Saçlar üçün təbii maskalar

Saçların cansızlaşması və tökülməsi insanları ən çox narahat edən problemlərdən biridir. Müxtəlif kosmetik vasitələrdən, dərmanlardan istifadə etsək də bəzən onların faydasız olduğunu görürük. Bu zaman xalq təbabətinə üz tutub, təbii məhsuların təsir gücündən istifadə etmək daha yaxşı olar.

Süd və bal. 1 stəkan südə 1 ç/q təbii bal töküb, yaxşıca qarışdırırıq. Sonra onu saç diblərinə çəkib, 15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyuruq. Daha sonra saçları şampunla yumaq lazımdır.

Kokos qaymağı. Kokos qaymağını əlinizdə bir qədər isitdikdən sonra onu saçların həm uclarına, həm də köklərinə çəkmək lazımdır. Maskanı düz 1 saat saxladıqdan sonra şampunla yumaq lazımdır.

Banan və badam. Saçlara daha bundan artıq nə lazımdır ki?! 1 ədəd bananı soyub, əzirsiniz və üzərinə 3 damcı badam yağı töküb qarışdırırsınız. 25 dəqiqə saxladıqdan sonra saçlarınızı yuyursunuz.

Çiyələk. Çiyələyi təkcə yemirlər, həm də gözəllik üçün istifadə edirlər. 1 stəkan çiyələklə (əzilmişlər də ola bilər) 1 ədəd yumurtanın sarısını və 2 ç/q zeytun yağını yaxşıca qarışdırırsınız. Elə qarışdırmaq lazımdır ki, maskanın içində meyvə hissəcikləri qalmasın. Sonra onu saç köklərindən uclarına qədər çəkib, 20 dəqiqə gözləyirsiniz.

Rom və qara çay. Bəlkə bu maskanın adı qəribə səslənir, amma faydası artıq təsdiq edilib. Belə ki, 1 ç/q rom (içki) ilə 1ç/q qara çayı qarışdırıb, saçın diblərinə çəkmək lazımdır. 50 dəqiqə saxladıqdan sonra saçları yumaq lazımdır.

Konyak və yumurta. 1 yumurta sarısı ilə 3-5 ç/q konyakı qarışdırıb, saç diblərinə çəkirik. 20 dəqiqə saxladıqdan sonra saçları şampunla yumaq lazımdır.

Avokado və mayonez. Bəli, bu yalan deyil! Avokado ilə mayonez saç sağlamlığı üçün ideal vasitələrdir. Avokadonu əzib püre halına gətirdikdən sonra onu mayonezlə qarışdırırıq. Saçlarda 20 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyuruq. Nəticəni dərhal hiss edəcəksiniz.

tibb.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər