxuduğum zamanlardan anamla mütəmadi olaraq anatomiya ilə məşğul olurduq. İnsan beyninin quruluşu, fiziologiyası, sinir sistemi barədə məlumatlandırırdı. Lakin universitetə daxil olduqdan sonra psixologiya ilə maariflənməyə başladım və bunun dərin elm olduğu qənaətinə gəldim. Bu sahədə mütaliələr və müəyyən kurslarda iştirak etdikcə psixologiyaya daha da bağlandım və həyat tərzimə çevrildi.

Psixologiya sahəsinə maraq sizdə hardan yarandı? Niyə başqa bir peşə sahəsi yox məhz psixoloq?

Gözlənilməz situasiyada, təsadüfi bir söhbətin əsasında maraq yarandı və təhsilimi bu istiqamətdə davam etdirmək qərarına gəldim

Tələbə olmağınızla bərabər Psixologiya və Konsulatsiya Mərkəzində psixoloji chek-up uzrə mütəxəssis kimi faliyyətiniz də mövcuddur səhv etmirəmsə? Çətin olmur ki, həm tələbə həm mütəxəssis olmaq ?!

Əksinə bu mənim üçün daha maraqlıdır. Zamanımı dəyərli istifadə etdiyimi düşünürəm. Bundan başqa təcrübə qazanıram. Hər dəfə insanları check-up etdikdə yeni şəxsiyyət tipləri, yeni xarakterlərlə rastlaşıram və bunlarla bağlı özümün gəldiyim müəyyən qənaətlər olur. Nə dərəcədə alındığını deyə bilmərəm amma çalışıram hər ikisinə də eyni dərəcədə zaman ayırım və hər hansı problem ortaya çıxmasın deyə cəhd edirəm.

Biraz ətraflı izah edərsinizmi, psixoloji chek-up nədir və bu insnalara nə üçün lazımdır?

Psixodiaqnostika (yunancadan tərcümədə psyuche-ruh,diagnosis- öyrənmək), şəxsdə müəyyən psixoloji əlamətlərin mövcudluğunu və şiddətini müəyyən edən psixoloji diaqnoz qoymanın elmi və praktik sahəsidir. Psixodiaqnostika XX əsrin 20-ci illərindən müstəqil tədqiqat sahəsi kimi formalaşıb. Bu sahənin inkişafında əhəmiyyətli dərəcədə rol oynayan F. Galton, J. Cattell, H. Ebbinghaus, E. Kraepelin, Binet və digər alimlərin əsərləri var. Psixodiaqnostikanın məqsədi insan psixikasının xüsusiyyətləri haqqında məlumat toplamaqdır.

Psixodiaqnostikanın obyekti vərdişlər,bacarıqlar, ümumi və xüsusi qabiliyyətlər, psixi proseslərin dinamik xüsusiyyətləri, motivlər, ehtiyaclar, maraqlar, şəxsi keyfiyyətlər və s.hesab olunur.

Psixoloji check-up (psixodiaqnostika) problemi kompleks halda görmək, onun səbəbini öyrənmək və həll etməklə bağlı üsulların müəyyən olunması üçün şərait yaradır. İnkişafın dəqiq və düzgün istiqamətini müəyyənləşdirməyə, şəxsin özünü doğru formada dərk etməsinə kömək edir. İnsanı müsbətə doğru dəyişir.

Psixologiya və Konsulatsiya Mərkəzinə ilk gəlişiniz necə baş tutdu?

Mərkəzə gəlişim tam təsadüf oldu. İlk dəfə pasiyent olaraq müraciət etdim. İmtahan həyəcanı ilə bağlı, imtahana 4 həftə qalmış mənim xəbərim olmadan valideynlərim Elnur müəllimin ( Elnur Rüstəmov) qəbuluna yazdırmışdılar. Bunu mənə bildirdikdə etiraz etdim, lakin mərkəzlə sayta daxil olaraq maraqlandım və qəbuluna yazıldığım psixoloq haqqında müəyyən dərəcədə məlumatlar topladım.Lakin bunlara baxmayaraq konsultasiyaya getmək istəmirdim.Valideynlərim təkidlə məni mərkəzə gətirdilər. İlk seansda Elnur müəllim mənə sual verdi ki, “Psixoloq olmaq istəyərsənmi?” mən isə qətiyyətlə “xeyr” cavabını verdim. Çünki psixologiya ilə bağlı o qədər də məlumatım yox idi. Lakin seansın sonunda artıq fikrimi dəyişmişdim. Və konsultasiya bitdikdən sonra anama psixoloq olmaq istədiyimi bildirdim.

Bizə məlumdur ki, bir neçə dildə mükəmməl bilirsiniz və xarici dillərdən kitab tərcümələri edirsiniz. Biraz bundan bəhs edərsinizmi?

Orta məktəbdə oxuduğum dövrlərdən xarici dillərə qarşı xüsusi rəğbətim olub və ədəbiyyatla çox maraqlanmışam. Psixologiyaya gəldiyim zamanlardan isə bu iki marağımı birləşdirərək, ümumi bir fəaliyyətlə məşğul olmağa başladım. Və bu mənim üçün xüsusi əhəmiyyət kəsb edən bir işə çevrildi. Həmçinin azərbaycan dilində psixologiya ilə bağlı ədəbiyyatın az olması bu səbəbdən həmin sahədə maariflənmənin müəyyən qədər azlığı qeyd etdiyim fəaliyyətə daha çox marağımı artırdı.

“İnsanın məna axtarışı” kitabı həqiqətən də orijinalında belə dili çox mürəkkəb olan bir əsərdir. Kitabla tanış olduqda görürəm ki, ortada həqiqətən də böyük bir əmək və mülkəmməl iş var. Biraz da kitabın ərsəyə gəlmə prosesini bilmək maraqlı olardı.

Bu kitab mənim psixologiya sahəsində ilk oxuduğum kitabdır. Kitabı oxudum və çox təsirləndim. İlk öncə bununla bağlı “V.E.Frankl`ın “İnsanın məna axtarışı” kitabı haqqında düşüncələr” adlı ilk məqaləmi yazdım. Məqalə Psixologiya və Konsultasiya Mərkəzinin saytında yayınlandı. Daha sonra isə kitabı tərcümə etmək qərarına gəldim. Və bunu Elnur müəllimə bildirdim, o da bu fikrimi dəstəklədi. Kitabın orijinallığını qorumaq üçün tərcümə prosesini ingilis dilində apardım. Birinci kursun sonunda kitabı tərcümə etməyə başladım, 2 ay müddətində kitab tamamlandı. 2014-cü ilin iyun ayında artıq çapdan çıxdı.

Bir qədər kitabın məzmumundan bəhs edərdiniz, kitabı əldə etmək istəyən oxucularımız üçün?

-Kitab üç hissədən ibarətdir. Birinci hissədə müəllif əsir düşərgəsində yaşadıqlarından bəhs edir. İkinci hissədə isə əsir düşərgəsindədə yaşadıqlarından əldə etdiyi biliklərdən və təcrübədə əldə etdiyi Loqoterapiyadan bəhs etməkdədir. Son hissə olan üçüncü hissədə isə insanın həyatın ağır tərəflərinə qarşı hələ də necə nikbin ola biləcəyinə dair düşüncələrindən bəhs edərək kitabı bitirir. Əsərdə məşhur filosof Nitsşenin “Yaşamak için bir səbəbi olan kişi, o an hər səbəbə dayana bilir” sözü əslində deyilənləri gözəl şəkildə ifadə edir. Müəllif məhbusları ümidsizlikdən qoruyan şeyin bu əzablara qatlanmağı və bunun qismətləri olaraq qəbul etmək olduğuna da toxunmuşdur. Bu da yazıçının qismətə inandığını və onunla bağlı olduğunu bizə göstərməklə bərabər, əzabların əslində bizim həyatımızın bir parçası olduğunu qəbul etmək gərəkliliyini vurğulayır.

Bu işdə sizə dəstək olanlar , stimul verənlər oldumu?

Təbii ki oldu! İlk öncə dəstək ailəmdən gəldi. Ən böyük dəstək isə Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovdan oldu. Həm kitabın redaktəsində, həm nəşrində, ümumiyyətlə ərsəyə gəlmə prosesində çox böyük əməyi oldu.

Bar verən ağaca daş atan çox olar misalı, Yəqin sizi qısaqnanlar , işinizə əngəl törətməyə çalışanlar da az olmayıb…

Bu haqda düşünmürəm! Əsas odur ki, sevdiyim işlə məşğulam və bundan mənəvi zövq alıram.

Üfüqdə yeni kitablar varmı Nərmin xanımın əlindən tərcümə olunmağı gözləyən?

Planlarım var. Ümid edirəm ki, yaxın zamanda reallaşacaq.

Bir gənc psixoloq kimi Nərmin xanım bugun Azərbaycanda psixologiyanın inkişafı zəminində və ya tətbiq sahələri istiqamətində nələri dəyişmək arzusundadır və bu peşənin gələcəyini necə görmək istəyir?

Psixologiyanın müəyyən sahələri var ki, hazırda Azərbaycanda bu sahədə kadr mövcud deyil. Təbii ki, ilk öncə bu sahələri inkişaf etdirmək istərdim. Azərbaycan dilində psixoloji ədəbiyyatın zənginləşdirilməsinə çalışardım və irəlidə psixologiya ilə bağlı digər ölkələrdə olduğu kimi Universitetin olmasını istərdim. İnsanların psixologiya yanaşması ilə bağlı fərqliliklər və bu sahədə maarifləndirmənin artması istiqamətində çalışardım.

Əminəm ki, bu digər həmyaşıdlarınız üçün də maraqlı olacaq, Nərmin xanım ilk pasientini qəbul edibmi artıq?

  • Birinci kursda oxuyarkən qatıldığım kurslardan birində mütəxəssis tərəfindən fikirlərimizi bölüşmək şərti iləkonsultasiya aparmaq tapşırığı verildi. İlk öncə çox həyəcanlandım, çünki o dövrdə məlumatım kifayət qədər deyildi. Konsultasiyanı orta yaşlı bir xanımla apardım. Proses 1 saat 40 dəq.ni əhatə etdi. Xanım ailə problemi ilə müraciət etmişdi və konsultasiya müddətində bu problemlə yanaşı generalizə olunmuş təşviş pozuntus, həqiqi depressiv vəziyyət olduğu qənaətinə gəldim. İlk daxil olduğu andan ağlayırdı və proses müddətində 5 dəq.lik sükut oldu və bu zaman mən həyəcanlandım lakin bunu biruzə vermədim. Daha sonralar psixologiya ilə maarifləndikcə bunun konsultasiya prosesinə müsbət təsiri olduğunu öyrəndim. Seansın sonunda xanım artıq gülürdü və bu məni çox sevindirmişdi. Proses bitdikdən etibarən bir neçə saat müddətində mən çox qəribə situasiyada idim və titrəyirdim. Bu yaxınlarda həmin xanım yenidən müraciət etmək istədi, lakin mən pasiyentlə məşğul olmadığımı bildirdim. Öncəki proseslə bağlı xanımdan soruşduqda o dediklərimi elədiyini və müsbət nəticə aldığını bildirdi. Təbii ki bu məni çox sevindirdi.

Bir gününüzü bizə təsvir edə bilərsinizmi? Məncə bu digər sizi örnək almaq istəyən digər gənclərimiz üçün də faydalı olacaq.

Günə səhərin erkən saatlarından başlayıram. İlk əvvəl universitetə gedirəm. Dərsdən çıxıb mərkəzə yollanıram. Yolda zamanımı boşa keçirməmək üçün mütaliə edirəm. Axşam evə gəlib bir qədər dincəldikdən sonra dərslərimlə məşğul oluram, gündəlik mütaliələrim var ki, onları edib, müəyyən qədər üzərində işlədiyim kitablarla məşğul olub, məqalə yazıb, daha sonra kompyuterdə işimə başlayıram.

Son olaraq Qarşıdakı konkret hədəfləriniz nələrdir?

Bu sahədə elmi dərəcəyə yüksəlmək, insanlara faydalı işlər görmək, müxtəlif ədəbiyyatlar üzərində işləmək, tədqiqatlar aparmaq və sahə ilə bağlı yeniliklər etmək.

Qonağımız budəfə müsahibəmizdə öz şəklinin yayımlanmasından imtina etdi, səbəb isə ” Hər zaman daha çox işlərimlə anılmaq, yadda qalmaq,Simamı tanıdan uğurlarım olsun istəmişəm!” Bizdə bu dəfə üçün Nərmin xanımın “əsərini” yayımladıq ancaq gələn dəfəki müsahibə üçün “şəkil” sözünü də almağı unutmadıq!

PS: Nərmin xanımla bugunki söhbətimizdən sonra içimdə böyük bir fəxr hissi baş qaldırdı! Nərmin xanıma tutuduğu bu şərəfli yolda uğurlar diləyirik!

Fəridə Qasımova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər