Yenə çalırdı. Həmişəki kimi ən sevdiyi melodiyanı… Çalanda elə fikirləşirdi ki, guya taa onun arxasında durub qulaq asır. Mahnı bitdi. . Süküt çökdü. Sonra yenə elə düşündü ki,yox dəqiq arxada durub mənə qulaq asır… Sevincək ayağa qalxdı və arxaya çevrildi. Heç kim yox idi. Bircə Yasəmən xala var idi. O həmişəki kimi əlində silgisi və yanında, içində lap azca suyu olan vedrə ilə otağı silirdi. O həm kardır, həm də gözləri olduqca zəif görür. Heç Nazlının burda piano çaldığından da xəbəri yox idi. Nə onu görürdü, nə də ki eşidirdi. Zavallı Nazlı peşman, həyatdan əlini üzmüş halda yenidən stula oturdu. Daha onu görə bilməyəcək,bu onda alınmır.Cəhd edir, yenə də cəhd edir amma hamısı boş yerə.Axı o özüdə bunu bilir. O sadəcə Nazlının Beyninin məhsuludur
. Hə düppədüz eşitmisiz. Beyninin məhsulu
.O fərqlidir. Heç kimə ehtiyacı yoxdur. İstədiyini öz beynində canlandırır. Xəyallarında necə arzulayırsa elə də yaşayır. Ən pisi də odur ki hər şeyin gerçək olmadığını sonradan öyrəndi,amma yenə də belə daha xoşbəxt idi. Taa ki anası bunu öyrənənə qədər…
İndi isə onlarca dərman, saatlarca elektrik… . Daha bacarmır və anasına verdiyi sözün üstündə durmalıdır. Real həyat
ında yanında olan yeganə insan. . Bax onun üçün bunu bacarmalıdır. Özünə qarşı durmalıdır. Onu Real həyat
da anasından çox sevən ikinci bir adam yoxdu .Bütün sevdikləri,dostları, bacısı bu xəstəlikdən sonra onu atıb getdi,əvvəl ondan qorxmağa başladılar sonra əlaqələrini kəsib ondan uzaqlaşdılar, tamamilə yadlaşdılar.Yolda, küçədə hər kəs ona qəribə nəzərlərlə baxır,pıçapıçla nəsə danışırlar. Nazlı bu baxışlara qarşı durmağı çox istədi amma artıq cəmiyyətin boz qanunları ilə baş edə bilməyəcəyini anladı.İndi anasına da utanc gətirdiyini hiss edir və bu onu hər gün daha da öldürürdü. Hər şeyin qaydasında getdiyi bir vaxtda universiteti qırmızı diplomla bitirdi, kiçik bacısına həmişə örnək olurdu, atasının fəxri idi.Daha sonra hər şey məhv oldu, atası rəhmətə gedəndən sonra hər şey dəyişildi,sanki ağacın kökü dağılmışdı və indi qış idi, ağac kökü olmadan bu mübarizədən məğlub ayrılacaqdı.Bacısının ailəsində yaranan söz-söhbətlər, anasının cavab verməli olduğu axmaq suallar…Nazlı bir yer axtarır, gizlənsin və bir daha heç vaxt çıxmasın. Bəlkə də onu hələ də azacıq da olsa sevən vardı. Hər halda o, fikirləşirdi ki yalnızdır… Seçim etməlidir ya anasını ya da dünya
sını… Arada bir öz dünyasına qaçmaq istəyirdi, amma bacarmırdı, çünki bu zəhrimar dərmanlar ona imkan vermirdi. Beatiful Mind
filmindəki kimi Con Neş demişkən Eynilə beyin dieti, bəzi dadlardan uzaq durmalı
. İndi o ən sevdiyi şeylərdən uzaq durmalı idi. Dünya
sındakı ən yaxın rəfiqəsi, həqiqətən ən yaxın, real həyat
dakı kimi ikiüzlü rəfiqələrdən deyil, hansıkı sirrini etibar edə biləcəyi və dəqiq bilirdi ki, Ülkər onun xoşbəxt olmağını istəyir, onun pis halında onunla kədərlənir, xoşbəxt olanda isə onunla birgə xoşbəxt olur. Və onun qəribə bir təsadüflə tanış olduğu Rauf.
Onlar təyyarədə tanış olmuşdular. Təyyarə hava boşluğuna düşmüşdü və Nazlı özündən xəbərsiz dilində pıçıltı ilə dua oxuyarkən yan oturacağın qoluna əlini qoyan Raufun əllərindən tutub dırnaqları ilə elə möhkəm sıxmışdı ki, dərisi deşilmişdi, barmaqları arasından qan axırdı. Təbii ki belə bir şey olmamışdı, həmin gün təyyarədə onun yanında heç kim oturmamışdı. Bu onun Beyninin məhsulu
idi. Amma o Raufu və Ülkəri çox sevirdi. Hətta Rauf ona evlənmə də təklif eləmişdi. Onlar evlənib bir ömür xoşbəxt olacaqdılar. O vaxtlar o necə də xoşbəxt idi. İndi isə yenə yalnız qalıb…
O yenə üzünü pianoya çevirib çalmağa başladı. Musiqi bitəndən sonra ayağa durdu. Qara çantasını çiyninə keçirib, səhnədən aşağı düşdü. Başını aşağı salmışdı. Düppədüz çıxışa doğru gedirdi. Birdən hiss elədi ki, kimsə oturacaqda oturub ona qulaq asırdı. Doğurdanda belə idi. Lap axırıncı sırada, qara kapşonlu bir adam oturmuşdu. Nazlı donub qaldı. O necə də Raufa oxşayır. Həmin oğlan ayağa qalxdı və Nazlıya tərəf gəldi. Bu doğurdan da Rauf idi. Axı bu necə olur? Bu dəfə xəyal deyildi, çünki Yasəmən xala da görürdü. O Raufa dedi
- Ay bala, bir çəkil, aman ver işimizi görək, axı mən elə indicə buranı silmişdim. Sən gör buranı nə günə qoymusan.
- Üzr istəyirəm, xala
- Yox, yox arxaya keçib eləmə oralarıda ayaqqabın ilə pis gününə qoyarsan. Çıx çölə.
Nazlının gözlərindən axan yaşa baxmayaraq dodağında da gülüş var idi. Rauf ona yaxınlaşdı. Nazlı qollarını açıb bərk-bərk Raufu qucaqladı. İlk dəfə idi ki, həm Rauf, həm göz yaşları, həm də sevinci bu qədər canlı idi. O bunu hiss eləyirdi. Rauf da onu qucaqladı. Və dedi
Daha ağlamayacaqsan. Daha tək qalmayacaqsan. Hər şey yaxşı olacaq…
Bu ola bilməzdi, daha dərman qəbul edir, saysız- hesabsız müalicələr alır və demək olar ki, 2 aydır nə Ülkəri nə də Raufu görürdü.Sadəcə maraqsız həyatına cəmiyyətin çirkin baxışlarından uzaqlarda,bir yerlərdə davam eləmək istəyirdi. Amma Nazlı çox şeyi bilmirdi. O bilmirdi ki Real Həyat
da təkliyində canlandırdığı Raul və Ülkər qədər onu sevən biriləri var. Onlar Elxan və Aytac idi. Bir neçə ay bundan əvvəl Aytac Nazlıgilin evində Nazlının gündəliyin tapmışdı. O xəyalında yaşadığı hər şeyi bura yazmışdı üstəlik Raufun şəklini də əlləri ilə çəkmişdi. Nazlının həm rəsm , həm də musiqi bacarığı mükəmməl idi. Elxan bu rəsmi götürüb Amerikaya getdi. Orda üz əməliyyatı elətdirdi. Tamamilə Raufa oxşayırdı. Nazlı buna çox inandı, sadəcə boğazı yırtılana kimi “mən dəli olmamışam, bəsdirin mənə dəli dediniz, dəli kimi baxdınız” deyə bağırmaq istəyirdi. Həyatında heç olmadığı qədər xoşbəxt idi. Bunu ona bir neçə müddət deyə bilməzdilər amma hər şey qaydasına düşəcəkdi. Hər şey…
Həyata davam etmək üçün çox səbəb var. Hər şeyin tamamilə bitdiyini düşündüya anda yanında olan çox deyil cəmi 2 dost. Elxan və Aytacdan başqa heç kim nə baş verdiyini bilmirdi. Əsas odu Nazlı çox xoşbəxt idi. Elxan və Aytacda ən azı onun qədər xoşbəxt idilər. Nazlı öz Dünyası
nda qurduğu həyatı Real həyat
da da qura bilərdi. Çox təəssüf ki,o,Elxanın sevgisindən, Aytacın səmimi dostluğundən xəbərsiz idi. Amma daha o tək deyil və Yuxular Aləmi
nə heç vaxt geri dönməyəcəkdi. Bunu ona bəxş edənlər onu heç vaxt tək qoymayacaqdılar. Sonuna qədər yanında olub, onunla birgə bu xəstəliklə mübarizə aparacaqdılar.
ALLAHQULUZADƏ NƏRGİZ
BDU/ SOSİAL ELMLƏR VƏ PSİXOLOGİYA FAKULTƏSİ,
PSİXOLOGİYA İXTİSASI/ III KURS/