Göz sağlamlığı

Göz ən mühüm funksiyanı yerinə yetirən orqanlardan biridir. Bəs gözlərimizin sağlamlığını qorumaq üçün nə etməliyik? Göz xəstəlikləri üzrə mütəxəssis həkim Sezer Özkan gözlə bağlı 10 məsləhət açıqlayb:

Körpənizin gözüylə bağlı heç bir şikayəti olmasa da, onu 1 yaşında göz müayinəsinə aparın. Bu müayinə körpənizi göz tənbəlliyindəndən qoruya bilər.

Çox uzun vaxt ərzində kompüter önündə əyləşmək, oyunlar oynamaq gözdə quruluq və allergiyaya səbəb ola bilər. Bu, eyni zamanda sizdə uzaq görməylə bağlı problem yarada bilər.

Gözdə qaşınma, sulanma, ağrı, kitab oxuyarkən gözün çətinlik çəkməsi, hərfləri bir-birinə qarışdırmaq, gözü qıyıb oxumaq, başı əyri tutaraq oxumaq, göz və baş ağrısı olması göz xəstəliklərinin əlamətləridir. İşlədiyiniz zaman yüngül tonlu sarı işıqlardan istifadə edin. Şəkər xəstəsinizsə və idmanla məşgul olursunuzsa, göz dibi müayinəsinə laqeyd yanaşmayın.

Qadınlar makiyaj ləvazimatlarını başqalarının istifadə etməsinə razı olmasınlar. Başqalarının göz qələmini istifadə etmək sizə adi gələ bilər, amma bu, gözlə bağlı ciddi problemlərə gətirib çıxarır.

Xüsusən rəngli gözlü insanlar günəş işığına daha həssas olurlar. Buna görə rəngli gözlü insanlarda göz qızarmalarına daha çox təsadüf edilir. Rəngli gözlü insanların günəş eynəyindən istifadəsi daha önəmlidir. Günəş işıqlarının çox təsiri linzalarımızda tündləşmə, göz kataraktası və göz bəbəklərində həssaslığın artmasına səbəb olur.

Kompüterlə çalışan insanlarda gözdə allergiya, quruluq halları rastlanır. Fasilələrlə işləyib dincəlmək, göz qırpmaq önəmlidir.

Gözünüzə yad cisim girərsə və ya gözünüz hansısa zərbə alıbsa, qəti ovxalamayın. Su ilə yuyub həkimə müraciət edin.

Başqa birinin göz yaşını silməyin. Əgər həmin insanda göz sulanması, qızarma, göz qapaqlarının şişməsi varsa, bu, yoluxucu ola bilər. Əllərinizlə toxunmusunuzsa, sabunla əllərinizi təmiz yuyun.

ailem.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər