Ən yaxın rəfiqən Şizofren olarsa

.. Şizofreniya adını hər kəsin eşitdiyi xəstəlikdir. Bu xəstəlik nümayəndələri televizorda, digər informasiya mənbələrində təhlükəli, günahkar insanlar kimi qələmə verilir.

Və bütün bunlar şizofreniya xəstələrinin cəmiyyətdən kənar edilməsinə səbəb olur, cəzalandırılması lazım olan insanlar kimi tanınır.

Şizofreniya, qısaca insanın yaşadığı gerçəklikdən uzaqlaşaraq özünün şəxsi dünyasının yaratdığı bir haldır. Ətrafda baş verənləri qiymətləndirməsi, hadisələrə baxışı və insanlarla münasibəti xəstəliyin təsiri ilə yenidən formalaşır. Hamımız yuxuda müxtəlif yuxular görürük: uşaqlıq illərinə, gələcəyə aid zamanda özümüzü tapırıq. Amma bilirik ki, bu, yuxudur və oyandıqda real dünyaya dönəcəyik. Şizofreniyada isə adətən yuxu ilə real həyat eyni anda və oyaqkən yaşanır. Daha əvvəl olan maraqları öz dəyərini itirir və xəstənin öz dünyasında yaratdığı qorxular, düşüncələr ön plana çıxır. Adı çəkilən hallara qadınlarda və kişilərdə bərabər nisbətdə rast gəlinir. Və daha çox maddi problemlər yaşayan ailələrdə təsadüf edilir. Araşdırmalar görə 100 adamdan 1-i bu xəstəliyə tutulur. Xəstəlik haqqında inanclardan biri də pis bir hadisə səbəbi ilə ortaya çıxmasıdır. Doğrusu isə budur ki, stress sağlam şəxslərdə şizofreniyaya səbəb olmur, lakin müəyyən psixi pozğunluqlar olanda stress xəstəliyin yaranmasına təkan ola bilər. Xəstəliyin başlanğıcı ani və şiddətli olduğu kimi gizli şəkildə də formalaşa bilər. Bu zaman şəxs ətrafa qarşı istəksiz olur, az danışır, özünə qapanma halı və əvvəllər zövq aldıqlarından uzaqlaşmaq halı müşahidə olunur. Sosial fəaliyyətində maraqsız olur, müvəffəqiyyətsizliklər yaşayır. Daha sonralar şəxs özünü qəribə, məqsədsiz hiss edir..

…Oxuduqları onu son dərəcə təsirləndirmişdi. Bu xəstəliyə heç vaxt rast gəlməyən və haqqında eşitməyən Aynur bunları oxuduqca bir sonrakı cümləyə daha sürətlə keçirdi. Bunun nə olması marağı onun nitqini daha da tezləşdirirdi. Artıq daha çox informasiyanı beyni qəbul edə bilməzdi. Və kamputeri söndürüb öz həyatına davam eləməyə başladı. Daha doğrusu o elə sandı.. Əvvəlki həyatına davam.. Gecə öyrəndiklərini bir daha düşünməyə başladı. Şizofreniya, stress,onun nəticələri,digər psixi hadisələr və.s.. Bunlarla bərabər qorxular, şüphələr onu rahat buraxmadı..

Səhər açıldı. Aynuru əvvəlkindən daha əsəbi və hadisələrə qarşı daha çox lazımsız reaksiyasının olduğunu müşahidə elədim. Dünənə qədər kampüterdə seriallara baxan bu qızın indi axtardığı mövzular daha mənəvi və dini mövzuları əhatə edirdi. Bunlara o qədər alüdəçilik yaranmışdı ki, geyimləri səliqəsiz, uyğunsuz forma almışdı. Bunları onun nəzərinə çatdırdıqda özü o qədər vecsiz olsa da amma hər kəs bunun fərqində idi..

Bütün bunları canlı olaraq yaşamağa davam edərkən hadisələrə reaksiyasız qala bilmədim. Bu halların nə zaman baş verə biləcəyini araşdırmağa başladım. Və budur- şizofreniya xəstəliyi. Bütün tapdıqlarım gerçəklərlə üst-üstə düşürdü: məsuliyyətsizlik, təmizliyə və paltarına fikir verməmək,hislərinin mimkalar ilə ifadə edə bilməmək, az danışmaq, xəyanətlə rastlaşdığını düşünmək, insanüstü ya da dini xüsusiyyətlərə malik olmaq,zamanlarının çoxunu xəyal qurmaqla keçirmək,tək qalmaq istəyi və daha nələr nələr..

Daha da dərinə getdikcə onun bu xəstəliyin xüsusi növü olan paranoid şizofreni”nə aid olduğu qənaətinə gəldim. Hansı ki, bir zaman Aynura “nə qeyri-adi düşüncələrin var” dediyimdə gözlənilməz reaksiya paranoid növə aid iltifatı sevməmək xüsusiyyəti ilə eyni idi. Yaxud internetdə axtarışda ona kömək etmək istədiyimi bildirəndə qəbul etməməsi,kömək təklifini özlərinin bacara bilməməyi kimi düşünməsi kimi..

Paranoid növünü araşdırdıqca anladım ki, onlar xəstə olduqlarını qəbul etmirlər. Müalicəyə səslədikdə isə gərgin, şübhəli olurlar. Əyər ailə xəstəlik göstəricilərini gizlədərlərsə, xəstəlik özünü göstərməyə bilər və xəstə hər kəsə baş verənlərin normal olduğuna inandırar.

Bütün bunları oxuduqdan sonra Aynuru müalicəyə necə razı salmaq haqda düşündüm. Və nəhayət qərara gəldim ki, xəstəliyin aradan qaldırılması yolu elə xəstəliyə necə tutulması ilə birbaşa əlaqədədir. Yəni, Aynur necə saytdakı məqalədən təsirlənib bu halları özündə axtarıb xəstəliyə tutulmuşdusa, yenə internet məqaləsi ilə də qurtula bilərdi.

Bu qərardan sonra tapdığım məqalənin kiçik bir hissəsini Aynurun mütəmadi baş çəkdiyi sayta yerləşdirdim…Adı çəkilən hallar günümüzdə “şizofreniya” xəstəliyi kimi qəbul edilməkdədir. Onun xroniki xəstəlik olmasına baxmayaraq tez diaqnoz qoyulduğunda və müalicəyə başladıqda xəstələrin sağaldığı məlumdur. Müalicə zamanı xəstə,həkim və ailənin qarşılıqlı əlaqəsi çox vacibdir. Uzun müddətli və fədakarlıq tələb etməsinə baxmayaraq ümidin daima var olması və sağalmağa cəhd xəstəliyin sağalmasını sürətləndirən bir nömrəli şərtlərdəndir.. Və budur.. Artiq Aynur xəstəliyini qəbul edir və müalicəyə raziliq verir..

Məmmədova Nigar, 19 yaş.

Bakı Dövlət Universiteti,Sosial elmlər və Psixologiya fakultəsi, Psixologiya ixtisası, II kurs.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər