- Azərbaycanda olduğum müddətdə müşahidə etdiyim qədərilə uşaq problemləri içərisində xüsusi qayğıya ehtiyacı olan uşaqlar daha çox üstünlük təşkil edir. Təbii ki, hər kəs övladının həm psixoloji, həm də fiziki cəhətdən sağlam, qüsursuz olmağını istəyir. Lakin mən xüsusi qayığa, diqqətə ehtiyacı olan uşaqların da özünəməxsus gözəllikləri, müsbətləri olduğuna inanıram. Daha çox valideynlərin bu sahədə diqqətli olmasını istərdim. Diqqət etsək görərik ki, bu uşaqların da özünəməxsus üstünlükləri, duyğuları olur.
- Bu uşaqlar böyüdükcə, yaşları artıqda nələr baş verir, həyatları hansı yöndə dəyişikliyə məruz qalır?
- Burada ən sadə halda iki variantı vurğulaya bilərik. Birinci halda bu sahədə ixtisaslaşmış mütəxəssisə, psixiatra, pedaqoqa, uşaq psixoloquna uşaq yaşlarından müracitə edən, tibbi yardım alan uşaqlardan söhbət gedə bilər. Uşağın yaxşı nə qədər az olarsa onunla işləmək bir o qədər asan və effektiv olur. Yaşı az olan uşaqlara nəyisə aşılamaq, öyrətmək daha asan olur və qısa zaman ərzində yaxşı nəticə əldə etməyə müvəffəq oluruq. Eyni şeyi 15 yaşında psixoloqa gətirilən bir uşaq haqqında demək çətindir. Bu halda uşaqla işləmək çox çətin olur.
- İş həyatında öyrəndiklərinizi, praktik təcrübələrinizi öz uşaqlarınızla münasibət quran zaman da reallaşdıra bilərsinizmi?
- Mən də valideyn olmağa hazırlaşıram. ( gülümsəyir) Əlbətdə ki, mən uşağımın psixoloqu ola bilmərəm, mən onun valideyniyəm. Əgər uşağımda hər hansı psixoloji bir narahatçılıq olarsa, bunu anlaya bilərəm. Ancaq özüm onunla işləyə bilmərəm, çünki bizim aramızda övlad – valideyn münasibətləri mövcuddur, terapiya şəraitini yaratmaq qeyri – mümkündür. Bu zaman onu güvəndiyim, yaxın bir psixoloqa yönləndirməyi seçərəm.
- Valideynlərimizə demək istədiyini son bir şey varmı?
- Bir şeyi vurğulamaq istərdim, uşağın qəlbində saxladığı şey, əlində saxladığı şeydən daha əhəmiyyətlidir. Əlində saxladığı şeyi itirə bilər, unuda bilər. Lakin qəlbində saxladığı şeyi heç vaxt unutmaz, itirməz. Buna görə də uşaqlarla davranışda xüsusilə həssas olmağımız gərəkən mövzular var. Əgər doğru addımlar atmazsaq, uşağın qəlbində daşıdığı şey gələcəkdə onunçün problemlər yaradan bir travmaya çevrilə bilər.
Bakı, 03.12.2014.
- Psixoloq ilə yaxşı bir dost arasındakı fərq nədir, sizcə?
- Psixoloq müəyyən bir sahə üzrə, istər oyun terapiyası, istər uşaq psixologiyası və ya yetişkin insanların psixologiyası üzrə ixtisaslaşmış, müəyyən bilik və bacarıqlara, savada malik olan bir şəxsdir. Psixoloqun hər hansı bir problemə yanaşma tərzində özünün müəyyən etdiyi bir metodikası olmalıdır. Psixoloqun müəyyən təcrübəsi və bu təcrübəni yaradan nəzəri biliklərinin olması şərtdir. Həmçinin yaxşı bir psixoloq mütləqdir ki, müxtəlif proyektiv, psixoloji testlərlə işləməyi bacarsın. Dostun isə hansısa təcrübəyə malik olmasına, ixtisaslaşmasına, metodiki biliklərinin olmasına ehtiyac yoxdur. Bir psixoloqun və dostun eyni bir hadisəyə yanaşma tərzləri tamamilə fərqli ola bilər. Məsələn, bir probleminizi dostunuza gedib danışsanız, o psixoloq qədər təcrübəyə malik olmadığına görə problemi düzgün analiz etməyib sizi yanlış yönləndirə bilər.
- Uşaqlarla iş zamanı praktikanızda başınıza gələn və ya müşahidə etdiyiniz maraqlı hadisələr olubmu? – İş həyatıma yeni başlayan zaman xüsusi qayğıya ehtiyacı olan uşaqlarla məşğul olurdum. 2004-cü ildə ilk seansıma girdim. Pasiyentim olan uşaq üzümə şillə vurub, əlimi zədələmişdi. Sonradan öyrəndim ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən zaman belə davranışlar anlayışla qarşılanmalı, normal hesab olunmalıdır. Başıma gələn ən maraqlı və yadda qalan hadisə bu oldu, ilk seansımda bir uşaq tərəfindən şillələnmək. – Yardım edə bilmədiyiniz və ya heç qəbul etmədiyiniz yetişkinlər ya da uşaqlar olubmu? – Ümumiyyətlə, yetişkin insanların psixologiyası üzrə ixtisaslaşmamışam, əsasən uşaqlarla və bayaq da qeyd etdiyim kimi buna müvafiq olaraq onların valideynləri ilə işləyirəm. Uşaqlarla iş zamanı qarşılaşdığım bir sıra problemlər, əlbəttə ki, olub. Bu zaman məndən daha bilgili, mütəxəssis insanların köməyindən yararlanaraq mövcud problemi aradan qaldırmağa nail olmuşam. – Ölkəmizdə başqa mərkəzlərdə olmusunuzmu?
- Bakıda olduğum müddət ərzində getdiyim mərkəzlər Narınc Uşaq Psixologiya Mərkəzi və Psixologiya Konsultasiya Mərkəzidir.
- Mərkəzlərimizi necə dəyərləndirərdiniz, təəssüratlarınız necə oldu?
- – Mərkəzlərinizin işini çox bəyənirəm. İstər Psixologiya Konsultasiya Mərkəzinə, istərsə də Narınc Uşaq Psixologiya mərkəzinə maddi və mənəvi yardım göstərməyə hər zaman hazıram. Elnur bəy və Narınc xanımla 7-8 ildir davam edən dostluq münasibətlərimiz var. Türkiyədə olarkən bizim mərkəzi də ziyarət etmələrindən çox məmnun oldum. Yenidən onları mərkəzimizdə görməkdən məmnun olarıq.
- Ölkəmizdə daha sıx rastlaşdığınız psixoloji problemlər hansılar olub?
- Ümumiyyətlə belə bir deyim var ki, bir insanın daxili dünyası ilə zahiri dünyası arasında fərqlər nə qədər böyüyərsə, mövcud problemlər də bir o qədər artar. Çox vaxt uşaqlarda məktəbə və ya hər hansı konkret dərsə qarşı soyuqluğunun yaranmasına səbəb müəlliminin dediyi hansısa söz, bilərək ya da bilmədən atdığı bir addım olur. Bəzən müəllimlər öyrənmə, qavrama çətinliyi olan uşaqlar barədə məlumatlı olmurlar. Uşaqları bu şəkildə sinifləndirirlər: bu uşaq hər şeyi qavrayır, bu uşaq heç nə anlamır və s. Halbuki bəzən həmin uşaqlarda öyrənmə çətinliyi deyilən bir problem olur və bunu aradan qaldırmaq üçün biz psixoloqların müdaxiləsinə ehtiyac yaranır.
- Valideynlər övladları ilə aralarında yaxşı bir münasibət yaratmaq üçün nələrə diqqət etməlidirlər?
- Uşaqların əslində həyatdan elə də böyük bir gözləntiləri olmur. Uşaqlarla davamlı olaraq ünsiyyətə girmək, onları dinləmək, diqqətcil olmaq çox vacibdir. Bu gün bir çox ailələrdə müşahidə edirik ki, valideynlər uşaqlarla ünsiyyət qurmurlar, əvəzində işdən evə qayıdan ata evə gələn kimi televizoru açır, ananın başı yemək süfrəsini salmağa qarışır və s. Və istər-istəməz uşaqda belə bir fikir yaranır ki, mən sevilmirəm. Çünki uşaq həmin ana hislərinə, fikirlərinə cavab ala bilmədi. Ünsiyyət ehtiyacını ödəyə bilmədi. Uşaq məktəbdən gəldikdən sonra 15-20 dəqiqə də olsa onun ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq, məsələn gününün necə keçdiyi ilə maraqlanmaq çox önəmlidir. Əks halda uşaqlarda özünə qapanma, aşağı motivasiya, depressiya, özünü dəyərsiz hiss etmə halları baş qaldırır. Fikrimcə, uşaqlarla yaxşı bir münasibət yaratmaq üçün tək yol onlarla birlikdə həmin anı yaşamaqdır. Uşaqlar böyüklər kimi keçmişdə itib qalmırlar, adətən onlar həmişə cari zamanı yaşayırlar. Məsələn, bir uşaq digərinə pis münasibət göstərsə, 5 dəqiqə sonra üzünə gülsə, uşaq məhz həmin o gülüşü xatırlayacaq.
- Bəs bacı-qardaş arasında qısqanclıq olduqda valideynlər necə davranmalıdırlar? – Bacı-qardaş qısqanclığına əslində bir çox faktorlar təsir edə bilər. Buna baba, nənə, valideynlər, uşağa qoyulan müxtəlif qadağalar təsir göstərə bilir. Birinci bunu aydınlaşdırmaq lazımdır ki, uşaq bacısına və ya qardaşına necə yanaşır, hansı gözlə baxır? Və onu nə üçün qısqanır, onu qısqanmaqda məqsədi nədir? Bəzən olur ki, valideyn bizə uşağını gətirir və belə bir şikayəti olur ki, uşaq qardaşını, ya bacısını döyür. Uşaqla bir müddət işlədikdən sonra aydın olur ki, uşağın öz bacısını, qardaşını döyməkdə məqsədi valideynlərinin diqqətini çəkmək, “mən də buradayam” mesajını verməkdir. Bu mövzuda uşaqlarıın üzərinə getdikdə, “qısqanma”, “vurma”, “eləmə” dedikdə onlar adətən daha da aqressivləşir. Yəni biz onları əksinə, qardaşına və ya bacısına zərər verməyə təhrik etmiş oluruq.
- Öncə terapiyanın nə olduğunu aydınlaşdıraq. Terapiya əslində bir yoldur. Hər mütəxəssisin adətən özünəməxsus bilik və bacarıqları olur.Eyni zamanda bu bilik və bacarıqları təşkil edən qrafika mövcuddur. Oyun terapiyası dedikdə məhz bu qrafika nəzərdə tutulur. Oyun terapiyası 1950-1960-cı illərdə müxtəlif problemləri olan uşaqlar üçün yaradılmışdır. Məsələn, sosial fobiyası olan, özünə qapalı, əsəbi uşaqlara daha çox məsləhət görülür. Adından da göründüyü kimi oyun terapiyasının əsasında müxtəlif oyunlar durur. Oyun burada bir vasitə rolunu oynayır. Oyun uşaqların dili, oyuncaqlar isə kəlimləri olur. Oyun terapiyası zamanı uşaqlar mütəxəssis tərəfindən xüsusi olaraq seçilmiş predmetlərlə işləyirlər. Təbii ki, oyun terapiyası keçirilən məkanın şəraitinə dair də müxtəlif tələblər qoyulur. Burada otağın böyüklüyü və kiçikliyi, uşağın hansı oyuncaqlarla və hansı şəkildə işləyəcəyi böyük əhəmiyyət daşıyır. Adətən oyun terapiyası zamanı ən çox tərcih edilən predmetlər qum və su olur. Hamımızın bildiyi kimi qum və su formaya malik olmayan predmetlərdir və istənilən formaya asanlıqla düşə bilir.
- Uşaq psixologiyası üzrə ixtisaslaşmaq, uşaqlarla işləmək sizə nələri qazandırdı?
- Uşaqlarla işləmək fikrimcə daha zövq verici olur. Bir uşaq psixoloqu kimi deyə bilərəm ki, uşaqlarla işləməkdən daha çox zövq alıram. Yetişkin insanlarla işləyəndə bəzən seansların sayı arta bilir. Uşaqların problemləri isə maksimum 24 seansa həll olunur və daha tez nəticə əldə edə bilirik. Uşağın problemini həll etdikdən sonra geriyə qalan məqam valideynə istifadə etdiyimiz metodları izah etmək və uşağın probleminin, sıxıntısının nədən qaynaqlandığını anlatmaqdır. Qısacası, bu dəfə də valideynin problemini çözməkdir. Fikrimcə, valideynin problemini çözmək uşağın problemini çözməkdən daha çətin olur. Yaxşı bir uşaq psixoloqu bilməlidir ki, uşaqlarla işləyərkən yaxşı nəticə almaq üçün mütləq valideynlərlə də işləməyi bacarmaq lazımdır. Çünki uşaqlar daha çox ailə mühitində olurlar, əgər gün ərzində uşaq 1 saat mənimlə olursa, geridə qalan 23 saat valideynləri, ailəsi ilə bir yerdə olur. Valideynlərlə işləyərkən sanki yeni bir terapiyaya başlayırsan.
- Dediklərinizdən belə nəticə çıxır ki, əslində uşaq psixoloqu adına uyğun olaraq sırf uşaqlarla işləməməlidir?
- Təbii ki. Bəzən elə hallar olur ki, biz uşağın vəziyyəti haqqında nəinki valideynlərə, hətta oxuduğu, təhsil aldığı məktəbə də məlumat veririk. Bu o demək deyil ki, biz uşağın müstəqil bir şəxsiyyət kimi formalaşmasının qarşısını alırıq. Təbii ki, bütün 1 saatlıq seans boyu baş verənlər barədə kimisə məlumatlandırmırıq. Sadəcə uşağın probleminin konkret olaraq nədən qaynaqlandığını tapmaq üçün bəzən istifadə etdiyimiz metodlar və uşaqda gözləmlədiyimiz hallar barədə müəyyən şəxslərə məlumat verməyimiz zəruridir.
- Uşağın psixoloji yardıma ehtiyacı olduğunu nədən anlamaq olar? Hansı əlamətlərə, siqnallara əsaslanıb bu nəticəyə gələ bilərik?
“Düşüncə” psixologiya jurnalı daha bir türk psixoloqdan maraqlı və maarifləndirici müsahibə götürdü. Budəfəki müsahibimiz Çilek Çocuk Evi, Lalegül Özel Eğitim ve Rehabilitasyon Merkezi, Çarem Özel Bakım Evi, Çarem Özel Eğitim ve Rehabilitasyon Merkezi ve Psikodünya Yönetim, Eğitim, Danışmanlık Merkezi’nin rehberi psixoloq EYÜP TUNAHAN oldu. Eyüp bəylə uşaq psixologiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqlara davranış qaydaları, valideynlərin problemləri, ölkəmizdəki psixoloji mərkəzlər və onların fəaliyyətləri barəsində danışdıq.
- Ölkəmizə xoş gəldiniz. Deyəsən, ilk gəlişiniz deyil…
- Bəli, ilk dəfə 2004-cü ildə gəlmişdim. İkinci gəlişim 2010-cü ilə təsadüf etdi.
- Bu yaxınlarda Narınc Uşaq Psixologiya Mərkəzində “Oyun Terapiyası” adlı seminarınız oldu. Azərbaycanda digər mövzularda seminarlarınız olubmu?
- Bəli, yenə Narınc Uşaq Psixologiya Mərkəzində Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün seminarlarımız olub.
- Daha çox hansı istiqamət üzrə işləyirsiniz?
- Əsasən uşaq və yeniyetmə psixologiyası, autizm üzrə fəaliyyət göstərirəm. Türkiyədə 2 mərkəzimiz, 2 uşaq bağçamız, özəl yataqxanalı mərkəzimiz var. Özüm əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyirəm. Bəzən elə olur ki, İQ səviyyəsi çox yüksək olan uşaqların qısqanclıq, enurez kimi problemləri olur. Belə uşaqların müayinə və müalicəsini də öz öhdəmə götürürəm.
- Oyun terapiyası dediniz, buna aydınlıq gətirmək istərdik. Oyun terapiyası nədir və uşaqlar üçün nə üçün bu qədər vacibdir?