Xarakter analizi

Bu, psixoloqların istifadə etdiyi xarakter analizidir. Əhval-ruhiyyənizə aid şəkli seçin və nə mənası olduğunu oxuyun. Şəkildə 1-dən 9-a qədər olan şəkillər psixoloqlar tərəfindən kəşf edilib, dəfələrlə test edilib, formaları və rəngləri dəyişdirilərək bugünkü hala gəlib.

Özünə qapalı və həssas: Özünüzlə və ətrafınızla bağlı düşüncələrə ətrafınızdakı insanlardan daha çox bağlısınız. Boş söhbətlər etməkdənsə, tək qalmağa üstünlük verirsiniz. Amma yaxın dostlarınızla münasibətləriniz o qədər güclüdür ki, bu da sizə lazım olan gücü verir. Yenə də tək qalmaqdan heç vaxt bezmirsiniz.
Azadlığa canatan və ənənələrə qarşı çıxan-Özünüzü inkişaf etdirməyi təmin edəcək azad və heç kimə bağlı olmayan həyat axtarırsnız. Xobbilərinizdə ya da işinizdə sizi müvəffəqiyyətə aparan bacarığa sahibsiniz. Müstəqilliyinizə olan düşkünlüyünüz bəzən sizin gözlənilənin əksini etməyinizə səbəb olur. Öz fikirlərinizə daha çox üstünlük verirsiniz, nəinki başqalarının.
Dinamik və aktiv-Maraqlı və müxtəlif işlərə başlamaq üçün riskə gedə bilirsiniz. Təkrarlanan həyat sizi təsirsiz hala salır. Ən çox sevdiyiniz şey bütün hadisələrdə baş rolda olmaqdır. Əslində hadisələri başladan adam da elə siz özünüzsünüz.

Öz ayaqlarının üstündə dura bilən-İnsanlar sizə hörmət edir, çünki hər kəs sizdən dəstək alır. Siz də insanlara güvən verirsiniz. Çox istiqanlı birisiniz. Şablon və şişirdilmiş hər şeydən uzaq gəzirsiniz. Modaya da bağlı deyilsiniz. Əksinə, sizin üçün geyim sadə və rahat olmalıdır.

Professional və özünü tanıyan: Həyatdan nəsə gözləməkdənsə yaradıcı olmağı seçirsiniz. Problemlərinizi qarışıq olmayan üsullarla həll edirsiniz. Gündəlik həyatınızda həqiqi olmağı seçirsiniz. İşinizdə hər kəs sizi məsuliyyətli biri kimi tanıyır. Sizin özünüzə olan güvəniniz sayəsində ətrafınızdakılar da sizdən güc alır. İstədiyinizi edənə qədər dinclik tapmırsınız.

Sülhsevər və tədbirli: Sizinlə münasibət qurmaq çox asandır. Öz şəxsi həyatınıza və azadlığınıza düşkün olduğunuz üçün dostlarınızı çox da bezdirmisiniz. Bəzən düşünmək və ya öz-özünüzə əylənmək üçün hər şeydən uzaqlaşıb tək qalmaq istəyirsiniz. Buna görə də qaça biləcəyiniz gözəl məkanların harada olduğunu bilirsiniz. Amma siz təklik düşkünü bir insan da deyilsiniz. Sadəcə həyatın sizə verdiklərini təqdir edən, dünyayla barışıq bir insansınız.

Diqqətsiz və şən: Azad həyatı sevirsiniz. “Dünyaya bir dəfə gəlirik” qanunundan yola çıxaraq istədiyiniz kimi yaşayırsınız. Çox maraqlı və hər yeni şeyi yoxlamaq istəyən insansınız. Sürpriz hazırlamaq və sürprizlərlə qarşılaşmağı çox sevirsiniz.

Romantik və xəyalpərəst: Çox romantik insansınız. Hadisələrin reallığını görmək istəmirsiniz. Sizin üçün duyğularınız daha əhəmiyyətlidir. Həmçinin həyatda xəyalları müdafiə edirsiniz.

Analitik və etibarlı: Sizin həyatınızda mədəniyyətin böyük yeri var. Yenə də siz zərif duyğularınızı kənar təsirlərdən qoruyursunuz. Sizin üçün zərif və mədəni bir həyata sahib olmaq çox daha əhəmiyyətlidir.
xanim.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər