Arxa cibində pul qabı gəzdirənlər, diqqət!

Qalıcı bir sağlamlıq probleminə yol açdığınızdan xəbəriniz varmı?

Mütəxəssislər şalvarın arxa cibinə qoyulan pul qabının bel sağlamlığına mənfi yöndə təsir etdiyini deyirlər.

Pul qabının içində pulla yanaşı müxtəlif kartlar da olduğundan onun qalınlığı təxminən 4-5 sm-ə çatmış olur. Bu halda oturduğunuzda ləyən sümüyünüzün bir tərəfi 4-5 sm yüksəkdə qalır. Uzun müddət masa başında çalışanlarda ləyən sümüyündə ağrılar hiss olunur. Nəticədə onurğa sağlamlığı mənfi yöndə təsirlənir və ağrılar meydana gəlir. Belə halda ən kiçik bir hərəkətdə, hətta əyilərək ayaqqabı bağınızı bağlayarkən belə bel yırtığı yaşamaq riskini daşımış olursuz. Bel onurğalarındakı pozulma kanal darlığı, skolyoz, sinir sıxışması kimi problemlər də ortaya çıxara bilər.

ailem.az

Leave a comment

Your email address will not be published.