Ünsiyyətin perseptiv tərəfi – mikromimikalarımız

Ünsiyyət nədir? – iki və daha çox insanın münasibətlərinni aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirə ünsiyyət deyilir. Başqa sözlə insanlar daim bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir edir və bir birini qavrayıb anlayırlar.  Burada ünsiyyətin üç əsas tərəfi olan kommunikativ, interaktiv və perseptiv tərəfi ortaya çıxır.

Ünsiyyətin kommunikativ tərəfi dedikdə, informasiya mübadiləsi başa düşülür. Yəni insanlar  bir-birilərinin fikirlərini, ideyalarını, hisslərini, istək və arzularını  söhbət etməklə  tanış olurlar . Bununla da, insanların həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsini həyata keçirirlər.  Bu zaman iki tərəf iştirak edir: kommunikator  yəni, informasiyanı ötürən insan və resipient yəni, informasianı qəbul edən tərəf.

Ünsiyyətin interaktiv tərəfi- qarşılıqlı təsir prosesidir. Bu zaman insan başqasından nə isə öyrənmək , ona təsir etmək, onunla dostluq etmək, onu yersiz hərəkətlərdən uzaqlaşdırmaq, ondan hansısa bir köməkliyi əldə etmək və ya ona öz kömək əllini uzatmaq istəyini və ya məqsədini güdə bilir. Bu halda ünsiyyətin nəzərdə tutulan məqsədi onun hər iki iştirakçısının birgə fəaliyyət təlabatına uyğun olarsa öz müsbət bəhrəsini verə bilir, yəni təsir bir tərəfli deyil, qarşılıqlı xarakter daşıyır.

Ünsiyyətin üçüncü tərəfi isə perseptiv tərəfidir. Bu isə insanların bir birlərini anlayıb, dərketməsi prosesidir. Perseptiv  latıncadan tərcümədə qavrayış deməkdir.

 Biz ünsiyyətə girən zaman əvvəlcə qarşımızdakı insanın  dediklərini eşidir, bunun və digər əhəmiyyətli lakin gözə görünməyən tərəfi vasitəsilə dərk edib anlayırıq. Ümumi qəbul etdiklərimiz məlumatlara  uyğun  müvafiq hissləri yaşayırıq və sonda düşünüb hərəkət edirik. Məlumatların ötürülməsi kommunikativ, anlayıb dərketmə perseptiv, müvafiq hissləri yaşayıb düşünüb hərəkət etmək isə ünsiyyətin interaktiv tərəfini əks etdirir.

Bəs insanlar bir birlərini necə dərk edib anlayırlar?  Necə olur ki, biz qarşımızdakı insanın keçirdiyi hisslərini,  düşüncələrini, mövzuya yanaşma tərzini bilirik?

Ralt Valdo Emerson: “Hərəkətləriniz o qədər ucadan danışır ki, sizin özünüzün nə dediklərinizi eşidə bilmirəm” deyir.  Biz  qarşımızdakı insanı “bədən dili”nə, mimikasına, səsinin intonasiyasına və dediyi sözlərə əsasən anlayıb dərk edirik.

Ünsiyyət prosesində söz yüzdə 7 %, səs yüzdə 38%, bədən dili isə yüzdə 55 % təşkil edir. Yəni insanın düşüncə və hisslərini, mövqeyini müəyyənləşdirmək üçün ən əsas onun bədən dilinə, sonra isə səsin tempinə və nəhayət dediyi sözlərə diqqət yetirmək lazımdır.

Bədən dilinə mimika və jestləri aid edilir. Mimika yunancadan tərcümədən təqlid, simanın dəyişməsi mənasını verir. O özünün sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir.  Qaş , göz, yanaq, dodaqlar sifətin lokal mimik sahələridir.

Bəs necə olur ki, mimikalarımız, jestlərimiz bizim daxili dünyamızı əks etdirir?

Cavab bizim hisslərimizin təzahürü emosiyalardır. Hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamalara, həmçinin özünün rəftar və davranşlarına və arzularına bəslədiyi münasibətdir. Emosiyalar keçirdiyimiz hisslərimizin təzahür formasıdır.  Hiss və emosiyanın əmələ gəlməsi və idarə olunması vegetativ sinir sisteminin funksiyasına aiddir. Xüsusilə, hisslər qabıqaltı şöbədə əmələ gəlir, həmin sahələrdə daxili orqanların  mərkəzləri yerləşir. Beynin müafiq sahəsində baş verən dəyişikliklər bizim hisslərimizdə öz əksini göstərir. Bu isə neyronlar və qan vasitəsilə reallaşdırılır.

Mimikaların dinamikası sahəsində tədqiqat aparan Paul   Ekman mikromimikaları 7 qrupa bolmüşdür: sevinc, kədər, qorxu, təəccüb, qəzəb, nifrət, diksinmə.

Həmin bu emosiyalar təzahür edən zaman bizim mimikalarımız,  jestlərimiz keçirdiyimiz hisslərə uyğun dəyişir. İnsan əvvəlcə hiss edir, sonra isə düşünür.

Beləliklə 7 təməl emosiyaların mikro ifadələri:

1. Sevinc – xoşbəxt gülümsəmə, yanaqlar  yuxarıya doğru qalxır, çənə və gözlərin kənarı qırışır.

2. Kədər – alın bürüşür, qaşların başlanğıcı yuxarıya doğru qalxır, ağızın kənarları aşağıya doğru qıvrılır.

3. Qorxu – yuxarıya doğru qalxıb çatılmış qaşlar, göz qapaqları və dodaqlar gərilir. Gözlər bərəlir.

4. Təəccüb – qaşlar  yuxarıya doğru qalxır, gözlər  bərəlir, alt çənə aşağıya doğru açılır və dodaqlar açıq vəziyətdə olur.

5. Qəzəb – qaşlar  çatılaraq aşağıya doğru düşür, göz qapaqları gərginləşərək  sıxılır, dodaqlar möhkəm bağlanılır.

6. Diksinmə – burun yuxarıya doğru qalxaraq bürüşür, üst dodaq yuxarı qalxır, ağız kənarları və qaşlar aşağıya doğru düşür.

7. Nifrət – burun yuxarıya  doğru qalxaraq bürüşür, ağızın bir tərəfi digərinə nisbətən yuxarı qalxır.

  Beləki hər hansı mürəkkəb məsələ iki planda həll edilir: emosional və intelektual. Hər hansı baş vermiş xoşagəlməz hadisə zamanı müvafiq hissləri yaşayıb, ağılla  qərar vermək lazımdır. Hadisənin bizə olan təsirini biz məhz keçirdiyimiz hisslərimiz və onların təzahürü olan emosiyalarımız vasitəsi ilə görə bilərik. Emosiyalar insan təcrübəsinin hissi fundamenti hesab olunur. İnsan hiss və emosiyaların köməkliyi ilə gündəlik həyatında rastlaşdığı bioloji, psixoloji, sosial gərginliklərdən azad olur və bu isə insanın relaksiyasına kömək edir.

                                    Arzu Ələkbərova

     NARINC uşaq psixologiya mərkəzinin Gəncə filialının psixoloqu  

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər