Mr.Şizofren X.S.- ƏN YAXŞI MÜSAHİBƏ-MƏQALƏ

İlk dəfə,birinci dəfə olub olan

Səni görən günü vuruldum sənə,

Leyli və məcnun məhəbbəti əfsanəsinə döndü sevgimiz.

Gül kimi qoxuladım sənin ətrini

Bahar fəslini avaz etdi payız fəsili.

Cavan idik ürəkdə yaşamaq sevib sevilmək..İstəyini şair öz ürək sözünü qələmdən kağıza köçürdü.

Şairin fikri,xəyalı uzaqlarda idi.Yazmağa xeyli mövzu tapmışdı.Vərəqlər yazıldı,dolduruldu.Şair rahat nəfəs aldı,yüngülləşdi və gülümsədi.Özünü dünyanın xoşbəxti sandı.Pəncərə önündə möhkəm dayanmışdı şair.Yazıb yaratmaqdır(bir ağ kağız)bir qələm silahıdır şairin.

X.S. 25.11.2014

Yarı məndən,yarı səndən məqaləmin qəhrəmanı Mr.Şizofren X.S. haqqında

Mr.Şizofren X.S. Bakı şəhərində anadan olub,həyatına burada davam etmişdir.İlk gənclik dövrünü onun deyimiylə normal keçirib.39 yaşlı qəhramanım artıq 19 ildirki şizofreniyadan əziyyət çəkir.Mənə görə əziyyət çəkir,ona görə isə o tamamilə sağlamdır.2 ildirki ruhi xəstəxanaların birində yatır.O çəkdiyi rəsimlər və yazdığı şeirlərlə diqqətimi cəlb etdi.Onun həyat hekayəsini dinləmək istədim.Xəstə kimi yox,bir sirdaşı kimi dinlədim onu,ürəyini bu yolla açdı mənə və baxın qəhrəmanım nələrdən bəhs etdi.

  • Mən evə getmək istəyirəm Doktor (məni ağ xalatla gördüyündən doktor deyə müraciət edirdi).
  • Evdə sizi kim gözləyir?
  • Evdə məni gözləyən oğlum var,həyat yoldaşım var.
  • Eviniz harada yerləşir? Həyat yoldaşınız və oğlunuz hardadır?
  • Evim burdadı Bakıda atam anam yaşayır indi orada.Həyat yoldaşım və oğlum Ukraynadadırlar.
  • Ata və ananız sizi ziyarətə gəlirmi?
  • Bəli gəlirlər. Mən atama dedimki apar məni burdan, həkimdə dediki gedə bilər evə, amma atam dediki əgər evə gəlsən səni övladlıqdan çıxarıb ataram.
  • Bəs yoldaşınız və oğlunuz,onları axrıncı dəfə nə vaxt görmüsünüz?
  • Onlar Ukraynadadılar. Biz yoldaşımla ayrıldıq, heç bilmirəm niyə amma ayırdıq evlərimizi mən gəldim Azərbaycana onlar qaldı orda. Oğlum sizinlə yaşıd olar. Eh bilirsiz doktor başıma nə gəldisə elə yoldaşımı görüb sevdiyim gündən gəldi. Mən ona aşıq oldum, ailəmsə mənə dediki sən aşiq yox dəli olmusan. Onlara izah etməyə çalışdım, oğlum var axı mənim dedim.Həyat yoldaşımı və oğlumu gətirdim atam və anamla tanış etməyə. Atamsa sən xəstəsən mən səni heçvaxt evləndirməyəcəm, xəstə adam xəstə uşaq dünyaya gətirər dedi.

Yoldaşım qaldı orda mənsə burda.Elə darıxıramki onlar üçün.Amma bilirsiz onlar bilir mən darıxıram ona görədə tez-tez televizora çıxırlar.Oğlum ağlıyır,məni istəyir.Məndə ona deyirəmki”gələcəyəm oğlum səbr elə”.O reklam vare doktor baxmısız yeqinki uşaq yatağında ağlıyır ata anası qaçaraq gəlirlər yanına bax o kişi mənəm,cavanlığımdı,o gözəl qadınsa yoldaşımdı.

  • Yoldaşınız və oğlunuz bilirki indi siz xəstəxanada yatırsız?
  • Yox doktor bilmirlər.İcazədə vermərəmki bilsinlər.Hansi kişi istəyərki oğlu və arvadı onu xəsxətanada yatan ruhu xəstə kimi görsün.Mən xəstə deyiləm axı.Sadəcə məni evə aparmırlar deyə burda yatıram.Onlar məni necə sağlam görmüşdülərsə son görüşümüzdə yenə elə görsünlər istəyirəm.

Qəhrəmanım gerçək həyatı ilə tanış oldum görüşdən sonra.Aldığım məlumatlar məni yanıltmadı. Mr.Şizofrenin nə sevdiyi o gözəl qadın gerçək idi nədə oğlu.Düzdür qalan məlumatlar həqiqətlə örtüşürdü,yəni:

Qəhrəmanım “aşiq” olduğu gün ailəsinin deyimiylə “dəli” olmuşdu.Bu dəliliyin adı şizofreniya idi.Yoldaşı və oğlunu ailəsi ilə tanışdırmağa gətirdiyi gün xəstəxanaya gətirilmişdi.Ailəsi realda heçkəsin olmadığını gördüyü anda dərhan xəstəxanaya müraciət etmişdilər.O xəyali yoldaşı və oğlundan beləcə ayrılmışdı.Həyatında heç vaxt Ukraynada olmayıb,Ukrayna gözəlləri ilə isə televizor vasiəsi ilə” tanış olub”.

O,”mənim məhəbbətim kordu”deyirdi.Bəli onun məhəbbəti kordu,qaranlıq bir quyu,tək işiğı vardı oda sevdiyi qadın və oğlu,onlardanda uzaq düşmüşdü xəstəxanaya gəldiyi gündən bəri.

Bəs niyə son görüş xəstəxanaya gələndə oldu?

Çünkü o gündən etibarən dərman müalicəsi başladı artıq nə səslərini eşidir nədə onları görürdü yanında,sadəcə televiziyaya baxan zaman xəyallar onu bihuş edirdi.

Əksər hallarda şizofrenlərin dini inancları qabarıq olur mr.Şizofrendə də belədir.Çəkdiyi rəsimlərdə xristian və islam dinindən elementlər var.Mənə hədiyyə etdiyi şəkildədə bunu görəcəksiz. Lakin onun əsas dərdi”məhəbbət dəlisi”olması idiki buda şəkillərində özünü göstərir.

Məqaləmin sonunu elə əvvəlində olduğu kimi qəhrəmanıma həvalə edirəm.

Gül sən necə lətafətli sudan qidalanmısan?

Gül olub bülbülü pərvazlandırıb qanadlandırmısan.

Səni mən sevirəm çünki belədir işi dünyanın əzəldən

Qəribə dövrandır fırlanır-fırlanır dünya əzəldən

Yaradıb yaradan dünyanı belə əzəldən.

Başladım bir-iki cümlə sətirlə şeirə qəzələ mən

Çünki görən gündən aşiq olub vuruldum sənə mən.

Sən gül olub bülbül təki cəzb eyləyib bihuş elədin sən məni

Dərviş olub dəmir ayaqqabımla gəzib dolandım.

Dünyanı son nəfəsim almaq idisə sən qoymadın,

Sevdim seviləndə dünyanı səninlə yenidən.

20.10.2014

Sonda bir şey daha deməy istəyirəm.Qoy bu məndən kiçik bir sırğa olsun.

Pəncərə insanı dünyaya bağlayan bir elementdir.

Qoca dünyada axırda tülkülər həccə gedir.

Yaxşı yaxşıdır,pis pisdir dünyada.

  • Bu qədər doktor,çox sağ olunki ürəyimi açmağa imkan yaratdız.
  • Buyurun.Mən təşəkkür edirəm.

PS: Şəkil müsahibimin öz əl işidir

Tünzalə Talıblı

Xəzər universiteti 4-cü kurs, Humanitar və Sosial elmlər, ixtisas Psixologiya

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər