Ailələrində şizofreniyalı xəstə ola fərdlərin psixologiyası

Ailələrində şizofreniyalı xəstə olan insanların psixologiyası təəssüflər olsun ki, mənə daha yaxındır. Belə ki, bizim ailə də məhz belə ailələrdən olmuşdur. Mənim babam paranoid tipli şizofreniya xəstəsi olmuşdur. Nənəmin və atamın danışdıqları əsasında, eyni zamanda onların keçirdiyi hisslər, həyəcanlar məndə bu barədə müəyyən təsəvvürlər yaradıb. Eyni zamanda bu məqaləni hazırlayarkən tanıdığım 6 şizofreniya xəstəsinin yaxın qohumları ilə söhbətlər aparmışam. Nəticədə, ailələrində şizofreniya xəstəliyi olan insanların psixologiyalarında baş verən pozuntular haqda müəyyən qənaətə gəlmişəm.

Bütün elmi ədəbiyyatlarda yazılır ki, şizofreniya genetik xəstəlikdir. Yəni şizofreniya xəstəsinin nəsli bu geni daşıyır. Xəstənin birinci dərəcə qohumlarında şizofreniyanın görülmə ehtimalı 10-15 % arasındadır. Ana ya da ata şizofreniya xəstəsidirsə, uşaqlarda bu ehtimal 12-16 %; ana və atanın ikisi də şizofreniya xəstəsidirsə, uşaqlarda bu ehtimal 35-45 % arasındadır. Bu faktı bilən insanların qohumlarından kimsə şizofreniya xəstəsidirsə onda həmin insanın da ürəyinə şübhə düşür və hər zaman beynində özü ilə bağlı qorxunc suallar yaranır. Xüsusən də kimsə ona “atana oxşamısan” ya da “ot kökü üstə bitər” deməklə onun şüur altına bu “dəlilik” qorxusunu bir az da gücləndirəcək impulslar ötürür. Nəticədə, şizofreniya xəstəsinin övladlarında obsessiv-kompulsiv tipli pozuntular yaranır. Belə ki, onlar qətiyyətsiz olur, özlərindən, dedikləri sözlərdən şübhələnir, daim bu xəstəliyin onlarda və ya övladlarında baş verəcəyi barədə fobiyalar əmələ gəlir. Belə insanlar cəmiyyətdə kimləsə ünsiyyətdə olanda içlərində həmişə bir “dəli” kompleksi olur, psixofobiya əmələ gəlir. Adi insanlardan fərqli olaraq ailələrində şizofreniya xəstəsi olan insanlar öz hərəkətlərinə daha çox çəki-düzən verir və kiminsə onlar haqqında pis fikirləşməməsinin daha çox qayğısına qalırlar.

Şizofreniyanın növündən asılı olaraq xəstələrin ailə üzvlərində bir sıra psixi pozğuntular yaranır.

Ailələrində paranoya tipli şizofreniya xəstəsi olan insanlar daim özlərini təhlükədə hiss edirlər. Çünki şizofreniyanın bu tipi olan insanlarda, özlərinə və başqalarına ziyan vermə meylləri daha çox olur. Belə xəstələrin ailə üzvlərində həmişə xroniki qorxu olur. Bu insanlar cəmiyyətdə sağlam insanlarla da münasibətdə olanda bu qorxu hissi onları tərk etmir. Onlar qarşılarına çıxan hər adamın təhlükəli olmasından başqalarına nisbətən daha çox ehtiyat edirlər. Onların zehni və təfəkkür prosesləri ifrat dərəcəsində olur, bu insanlar özündə narahatlıq hiss edir, həmişə həyəcanlanır, hər şeydən şübhələnir, təşviş keçirir, cürət və qətiyyətini itirir, diqqətini cəmləyə bilmir, onda özünə, öz qüvvəsinə inamsızlıq yaranır

Bəzən xəstənin gördüyü və ya eşitdiyi hallusinasiyalara ailə üzvləri inanır və bunları hansısa gözə görünməyən qüvvələrlə (cin, şeytan) əlaqələndirir, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək mistikaya üz tuturlar. Bu zaman yuxarıda qeyd etdiyim qorxu daha da artır və fazmofobiya əmələ gəlir.

Ailələrində şizofreniya xəstəsi olan insanlara xas olan xüsusiyyətlərdən biridə utancaqlıqdır. Belə insanlar əvvəlcə yaxınının şizofreniya xəstəsi olması faktından utanır və bunu gizlətməyə çalışırlar. Daha sonra isə bu utancaqlıq onların başqa işlərində də özünü göstərməyə başlayır və beləcə bir xarakter formasına çevrilir.

Daimi əsəbi gərginlik, xəstə ailə üzvünə görə keçirdikləri utanc hissi, stresslər, qorxu insanlrda bəzən dayanıqlı psixoloji pozuntuların əmələ gəlməsinə səbəb olur. Onlar çox kiçik, əhəmiyyətsiz bir şeydən tez hirslənir. Ucadan danışmaq, qapının çırpılması, yazı qələminin səsi, su kranının şırıltısı, ətrafdakıların az, yaxud çox danışması onlara pis təsir göstərir. Bu adamlar ümumi yorğunluqdan, zəiflikdən, iş qabiliyyətinin azaldığından şikayətlənir, tez kövrəlir, başı ağrıyır.

Şizofreniya xəstələrinə evdə baxan ailə üzvləri maddi yük, çarəsizlik, ümidsizlik kimi kompleks hislərin əsarətində olduqlarından adi həyatlarında da qərar verməkdə çətinlik çəkir və çox vaxt nə edəcəklərini bilmirlər.

Şizofreniya diqnozu –bu təkcə xəstənin özü üçün ağır zərbə yox həm də onun ailə üzvləri üçün sınaqdır. Çox vaxt ailə üzvləri nədənsə ailə üzvündə olan bu xəstəliyi gizlətməyə çalışır. İstəyirlər ki özləri xəstəliklə mübarizə aparsınlar və çoxlu problemlərlə baş-başa qalırlar. Belə olan halda onlar emosianal şok keçirirlər. Həyəcan, müxtəlif fobiyalar, təşviş, depressiya, qətiyyətsizlik, ümidsizlik, – belə bir problemlə üzləşən ailə üzvlərinin keçirdiyi psixoloji pozğunluqdur.

FUAD ƏSƏDOV

BDU PSIXOLOGIYA VƏ SOSİAL ELMLƏR FAKULTƏSİ

İXTİSAS: PSİXOLOGİYA BİRİNCİ KURS

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər