Makiyajın əvəzolunmaz vasitələrindən olan göz qələmi ilə edə biləcəklərinizdir.
1. Makiyajınızın daha diqqət çəkən olması üçün ten ilə eyni rəngdə olan göz qələmini “liner” olaraq işlədə bilərsiniz.
2. Qaşlarınızın daha qalın görünməsini istəyirsinizsə, göz qələmini qaş qələmi olaraq işlədə bilərsiniz.
3. Tünd rəng teniniz bitdiyi zaman qara, tünd boz və qəhvə rəngli qələmlərlə göz qapağınızı boyayıb pambıqla yaya bilərsiniz.
4. Pişik gözlərinə sahib olmaq üçün çəkdiyiniz qələmi gözün bitdiyi yerdən gicgahlarınıza qədər uzatmağınız kifayətdir!
5. 60-cı illərin modasına uyğunlaşmaq istəyirsinizsə, yanağınıza qələmlə xal qoya bilərsiniz.
6. Yaponlar kimi qıyıq gözlərə sahib olmaq istəyirsinizsə, göz qələminizi üst və alt kirpiklərin ortasından başlayaraq sonadək çəkin!
7. Əgər dəriniz ağ rəngdədirsə, qəhvə rəngli göz qələmi çəkərək üz xətlərinizi dəyişə bilərsiniz.
8. Gözləriniz böyükdürsə, iç xəttlərinə qələm çəkərək kiçik göstərə bilərsiniz.
9. Gözlərinizi daha da böyütmək istəyirsinizsə alt və üst çevrəsinə qələm çəkməyiniz kifayətdir.
10. Gözləriniz aşağıya doğru enirsə, kirpiyinizin diblərinə qədər qələm çəkərək xoş bir görüntü yarada bilərsiniz.
showlife.az