Yuxuda danışarkən ehtiyatlı olun

Psixoloqların sözlərinə görə, şüuraltında bizi narahat edən, düşündürən məsələlər yuxularımızda öz əksini tapır. Bəzi hallarda isə bizdən asılı olmayaraq yuxuda danışmağa başlayırıq.

Çox vaxt gördüyümüz yuxulara və ya kiminsə yuxuda sayıqlamalarına ciddi yanaşmırıq, amma mütəxəssislərin sözlərinə görə, qadınlar bu yolla qarşılarındakı kişinin bir neçə sirrini üzə çıxara, onu daha yaxından tanıya bilərlər.

Belə ki, psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin yuxuda danışdığı sözlərin mütləq hər hansısa bir məntiqi izahı olur. Çünki kişilər yuxuda daha çox nə vaxtsa başlarına gələn və ya düşündükləri hadisələr haqqında danışırlar.

Bundan xəbərdar olan qadınlar isə artıq kişilərin yuxuda danışdıqlarını izah edərkən işlətdikləri “iş yoldaşımın adıdır”, “baxdığım kinonun təsirindəndir” və s. kimi yalanlarına inanmırlar. Bu isə öz növbəsində ailədə münaqişələrin yaranmasına gətirib çıxarır. Onu da qeyd edək ki, gənc kişilərin 50, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə (lunatizmə) rast gəlinir.

Əziz kişilər, indi sizə bu bəladan xilas olmağınız üçün bir neçə məsləhət vermək istəyirik.

Siqareti tərgidin

Yuxudakı sayıqlamalarınızdan, ümumiyyətlə narahat yuxu rejimindən qurtulmaq istəyirsinizsə, yaxşı olar ki, siqareti tərgidəsiniz. Əgər bu sizə çətindirsə, ən azından saat 8-dən sonra siqaretdən və spirtli içkilərdən uzaq durmağa çalışın.

Efir yağı və sərin otaq

Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünüzü yuyun. Eyvana çıxıb 15 dəqiqə təmiz hava alın. Eyni zamanda otağın temperaturunun da sərin olması üçün pəncərələri açın, çünki isti otaq sizin narahat yatmağınıza, bu isə yuxuda danışmağınıza səbəb olur.

Bütün problemlərinizi ağ vərəqə yazın

Əgər bir probleminiz varsa və bunu hec kimlə bölüşə bilmirsinizsə, o zaman ağ kağız götürün, bütün problemlərinizi, heç kimə danışmaq istəmədiyiniz məsələləri ora yazın. Əgər heç kimlə bölüşmək istəmədiyiniz bu problemlərinizi yuxuda otaq yoldaşlarınızla bölüşmək istəmirsinizsə, yazı terapiya sizə çox kömək olacaq.

big.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər