Beyninizin gənc qalmasını istəyirsiniz?

Danılmaz faktdır ki, bu gün gənclərin əksəriyyəti ümumiyyətlə kitab oxumağı sevmir. Ona verilən pulu itirmiş hesab edir və istər elektron, istərsə də adi kitablardan uzaq durur. Fikirlərini daha çox məşğul edən kompüter, telefon, film, gəzinti və digər əylənclərə vaxt ayırmaq daha xoş olduğundan saatlarla bir kitabı bitirməyə çalışmaq elə də maraq çəkmir.

İnsanların bir qismi düşünür ki, kitab oxumaq vaxt itkisidir. Əksəriyyət isə kitabın verdiyi faydaların saysız olduğu iddiasındadır və kitab oxumayanı boş insan hesab edir. İki fikir arasında qalanlar isə boşluğu müxtəlif filmlərlə doldurmağa çalışırlar.

Bəs həqiqətən də filmlər kitabları əvəz edə bilərmi? Bəli. Filmlər kitabları əvəz edə bilir. Amma sadəcə, hər hansı bir məlumat, proses, hadisədən xəbərdar olmaq və ümumilikdə hansısa yazarın hansı fikirlər irəli sürdüyünü öyrənmək baxımından. İnsanın şəxsi bazası isə film seyr edərək alınan məlumatları faydalı olaraq qəbul etmir.

Çünki filmlər insanları düşündürmür, səbəb-nəticə axtarışına vadar etmir, film izləyərkən analiz qabiliyyəti işə düşmür və əslində 3 günlük mütaliə ilə yekunlaşmalı olan bir hadisə film sayəsində 3 saata tamamlanır. Bu isə o deməkdir ki, insan sadəcə 3 saatını itirir, əvəzində isə qısamüddətli hiss və fikirlərə sahib olur.

Ötən il Yıldız Teknik Universitetinin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, 90 dəqiqəlik hər hansı bir janrda olan film izləmək insan ömründən 33 dəqiqə alır. Eyni zamanda 1 film izləmək insan beyni və yaddaşını 1 həftə geriyə saxlayır ki, bu da mütəmadi film izləyənlər üçün yaddaşda problem yaranması üçün kifayət hesab oluna bilər.

Əksinə, daim mütaliə edənlər kitabları yarı-yarı oxuduqları üçün qaldıqları hissəni xatırlamaq, eyni zamanda oxuduqlarını düşünmək və analiz etmək qabiliyyətinə malik olurlar ki, bu da beynin gənc qalmasına kömək edir. Xüsusən unutqanlığı əngəlləmək üçün mümkün qədər az film izləməkdə fayda var.

Psixoloq Qurban Talıblının fikrincə, kitab oxumağın yerini hər hansı bir filmin alması qeyri-mümkündür. İnsan filmdən zövq ala bilər, hadisələrin gedişatında özünü hadisənin qəhrəmanı kimi isə görməz. Əsas məsələ anı yaşamaq və problemlərdən çıxış yolunu tapa bilməkdir:

“Film imkan vermir ki, insan beynini işə salsın, analiz qabiliyyətindən istifadə etsin. Film çeynənilmiş qidanı udmağa bənzəyir, kitab isə əskinədir. Heç bir film, tamaşa, səyahət 1 kitabın verdiyi müsbət auranı, düşünmə qabiliyyətini, əhvalı, biliyi vermə imkanına malik deyil. Kitab oxumaq başqa üsullarla müqayisədə insana sakitləşməyə və yüngülləşməyə tez bir zamanda kömək olur.

Qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Bundan başqa, kitab oxumağın insan üçün digər əvəzedilməz faydaları da var. Kitablar xüsusilə uşaqların zehni, hissi, sosial və dil inkişafında önəmli tədris vasitəsidir. O uşağın yaradıcı təxəyyül gücünü genişləndirir, inkişaf etməkdə olan daxili və xarici dünyasına öz müsbət təsirini göstərir. Bu nöqteyi-nəzərdən heç bir film 1 kitabı əvəz edə bilməz”.

ekspress.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər