Siqareti tərgitməyin yolları

Hər gün dünyada milyonlarla insan belə zərərli vərdişə başlayır.

Hər gün dünyada milyonlarla insan siqareti tərgitməyə çalışarkən elə eyni sayda insan belə zərərli vərdişə başlayır.

Siqaretdən xilas olmaq üçün effektiv üsulları təqdim edirik:

  1. Saqqız

Nikotin əvəzedici terapiyası zamanı orqanizmi aldatmaq üçün istifadə olunur. Siqaretdən imtina dövründə nikotin saqqızları orqanizmin müəyyən miqdarda nikotinə tələbatını ödəyir. Tərgidən insan simptomlardan əziyyət çəkmir. Nikotin saqqızının dadı da başqaları kimidir.

  1. Nikotin plastırları

Nikotin saqqızları kimi effektivdir. Bu plastırların üstünlüyü istifadənin rahatlığıdır. Yapışdırırsan, 16 saat ərzində bəs edir. Dərman və saqqızın bezdirici əlamətlərindən qurtulacaqsız.

  1. Elektron siqaret

Bəzi ekspertlər siqareti tərgitmək üçün elektron siqaretləri tövsiyə etsələr də, digərləri belə üsulun qəti əleyhinədirlər. Çünki elektron siqaret “əl-dodaq” vərdişini tərgitmir. Bu səbəbdən də heç bir psixoloji aldatma baş vermir. Bundan əlavə, belə siqaretlərin tərkibi bəlli deyil.

  1. Dərman vasitələri

Siqareti tərgitmək üçün həkimlər dərman preparatlarından istifadəni də tövsiyə edirlər. Bu dərmanların tərkibində nikotin olmaqla yanaşı, siqareti tərgitməyə sövq edən digər maddələr də var. Belə dərmanları qəbul edən adamların səhhətində problem olmamalıdır.

  1. Kodlaşma/Hipnoz

Bütün həkimlər insanların psixologiyasını siqaretə qarşı kodlaşdırmağın əleyhinə deyillər. Bəziləri psixoloji təsirlə siqaretdən imtinanın mümkün olduğunu etiraf etsələr də, digərləri illərlə formalaşan vərdişin bir anda yoxa çıxacağına inanmırlar. Siqareti tərgitmək çətin işdir və heç bir psixoloji təsir imtinaya səbəb ola bilməz.

  1. Kitablar

Mənim qardaşım 10 ilə yaxın siqaret çəkdikdən sonra tərgidə bildi. Allek Karrın yazdığı “Siqareti tərgitməyin asan üsulu” adlı kitabını oxuduqdan sonra zərərli vərdişdən imtina edə bildi. Artıq 4 ildir ki, çəkmir. Ancaq sonradan kitabı tövsiyə elədiyi heç kim eyni uğuru qazana bilmədi. Allen Karr insanları psixoloji cəhətdən siqareti tərgitməyə hazırlayır. Kitabı oxuyub sona çatanda isə insan artıq çəkmək istəmir. Müəllif özü də etiraf edir ki, kitabı oxuyanların 95%-i tərgitməyə nail olsalar da, 5% insan bunu bacarmayıb.

  1. Həkim yardımı

Həkimə müraciət edən siqaret aludəçiləri psixoterapevtik, psixoloji metodlardan ibarət kompleks müalicə kursu alırlar. Əgər insan mütəmadi olaraq həkimə getmək istəmirsə, heç olmasa, məsləhətlər almalıdır. Çünki çoxları siqareti tərgitməyə yardım edəcək dərmanların mövcud olduğunu bilmirlər.

oxu.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər