Qaraciyəri sadə yolla təmizləməyin üsulları

Qaraciyər insan orqanizmi üçün həyati vacib orqanlardan biridir. Tək bir faktı qeyd etmək yetərlidir ki, qaraciyər orqanizmdə 500-dən artıq funksiyanı yerinə yetirir. Onlardan ən əsaslarından biri isə qaraciyərin orqanizmə daxil olan qida, su və havanın tərkibində olan zərərli maddələrdən təmizləməsi, süzgəcdən keçirməsidir.

Aydın məsələdir ki, qəbul etdiyimiz qidalarda, suda və havada kifayət qədər zərərli maddələr var. Məhz qaraciyər bu maddələri zərərsizləşdirmək üçün çalışır və qanın təmizlənməsini təmin edir. Təbii ki, təmiz qan orqnizmin sağlam olması üçün əsas amillərdən biridir. Elə bu səbəbdən də qaraciyərin qayğısına qalmaq, onun fəaliyyətini yaxşılaşdırmaq üçün bu orqanın vaxtaşırı təmizlənməsinə xüsusi diqqət yetirmək lazımdır.

Qaraciyərin təmizlənməsindən sonra orqanizmdə nələr baş verir, insan hansı dəyişiklikləri hiss edir?

  1. İlk növbədə insan səhhətində nəzərəçarpacaq dərəcədə müsbət irəliləyişlərin şahidi olur.
  2. Baş ağrıları aradan qalxır, nəfəsalma asanlaşır, tez-tez baş verən soyuqdəymə halları bir daha təkrarlanmır.
  3. Dəri sağlam görünüşə malik olur, hamarlanır, sızanaqlar və cizvələr yox olur.
  4. Göz ətrafında olan qara ləkələr, gözün içindəki sarımtıl rəng çəkilir.
  5. Qaraciyərin təmizlənməsi orqanizmin ümumi qocalma prosesini ləngidir.
  6. Bu təmizlənmə ümumilikdə həm xarici görünüşə, həm də daxili orqanlara müsbət təsir göstərir.

Bəs qaraciyərin təmizlənməsini necə həyata keçirməli?

1-ci üsul:

200 qram yerkökü, 60 qram cəfəri, 150 qram kərəvizin şirəsi çəkilir və qarışdırılır. 1 ay ərzində səhərlər acqarnına qəbul edilir.

2-ci üsul:

Yarım stəkan pomidor şirəsi ilə yarım stəkan kələm şirəsi qarışdırılır, 2 həftə ərzində gündə 3 dəfə yeməkdən sonra qəbul edilir.

3-cü üsul:

100 qram bal, 500 qram qıtıqotu (xren) və 1 litr su qarışdırılır, bir sutka ərzində qaranlıq və soyuq yerdə saxlanılır. Gündə 3 dəfə yeməkdən qabaq 1 xörək qaşığı qəbul edilir.

4-cü üsul:

Qaraciyərin təmizlənməsi üçün 2 həftə ərzində səhərlər acqarnına bir çay qaşığı zeytun yağını ağız boşluğunda çalxalamaq, yağ durulaşandan, süd rənginə çevriləndən sonra ağızdan xaric etmək lazımdır. Bu təxminən 15-20 dəqiqə vaxt tələb edir.

5-ci üsul:

15 dənə saplaqlı cəfərini elektrik üyüdücüdə (blender) tam əzmək, yarım stəkan suda qarışdırmaq və üzərinə yarım limonun şirəsi əlavə edilməlidir. Səhərlər yeməkdən yarım saat əvvəl 15 gün ərzində qəbul edilir.

Göründüyü kimi qaraciyərin təmizlənməsi üçün bu üsullar olduqca az vəsait və az vaxt tələb edir. Təkcə o qalır ki, bunlara əməl edib yükümüzü çəkən, bizi zərərli maddələrdən, toksinlərdən qoruyan qaraciyərimizin qayğısına qalaq.

Əgər bu sadə üsullardan istafadə etmək istəsəniz həkimlə məsləhətləşməyi unutmayın.
modern.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər