Şizofreniya haqqında bir neçə kəlimə-0ƏN SƏMİMİ MONOLOQ

Əslində şizofreniyanın nə olduğunu bilmirdim. İlk dəfədir eşidirdim. Şizofreniya haqqında oxuduqdan sonra fərqinə vardım ki, ətrafımda nə qədər şizofren insan var imiş. Elə birinci mən özüm..

Çox qəribə hiss edirəm özümü. Biraz da fərqli..Sanki paralel bir dünya var və mən nə o dünyadayam nədəki burda. İki dünya arasında qalmış boş boş düşünən, düşünməkdən heç vaxt yorulmayan biriyəm mən. Yol gedəndə avtobusda,metroda hamıya diqqətlə baxıram,üz cizgilərini analiz edirəm. Hər kəs sanki nədənsə yorğundu, bezgindi. Sanki çox sıradan yaşayırlar həyatı. Heç məqsədləri yoxmuş kimi.. Üzlərindən oxuyuram ki həyat eşqləri ölüb. Mənə maraqsız gəlirlər. Biraz da əsəbləşirəm onlara. Onlara baxanda biraz da özümü görürəm.

Çox qəribədir ki, mən əslində həyat doluyam. Planlarım var,çox böyük ümidlərim, arzularım və bunları həyata keçirmək üçün böyük bir gücüm.Amma səhər yuxudan oyananda hamsı yadımnan çıxır 🙂

Həvəssiz oluram. O insanlardan biri oluram. Evdə ancaq uzanıram.Təmbəl deyirlər mənə. Amma bilmirlər ki nə qədər həvəsliyəm ev işlərini görməyə,təzə şeylər öyrənməyə,şəkil çəkməyə.. Sonra özüm haqqında kənardan eşidirəm ki, heç danışqan deyiləm, susuram elə həmişə. Heç mehriban, söhbətcil, şirindil və s. deyiləm. Məcbur qalmasam nəyisə soruşmağa heç soruşmaram. Amma bilmirlər ki, ürəyimdə nə qədər çox istəyirəm bütün sevdiklərimlə xoş münasibət qurmağı, söhbət etməyi, vaxt keçirtməyi…

Məsələn heç rəfiqəm yoxdur. Həmişə istəmişəm ki, bir rəfiqəm olsun. Bəlkə də bir neçə. Deyək, gülək, gəzək, yaxşı-pis anlarımızı paylaşaq.. Lakin bezirəm hamıdan. Yorurlar məni, yoruluram danışanda. Təkliyi sevirəm. Bəlkə də sevmirəm sadəcə öyrəşmişəm. Çox istəyirəm ki bir gün yuxudan biraz tez durum, səhərin o təmiz havasında biraz gəzim sonra evə gəlib filmlərdəki kimi iştah açan bir səhər yeməyi hazırlayım. Yeməkdən doyum ama süfrəyə baxmaqdan doymayım. Amma səhər yuxudan oyanmaq istəmirəm. Məni oyatmasalar günlərlə yata bilərəm, heçnə yemədən, içmədən. Gün işığı yorur sanki məni. Bəlkə vampirəm deyə fikirləşirdim amma qan ən qorxduğum şeydi J Bəlkə də buna görədir ki, qanım çox azdır.

Çox istərdim normal qidalanmaq, bol-bol meyvə-tərəvəz yemək, su içmək. Tez tez gülmək, öz gülüşümün səsini əzbərliyə bilmək. Demirəm ki, xoşbəxt deyiləm. Sadəcə həyatdan çox şey istəyirəm, çox planlar qururam, mən bunu edecəm deyirəm…

Amma səhər oyananda hamsı yadımnan çıxır..

Adsız.

Hədiyyə falan istəmirəm.

Qalib olmaq da istəmirəm.

Tək istəyim biraz həyata qarşı istəkli olmağımdır…

Sağolun, sizi sevirəm 🙂

Məmmədova Çinarə, 21 yaş

Bakı Sosial pedaqoji kollec, Məktəbəqədər təlim və tərbiyə

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər