Araşdırmalar zamanı “Facebook” vasitəsilə başqalarının həyatını izləyərək bunu öz həyatları ilə müqayisə edən insanların depresiyya yaşadıqları müəyyənləşib.

Mütəxəssislərin fikrincə, sosial paylaşım saytları insanlarda psixoloji travmalara səbəb olur.

“Facebook” insanların “saxta həyatı” adlandırılır. İnsanlar burda həyatlarının ən gözəl, ən xoş anlarını paylaşırlar. Bu paylaşımlar da digər insanların aldanmasına səbəb olur. Çünki paylaşım edən insanın gerçək həyatını və acı anlarını “Facebook”da görə bilmərik.

Başqalarının virtual həyatını qısqanmaq sosial şəbəkələrin səbəb olduğu problemlər sırasına girib.

Yeniyetməlik və ondan sonrakı dövrlərdə bu paylaşım saytlarından uzun müddət istifadə edilməsi depressiya, qayğı, psixi patalogiyalara səbəb olur.

Bu saytlarda vaxt keçirmək öz növbəsində diqqət çatışmazlığı və sözsüz münasibətə gətirib çıxarır.

ailem.az

Leave a comment

Your email address will not be published.