Ailə mədəniyyətin ötürücüsüdür

Ailə uşaqlara nəinki ailənin üzvü olmağa kömək edir, o eyni zamanda uşağı əhatə edən cəmiyyət, onun mədəniyyəti ilə tanış olmağa istiqamətləndirir. Uşaqlar balaca yaşlarından mənəvi dəyərlərə , dini ənənələrə və etnik stereotipləri qəbul edir , onlara riayət etməyə çalışır. Valideynlər uşaqlarına öz mədəni dəyərlərini gündəlik ailədaxili münasibətlərdə-nahar edərkən , geyim formalarında , ünsiyyət əhatəsini , təhsil səviyyəsi, müxtəlif oyunlar vasitəsilə nümayiş etdirirlər.

Mədəni dəyərlərin aşılanması heç də sadə proses deyil. Burada çətinliklər bir tərəfdən ailənin özünün təşkilinin mürəkkəbliliyi, digər tərəfdən yaşadığımız cəmiyyətin quruculuğunun çətinlikləri ilə bağlıdır. Sosial struktur nə qədər mürəkkəb olursa, bir o qədər ailə xarici təzyiqlərə məruz qalır. Ondan başqa dəyərlər daimi deyillərsə, onların arasında fərqlər itibsə, onların nəsildən-nəslə ötürülməsi də bir o qədər çətinləşir. Bəlkə də bizim bu gün rastlaşdığımız əsas çətinliklər elə bununla izah olunur.Ailə, mühit və mədəniyyət haqqında danışsaq da bu anlayışların heç biri vahid möhkəm bir sistem demək deyildir. Insanı əhatə edən sosial mühit onun anadan olduğu zamanda mürəkkəb bir orqanizm kimi dəyişir. Dünyaya göz açmış uşaqlar müxtəlif sosial qruplara ailə , nəsil, sosial sinif, irq və ya etnos, dini qrupa daxil olurlar. Bu sosial orqanizmlərin hər birinin nümayəndəsi ümumi inamları, dünya görüşlərini, müəyyən əxlaqi modellərə uyğunlaşırlar. Bu ümumi dəyərlər bu qrupun mədəniyyətini formalaşdırır.

Valideynlərin və bütövlükdə ailənin təsiri geniş sosiallaşma prosesinin yalnız bircə elementi kimi qəbul edilir.Sosiallaşma insanın bütün həyatı boyu gedən bir prosesdir. Sosiallaşma prosesində insan daima yeni situasiyalarla rastlaşır. Uşaq ailədə doğulur, məktəbə gedir, ailə yeni yasayiş məhləsinə köçür, yeniyetmə görüşə getməyə başlayır, insanlar evlənir , ailə qurur , ahıllar pensiyaya çıxır , dostlar, qohumlar xəstələnir , dünyasını dəyişir . Bütün həyat boyu bu dəyişikliklərə uyğunlaşma – alışma sosiallaşma prosesinin mühüm ayrılmaz bir hissəsidir.

Sevda Xəlilova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər