Dünyada hər il 1 milyondan çox anadangəlmə ürək qüsuru ilə uşaq dünyaya göz açır. Hər il bu uşaqların 100 mindən çoxu bir yaşına çatmadan həyatını itirir. Dünyada anadangəlmə ürək qüsuru ilə doğulan uşaqların 30-35%-i maddi imkansızlıq, bəzən də vaxtında lazımı səviyyədə tibbi xidmət göstərilmədiyi üçün həyatlarını itirirlər. Bu acısı və əhəmiyyəti bir filmə siğmayan bir reallıqdır.
Film Bakıda çəkilib. Əsas məqsəd insanları maarifləndirməkdir. Yəni anadangəlmə ürək qüsuru ilə doğulub, əməliyyat olub, normall həyata qayıtmaq mümkündür.
Anadangəlmə ürək xəstəliklərinə diqqəti cəlb etmək məqsədilə Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən hazırlanmış sosial öhdəlikli video çarx. Bu çarx ilk dəfə 20-22 noyabr 2014-cü il tarixlərində Heydər Əliyev Mərkəzində keçirilən “Anadangəlmə Ürək Xəstəliklərində Yeniliklər” adlı beynəlxalq konfransın “Ümudünya Uşaq gününə” həsr edilmiş rəsmi tədbirində nümayiş edilmişdir.
Paylaşaq ki, hər kəs görsün!