Arzularınız yerinə yetsin deyə

Yəqin ki, hamımız düşüncələrin material olduğunu eşitmişik. Bu həqiqətən də belədir. Amma bu sehrlə baş vermir, bu tamamilə psixoloji bir şeydir. Arzuların yerinə yetməsi üçün onları düzgün formalaşdırmaq lazımdır.

Formalaşdırmaq.

İstədiyinizi nə qədər dəqiq istəsəz,o qədər yaxşıdır. İnkar ifadələrini əsla işlətməyin. “Xəsətlənmək istəmirəm” yox, “sağlam olmaq istəyirəm” deyəcəksiniz, “kök olmaq istəmirəm” yox, “arıq olmaq istəyirəm” deyəcəksiniz və s.

Detallaşdırmaq.

Məsələn, arıqlamaq istəyirsiniz. İndisiz bunun necə baş verəcəyini detallarla düşünməlisiniz. Kağızda necə qəşəng olduğunuz, dənizdə istədiyiniz kimi çimərlik geyimi geyinməyiniz haqqında,dükanlarda kiçikölçülü paltarların sizə necə yaraşdığı haqqında utanmadan kiçik bir esse yazın (söhbət təkcə arıqlamaqdan getmir,mən misal yazdım sadəcə).

Hazırda.

Bu haqda mütəxəssislərdə fikir ayrılıqları olsa da,onların çoxu arzularınızı gələcəyə yox,hazırki vaxta formalaşdırmağı məsləhət görürlər. Yəni özünüzü elə aparın ki,artıq siz bunu əldə etmisiniz, nail olmusunuz. Məsələn, “mən iş tapmaq istəyirəm” yox, “mən iş tapacam” və s. və arzularınız yerinə yetməyə başlayacaq.

Sərhədlərin genişlənməsi.

Arzunuzu məsələn, “mən maşın almaq yolundayam” deyə formalaşdırmayın. Bəlkə siz onu hansısa lotareyada udacaqsınız və ya onu sizə hədiyyə edəcəklər? Ona görə də arzularınızı məsələn, “mən maşını istəyirəm və onu əldə edəcəm” deyə formalaşdırın.

Vizuallıq.

Təsəvvür edin ki, arzunuz həyata keçib. Məsələn, təzə ev istəyirsiniz. Orda necə yaşadığınızı,səhər oyandığınızı, yemək bişirdiyinizi, qonaq qarşıladığınızı təsəvvür edin. Evin bütün interyerini və yanınızda kimin olduğunu təsəvvür edin. Bunu hər gün təsəvvür edin.

Gözlənti.

Yadda saxlayın ki, arzular sehrlə yerinə yetmir, ona görə də buna vaxt tələb olunur. Ona görə də arzularınızın sabah və ya bu həftə mütləq yerinə yetəcəyini düşünməyin. Əlbəttə ki, ola bilər elə günü bu gün yerinə yetsin,amma səbr etmək və arzuları mükəmməlləşdirmək -formalaşdırmaq, detallaşdırmaq və təsəvvür etmək lazımdır.

Yerinə yetmə.

Bu məqamda şansı əldən buraxmamaq lazımdır. Çox ola bilər ki, sizə ideal iş təklif olunsun və ya həyatınızın insanı qabağınıza çıxsın və siz qorxub geri çəkiləsiniz. Heç vaxt qorxub geri çəkilməyin, şansınızı sınayın.

carci.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər