Əl sıxmanın tarixi

Dünyada salamlaşma adətlərinin inanılmaz formaları var.

Tibetdə dil çıxarmaq kimisə salamlamanın bir formasıdır(yoludur). Yeni Zerlandiyada maorilər burunların bir-birinə toxundurmaqla salamlaşırlar. Efiopiyada insanlar çiyinlərin toxundurmaqla, Konqo demokratik respublikasında isə kişilər alınların bir-birinə toxundurmaqla salamlaşırlar. Bir çox Asiya ölkələrində insanlar görüşərkən baş əyirlər. Ərəb ölkələri ilə yanaşı bəzi Avropa ölkələrində də yanaqdan öpmək və qucaqlaşmaq geniş yayılıb. Ancaq salamlaşmanın ən ümumi forması isə əl sıxmaqdır. Ən çox rast gəlinən hal olduğuna görə sən heç vaxt insanların nə üçün əl sıxdıqları haqda düşünmürsən. Əl sıxmanın tarixi Yunanıstanla bağlıdır və e.ə 5-ci əsrə gedib çıxır. O sülh rəmzi olub və heç kimin silah gəzdirmədiyi mənasına gəlirmiş. Roma dövründə əl sıxma adətən qol tutma formasında olub. Bir-birinin qolundan tutaraq salamlaşma kiminsə paltarının qolunda bıcaq gizlətmədiyini yoxlamaq məqsədiylə edilib. Bəziləri deyir ki, əl sıxmaq orta əsr Avropasına aiddir. Cəngavərlər gizlədilmiş silahları yerə salmaq məqsədiylə bir-birlərinin əlin sıxırdılar. Əl sıxma dünyada geniş yayılsa da ABŞ-da ona çox rast gəlinmir. Son dövrlərə qədər yumruq toxundurmaq adətən atletlər və gənclərin işlətdiyi bir jest idi. İndi isə o böyüklər də daxil olmaqla insanlar arasında daha ümumi bir hal alıb. Aparılan tədqiqatların birinə əsasən Amerikada 49% insan ənənəvi salamlaşma olduğu üçün bu üsuldan istifadə edir. Yumruq sıxıb onları astaca bir-birinə toxundurmaqla salamlaşma geniş yayıla bilər, amma bir çoxları üçün o praqmatik seçimdir. Bəzi insanlar əl sıxaraq hər hansısa bir virusa yoluxacaqlarından qorxduğu üçün yumruqların toxundurmağı üstün tuturlar.

allmag.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər