Biz gündəlik həyatda müxtəlif tip insanlarla rastlaşırıq və ona müvafiq hərəkətlər etmək məcburiyyətində qalırıq.İş o zaman uğurlu və məhsuldar olur ki,eyni xasiyyətli insanlar bir- biriləri ilə çalışsınlar.Lakin bəzən məcburiyyətdən və ya təsadüfən edilən hərəkətə görə biz insanlara xarakteristika veririk.Bu heçdə insanın xasiyyəti demək deyildir.
Xasiyyət-insanların fərdi xüsusiyyətlərini öyrənmək,onları bir birindən fərqləndirmək,ümumi formada qiymətləndirmək üçün istifadə etdiyimiz ən önəmli göstəricilərdən biridir.Xasiyyət əsasən insanların fəaliyyət və rəftarında ifadə olunur.
Xasiyyət müəyyən yaşda formalaşaraq insanın daimi xüsusiyyətinə çevrilir.Xasiyyət temprament, qabiliyyət, emosionallıq və digər əlamətlərlə sıx bağlıdır.Temprament tipinə görə insanlar 4qrupa bölünürlər: xoleriklər, sanqviniklər, fleqmatiklər, melonxoliklər.(Hipokratın bölgüsü)
Xoleriklər-enerjisi və ehtirası yüksək olanlar
Sanqviniklər-çevik və nikbinlər
Fleqmatiklər-ləng və sakit təbiətlilər
Melonxoliklər-fağır qapalı pessimistlər
Xasiyyətin anadangəlmə və ya qazanılma olduğuna dair müxtəlif fikirlər vardır.Sovet dövrü ədəbiyyatlarında qeyd olunur ki,bu daha cox xarici təsirlərlə bağlıdır.Xarici təsirlər deyəndə- tərbiyə,ictimai quruluş və s aiddir.Lakin genetik faktorlarla əlaqəli olan cəhətləri istisna etmək olmaz yəni atadan ,anadan keçən qan yaddaşı ilə insana verilən fərdi xüsusiyyətləri əhəmiyyətsiz hesab etmək olmaz.
1808ci ildə xasiyyət pozuntularını F. PİNEL təsvir etmiş və onları xəstəlik hesab etməmişdir.
Şəxsiyyət tarixi inkşaf prosesində formalaşan və ictimai -sosial münasibətlərin daşiyicisi olan konkret şəxsdir.
Ictimai-sosial münasibətlərin pozulmasi və ya cəmiyyətə uyğun olmamasi şəxsiyyət pozuntusuna səbəb olur.Bunu ilk dəfə S.Priçard klinik tədqiqatini vermişdir. 1891 ci ildə Kox şəxsiyyət pozuntularını bir araya toplayaraq psixopatiyalar adlandırmışdır.Şəxsiyyət pozuntularını araşdıran rus alimi Balinski apardığı məhkəmə tibbi ekspertizalarını təhlil edərkən psixatriya terminin işlətmişdir.
20-ci əsrdə Kepler-Kreçmerin təsnifatı şəxsiyyət pozuntularının müxtəlif tiplərinin fenomoloji xüsusiyyətlərinə əsaslanırdı;
Oyanıqlar-xarici qıcıqlara qarşı güclü emosional reaksiyaları ilə diqqəti cəlb edənlər.
Davamsızlar-xarici təsirlərə ilk növbədə təlqinə həssas olanlar
Gopçular-ağlasığmaz yalanları hər şeyi şişirtməklə yaymağı sevənlər
Deyingənlər-eqoist heç kəslə yola getməyən qeybətcil
Meyl pozuntusu olanlar-ilk növbədə seksual pozuntusu olmaları ilə narkomaniyaya marağı olmalari ilə fərqlənirlər
Antisosial pozuntuya meyilli olanlar ictimai qaydalara riayət etməyənlər və s
Qannuşkin ilk dəfə şəxsiyyət pozuntularının ümumi sistematikasını yaratdı.O tsikloidlər,şizoidlər,isteriklər,antisosial psixopatlar,sarsaqlar,paranoidlər kimi şəxsiyyət pozuntuları qruplarını təklif etmişdir.
Şəxsiyyət pozuntusu həm şəxsin özünün həm də onun ətrafını əhatə edən insanların iztirablarına səbəb olan xasiyyətin disharmoniyasıdır.
Qannuşkin şəxsiyyət pozuntusu dioqnozunu 3 əlamətə əsasən qoymağı təklif etmişdir.
Xarakteroloji total pozuntu
Həyat boyu onların az dəyişkən və davamlılıgı
Ictimai uyğunlaşmanın dəyişməsi
PARANOID-qapalı qeyri-səmimi ,həmişə özündən razı şəxs kimi tanınan bu tip insanlar yüksək qiymətli idealarla yaşayan öz bilik və bacarıqlarını həmişə nümayiş etdirməyə səy etdirirlər,tənqidi mülahizələri rədd edirlər,başqalarını fikrini inkar edirlər,tənha yaşamağa meyl göstərirlər,bəzən olduqca qəddar,ədalətsiz hərəkət etməyə meyillidirlər bu şəxsləri sutyaqakverulyant adlandirirlar.
ŞİZOİD-başlıca əlaməti austik təfəkkürə malik olmaları başqalarından asanlıqla fərqlənirlər.Nitq kasad və bir neçə sözdən ibarət olur,eyni tip hərəkətlərdən ibarət jestləri vardır.Uyuşmurlar, təkliyi sevirlər,qeyri adi məşğuliyyətə maraq göstərirlər.Senzetivlər və ekspansivlərə bölünürlər.
DİSSOSİALCƏMİYYƏTƏ ZİDD GEDƏN ANTİSOSİAL TİP ŞƏXSİYYƏT POZUNTUSU- başqalarına qarşı istək və məhəbbət yaratmaq qabiliyyətinin olmaması, qəflətli hərəkətlərə meyilli olmaq, öznü günahlandıra bilməmə, etdiyi neqativ hərəkətləri başa düşməmə ,ailə üzvlərinə iş yoldaşlarına əzab vermək,onları alçaltmaq və s.Öz intim tələblərinə malik olmaq üçün hər cür hərəkətklərə kobudluğa təhqirə və fiziki güc tətbiq edirlər.
EMOSİONAL DAVAMSIZ VƏ YA AFFEKTİV TİP ŞƏXSİYYƏT POZUNTULARI –müxtəlif ədəbiyyatlarda əhval ruhiyyə və ya şəxsiyyət pozuntusu kimi deyil ayrıca xəstəlik kimi təqdim edirlər.Bu tip insanlari heç nə ruhlandırmır,sevinc hissi onlara yaddır, ləng hərəkətli insanlardır,öz vəzifə borcların vicdanla yerinə yetirirlər və buna görə hamının hörmət bəslədiyi insanlardır.Bu tip insanlarda hipertenik və distenik proseslər baş verir.
İSTERİK TİP ŞƏXSİYYƏT POZUNTUSU-Hamının diqqətini çəkməyə çalışan aparıcı rolda olmağa can atan, daha çox həyəcanlı olan emosional zəngin görünməyə can atsalar da başqalarının iztirabına biganə qalmağı bacaran şəxslərdir.Gərginlik yaranarsa dərhal pis vəziyyətə düşür müxtəlif emosional hallar keçirir cəngolmalar nümayiş etdirirlər,özlərinə xəsarət yetirə bilərlər.Kreçmer onları yalançılar və gopçular adlandırmısdır
ANAKASTİK VƏ YA OBSESTİV KOMPULSİV TİP-kövrək inamsız ,aciz ,xüsusi diqqət edilməsini tələb edirlər,şübhəli qətiyyətsiz,yaxşı sənətkar olduqları halda bu fəaliyyətlərin göstərməkdə acizlik çəkirlər,öz hərəkətlərini dönə dönə təkrar etməyə təhlil etməyə sövq edirlər.”YOX”cavabın almaqdan qorxurlar,heç kimə müraciət etmirlər.
TƏŞVİŞLİ TİP ŞƏXSİYYƏT POZUNTUSU-Həyəcanlı, təşvişli ,qayğılı olurlar.Özlərinə inamsız daim təhlükə gözləyən olurlar.Həmişə kimdənsə yardım gözləyirlər və bunun üçün özlərini zavallı göstərirlər.Onların dostları tanışları çox olmur ,təzə işə başlamaq onlar üçün çox çətindi.
ASILI TİP ŞƏXSİYYƏT POZUNTUSU-Bu pozuntulu insanlar iradəsiz,başqalarından hər an kömək almağa çalışan adam kimi görünürlər.Məsuliyyətli işə girişmək onlar üçün çox çətindir və bu onları qorxuya salır.
Arzu Məmmədova
Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs tələbəsi