Yorğunluğu azaltmaq üsulları

Yorğunluq – bu gün insanların şikayət etdiyi ən böyük problemlərdən biridir. “Hürriyyət” qəzeti xəbər verir ki, iş yorğunluğu, şəhər həyatı, fəsil dəyişkənliyi, müxtəlif xəstəliklər, depressiya, stress və. s insan orqanizminin yorğunluğuna səbəb olan amillərdir. Müəyyən müddətdən sonra bu xroniki yorğunluğa gətirib çıxara bilər. Bunlar xüsusilə qadınlara mənfi təsir edir.
Bəzən bu yorğunluq qan azlığı, infeksion, qaraciyər, ürək və böyrək çatışmazlığı, vitamin-mineral əksikliyi, xərçəng kimi xəstəliklərin ilk işarələrindən biri ola bilər.
Yorğunluğun başlıca səbəbi isə dəmir çatışmazlığına bağlı olan qan azlığıdır. Bunun qarşısını almaq üçün həftənin müəyyən günlərində dəmirlə bol olan yumurta yemək məsləhətdir. Həftədə 2-3 dəfə qırmızı ət, yanında C vitamini atıran meyvə tərəvəz yeməyə çalışın.
Meyvə qurularında, çərəzlərdə də dəmir yüksək olduğu üçün ara yeməklərdə onların qəbulu məsləhətdir. Tünd çay dəmirin sovrulmasını azaldır. Bunun üçün yeməkdən sonra çay içmək məsləhət deyil.
Yorğunluğu azaltmaq üçün bunlara diqqət edilməlidir:

  1. Yemək vaxtlarını ötürməməyə çalışın
  2. Az və tez-tez yeyin
  3. Taxıl, ağ buğda unundan hazırlanmış bişmələr yerinə, çovdarlı, kəpək, yulaflı qidalara üstünlük verin.
  4. Gün ərzində 8-10 stəkan su içməyə çalışın
  5. İdman edəndən sonra çox tərləyirsinizsə, təzə meyvə şirəsi için
  6. Yağlı yeməklərdən mümkün olduğu qədər uzaq durun
  7. Xüsusilə axşam yeməyinin tərəvəzdən olmasına çalışın
  8. Spirtli içkidən istifadəni maksimum azaldın
  9. Qızartma əvəzinə sobada bişən, soyutma yeməklərə üstünlük verin
  10. Özünüzü yorğun hiss edəndə banan, çiyələk və ya kivi qəbul edin
    bizimyol.info

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər